Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-59/2021 19.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əllik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı və onun himayəçisi Nümayəndə cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər serrozu xəstəliyinin (qaraciyər çatışmamazlığı) yarandığı vaxtdan (məhkəmə tərəfindən dəqiqləşdirilərək təqdim etdiyi sənədlərin əslinin cavabdeh orqandan alınması) 2014-cü il tarixədək 1-ci qrup əlillik dərəcəsi kimi hesab edilməklə 1-ci qrup əlillik dərəcəsinə uyğun pensiyanın ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, səmərəli məhkəmə araşdırması aparılması üçün maddi imkansızlığı nəzərə alınaraq bütün instansiya məhkəmələrində hüquqlarının ixtisaslı vəkillər tərəfindən qorunması və bu iddia ərizəsindəki qüsurların aradan qaldırılması üçün dövlət vəsaiti hesabına ixtisaslı vəkillə təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə himayəsində olan bacısı İddiaçı 2009-cu ildən 2011-ci ilədək Yevlax Mərkəzi Rayon Xəstəxanasında müalicə almış, aparılmış müalicə fayda vermədiyi üçün 2011-ci ildə Respublika Klinik Xəstəxanasında müayinə sonrası “qaraciyər serrozu” və s. diaqnozu qoyulmuş, bu diaqnozla Yevlax şəhər poliklinikası və xəstəxanasında qeydiyyata alınaraq mütəmadi müalicələr aparılmışdır. Aparılan müalicələr müsbət nəticə verməmişdir. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün səhiyyə müəssisəsi tərəfindən göndəriş verilməmiş, pensiya təminatı barədə məlumat verilməmişdir. İddiaçı 05.08.2011-ci il tarixdə qoyulmuş diaqnoza əsasən 11.06.2012-ci il tarixdə 2-ci qrup əlillik təyin edilmişdir. Qeyd olunanlarla yanaşı 11.06.2012-ci il tarixdən 23.06.2014-cü il tarixədək 2-ci qrup əlillik dərəcəsi təyin edildikdə isə düzgün qiymətləndirilmə aparılmamış və bu səbəbdən almalı olduğu məbləğdən aşağı məbləğdə müavinət ödənişi aparılmışdır. İddiaçı Nümayəndə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, bacısı İddiaçı diaqnozun qoyulduğu vaxtdan, 2011-ci ildən 2014-cü ilədək (1-ci qrup əlillik dərəcəsi təyin edilənədək) olan müddətin pensiya və s. təminatlarının yenidən qanunamüvafiq qaydada (1-ci qrupa uyğun) hesablanaraq qısa müddətdə tam şəkildə ödənilməsini xahiş etmişdir. Cavabdeh ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti iddiaçıya ünvanladığı 24.12.2019-cu il tarixli, **********8 nömrəli məktubunda qeyd etmişdir ki, onun müraciəti ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 23.06.2014-cü il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olma tarixi TSEK-nin qərarının qəbul edildiyi tarixdən hesablanır. İş məhkəmənin icraatında olduğu müddətdə İddiaçı himayəçisi Nümayəndə 11.02.2020-ci il tarixdə məhkəməyə “təcili təmin tədbiri görülməsinə dair” ərizə ünvanlayaraq məhkəmədə işə baxıldığı müddət ərzində təcili təmin tədbirinin görülməsini, ölkə daxilində uzun müddət dəqiq diaqnoz qoyulmaması, Səhiyyə Nazirliyi və digər orqanların ona və 1-ci qrup əlil bacısına olan münasibəti, digər halları nəzərə alaraq (TC Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış 09.02.1994-cü il tarixli protokoldan irəli gələrək Türkiyə Respublikasında yerləşən tibb müəssisələrinə) ölkə xaricində tibb müəssisələrinin birinə yerləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmənin 11.02.2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmçinin İddiaçı himayəçisi Nümayəndə 14.02.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq dövlət hesabına ixtisaslı vəkillə təmin edilmələrinə köməklik göstərilməsini, iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin və əlavə olaraq işin hallarının müəyyən edilməsi üçün zəruri olan bütün sənədlərin məhkəmə tərəfindən müəyyən edilərək toplanmasına göstəriş verilməsini xahiş etmişdir. Məhkəmənin 14.02.2020-ci il tarixdə keçirilən iclasında iddiaçının ixtisaslı vəkillə təmin olunma barədə iddia tələbinə baxılmış və məhkəmənin həmin tarixli 2-1(116)-528/2020 nömrəli qərardadı ilə vəkillə təmin edilmə barədə ərizə təmin edilməmişdir. İddiaçı himayəçisi Nümayəndə tərəfindən elektron poçt vasitəsi ilə Şəki İnzibati Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı və Şəki İnzibati Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadından apellyasiya şikayəti verilmiş və 02 mart 2020-ci il tarixdə iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2020-ci il tarixli, 2-1(107)-134/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadından verilən apellyasiya şikayəti təmin edilməmişdir. X1 Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli, 2-1(107)-154/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadından verilən apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı himayəçisi Nümayəndə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli, 2(107)-154/2020 nömrəli qərardadından kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(102)-97/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bundan sonra iş baxılması üçün 15.04.2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə, 23.04.2021-ci il tarixdə isə Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının himayəçisi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Nümayəndə iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi İddiaçı vəfat etdiyi üçün icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, iş kassasiya instansiyası məhkəməsinin icraatında olan müddətdə İddiaçı himayəçisi Nümayəndə 19.10.2020-ci il tarixli ərizə və 099502 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətini müvafiq məhkəməyə ünvanlanmışdır. Qeyd olunan ərizədən və Şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı 25.08.2020-ci il tarixdə vəfat etmişdir. İddia tələbi İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər serrozu xəstəliyinin (qaraciyər çatışmamazlığı) yarandığı vaxtdan 2014-cü il tarixədək 1-ci qrup əlillik dərəcəsi kimi hesab edilməklə 1-ci qrup əlillik dərəcəsinə uyğun pensiyanın ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasından ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əllik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-59/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-59/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver