Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-59/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Şamaxı Regional X10 Cavabdehnə qarşı “Cavabdeh xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı Şamaxı Regional X12 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Cavabdeh xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamının etibarsız hesab edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-59/2022 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmiş, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Şamaxı Regional X10 əməkdaşları meşə fondu ərazilərində meşə qanunvericiyi tələblərinə əməl olunması vəziyyətinə nəzarəti həyata keçirərəkən Ağsu meşəbəyliyinin 08 saylı dolayının, 32-ci kvartalında X11 tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədləri tədqiq edərkən məlum olmuşdur ki, Ağsu rayon sakini N.Cəfərova 2002-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi ilə Bakı-Qazax şosesinin 150-ci kilomterində “yeməkxana binası” əldə etmiş və bu barədə Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona 2002-ci il 04 sentyabr tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daşınmaz əmlakın meşə fondu ərazisinə aid torpaqlarda yerləşməsinə baxmayaraq, habelə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin və bununla əlaqədar digər normativ hüquqi aktların tələblərinə əsasən meşə fondu torpaqlarının özəlləşdirilməsi və əsaslı tikinti aparılması ilə bağlı qadağalar olması ilə bağlı imperativ normalar müəyyən edilsə də, N.Cəfərova yeməkxana binası üçün 2020-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlaka dair Ağsu rayonlararası X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi hüquqmüəyyənedici sənədi almağa nail olmuşdur. N.Cəfərovaya məxsus qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi ilə bağlı qaldırılmış iddia tələbinə Ağsu rayon Məhkəməsində baxılarkən hakimin sorğusu nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, həmin ərazidə X8 tərəfindən Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamı əsasında tikinti aparılmışdır. İddiaçı, tələbini Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4, 6, 11, 13, 80, Torpaq Məcəlləsinin 31, 46, 65.2, 65.3, 65.5, 65.7, 75.5, 75.6, Mülki Məcəllənin 155.2, 337.5, 157.1, 157.2, və 157.4-cü maddələri ilə əsaslandıraraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli 33 saylı Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X5 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39 m2 (3x13) torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq X8 tərəfindən ərazidə 3x4 metr ölçüdə divarı ağac materialı, dam örtüyü ağac materialı və şifer, döşəməsi taxta, qapısı dəmir listdən ibarət olan yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 №-li Reyestr kitabında 03 səhifədə 04 №-si ilə qeydə alınmış, 09 №-li qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Yeməkxana köşkü məhz həmin sənədlər əsasında X8 tərəfindən 2002-ci il 14 avqust tarixdə Şamaxı Dövlət Notariat Kontorunda 4Ə-2-254 Reyestr alqı-satqı müqaviləsi əsasında Ağsu şəhər sakini X1. Nüşabə Cəfərovanın İİ Aratkənd kənd sakini X2 aldığı 10,4 m2 ölşüdə olan yeməkxana köşkü meşə fonduna aid ərazidə deyil, Bakı-Qazax şosse yolunun mühafizə zolağında tikilmişdir. Bu fakt Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "xxxx" Departamenti yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə X9 ünvanladığı 01/92 saylı məktubla də bir daha təsdiqlənir. Məktubdan aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin yolun mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan sonra Nüşabə Cəfərova 2004-2005-ci illərdə aldığı 3x4 ölçüdə yeməkxana köşkünü sökərək həmin yerin arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan 90.9 m2 sahəsi olan yeməkxana binasını özbaşına tikmişdir. Həmin tikiliyə isə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi əsasında 38 №-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hansı ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Ağsu rayonu İİ Aratkənd kənd sakini X4 adına verilmiş 05 mart 1998-ci il tarixli, 04 reyestr №-si ilə qeydə alınan inventar № 85, 09 №-li qeydiyyat vəsiqəsi əsasında aparılmışdır. Göründüyü kimi X7 90,9 m2 ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 №-li qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır. Cavabdeh başçısının 20 fevral 1998-ci il tarxli, 33 saylı Sərəncamının həmin tikili ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də 20 fevral 1998-ci il tarixli, 33 saylı X6 özbaşına tikdiyi yeməkxana binasının Şamaxı Regional X12 tərəfindən hüquqverən sənəd kimi qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlər nəzərə alınaraq idia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.1998-ci il tarixli 29 saylı sərənamından görünür ki, Ağsu rayonu İİ Aratkənd kənd sakini X5 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı- Qazax şosse yolunun 150.1-ci km-də, yol oxundan 40 metr aralı, yolun sağında 39 kv.m (3x13) torpaq sahəsinin ayrılması qərara alınmışdır. - qeyri-yaşayış binasının alqı-satqısına dair 159483 nömrəli müqavilədən görünür ki, X8 xx.xx.2001-ci il tarixli 04 №-li qeydəalma vəsiqəsinə əsasən Bakı-Qazax şosse yolunun 150.1-ci km-də 39 kv.m ümumi sahəsi olan yeməkxana binasını Nüşabə Cəfərovaya satmışdır. - xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 38 reyestr nömrəsi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsindən görünür ki, Yeməkxana binası üzərində Şamaxı rayon DNK-nun xx.xx.2002-ci il tarixli 4ə-2-254 reyestr saylı alqı-satqı müqaviləsi əsasında X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın xx.xx.1998-ci ildə verilmiş qərarının etibarsız hesab olunmasından ibarətdir. Yəni, iddia İPM-nin 2.2.5-ci və 36-cı maddələri anlamında “müəyyən etmə və tanınma haqqında” iddiadır. Azərbaycan Respublikası İPM-də “müəyyən etmə və tanınma haqqında” iddialara münasibətdə iddia müddətləri müəyyən olunmamışdır. Lakin, iddiaçının etibarsız sayılmasını tələb etdiyi inzibati akt 1998-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni, etibarsız sayılması tələb edilən inzibati aktın qəbul olunduğu dövrdə qüvvədə olan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin dövrdə qüvvədə olmuş, MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən “müəyyən etmə və ya tanınma haqqında” iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. İddia tələbində qeyd edilir ki, iddiaçı Ağsu Rayon Məhkəməsində N.Cəfərovaya məxsus qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi ilə bağlı qaldırılmış iddia tələbinə baxılarkən məhkəmənin sorğusu nəticəsində hazırda etibarsız hesab edilməsini tələb etdiyi sərəncamdan məlumatlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, meşə fondu ərazisinə aid torpaqlara nəzarət X10 səlahiyyətinə aid olduğundan mübahisəli ərazidə aparılan tikinti işlərinin həyata keçirilməsindən, ümumiyyətlə meşə fondu torpaqlarında baş vermiş dəyişikliklərdən xidməti vəzifəsinin həyata keçirilməsi ilə bağlı məlumatı olmalı idi. Belə ki, meşə fonduna aid ərazidə tikilən obyektin inşa edilməsinə əsas olan 1998-ci ildə verilən sərəncamdan həmin əraziyə səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirməli olan orqanın 20 ildən çox vaxt keçdikdən sonra məlumatlı olması reallığı əks etdirmir və bu hal da belə qənaətə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı onun səlahiyyət dairəsinə aid meşə fondu torpaqlarına lazımi qaydada nəzarəti həyata keçirməmiş və 23 ildən artıq bir müddət keçdikdən sonra sözügedən sərəncamı mübahisələndirmişdir. Yəni, Ağsu Rayon Məhkəməsində N.Cəfərovaya məxsus qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə baxılmasa idi, X12 nəzarətində olan meşə fondu torpaqlarında aparılan tikintiyə dair verilmiş sərəncamdan ümumiyyətlə məlumatsız olacaqdı. Odur ki, məhkəmə bir daha izah edir ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (xx.xx.2011-ci il tarixədək mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisələndirilə bilməzlər). Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Odur ki, artıq ötürülmüş prosessual müddət İPM-lə bərpa oluna bilməz. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub ünvanlanaraq, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmiş, həmçinin iş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinin xüsusiyyətlərinin, həmçinin X9 məxsus (faktiki istifasində olan) yeməkxana binasının Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində yerləşib yerləşməməsi və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular verilmiş, sonuncu tərəfindən təqdim edilmiş smeta xərclərinin ödənilməsi üçün müvafiq sənədlər iddiaçıya göndərilmiş, lakin ötən müddət ərzində idiaçı tərəfindən mütəxssis rəyinin alınması üçün xərclər ödənilməmişdir. Odur ki, sorğuda qeyd edilmiş suallara dair mütəxsiss rəyinin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən verilmiş sorğuların cavablarının alınması zərurəti aradan qalxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Şamaxı Regional X10 Cavabdehnə qarşı “Cavabdeh xx.xx.1998-ci il tarixli 33 saylı sərəncamının etibarsız hesab edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-59/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-59/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver