Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-59/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd etmişdir. İddianın əsaslarına görə, iddiaçı uzun illər böyrək, ürək, qan təzyiqi və eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir. O, 10-15 ildir ki, müalicə alır. Bununla bağlı o dəfələrlə Respublikanın müxtəlif xəstəxanalarında müayinə və müalicə olunur. O, əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sənədləri Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin Komissiya tərəfindən imtina verilmişdir. Komissiyanın imtinasını o, xx.xx.2022-ci il tarixdə almışdır. Cavabdeh təşkilatın verdiyi imtina ilə o razı deyil. İmtinada diaqnoz “Digər xroniki tubulointerstisial nefritlər, xroniki tubulointerstisial nefrit, sağ böyrəyin birincli büzüşməsi, hipertoniya xəstəliyi. Xroniki böyrək xəstəliyi İİİ mərhələ. ÜİX sabit gərginlikli stenokardiya İİİ fs, Essensial hipertenziya, İİİd yüksək risk qrupu” qeyd edilsə də imtinanın səbəbi “əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: xəstənin müalicə müddəti yetərli deyil” göstərilmişdir. Beləliklə də ona əlillik müəyyən edilməmişdir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına əsasən onda aşkar olunmuş xəstəliklər diaqnozlu xəstənin əmək qabiliyyətinin itirilməsi nəticəsində müddətsiz əlillik müəyyən edilir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri=> İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=> İ11- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ... Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ st tez-tez baş verən hipertonik krizlərlə ürək beyin damarlarının zədələnməsinin üstünlüyü ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik=> 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri=> İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=> İ11- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən... Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ B tez-tez baş verən hipertonik krizlərlə. Meyar: 2.2.2. ikinci dərəcə əlillik=> 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci İl tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=> İ11- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən... Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ st tez-tez baş verən hipertonik krizlərlə ürək beyin damarlarının zədələnməsinin üstünlüyü ilə. Meyar: 2.2.2. ikinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinat əsasında xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=> İ11 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ... Diaqnozun mətni: Hipertoniya xəstəliyi lİ st tez-tez baş verən hipertonik krizlərlə ürək beyin damarlarının zədələnməsinin üstünlüyü ilə. Meyar: 2 2.2. ikinci dərəcə əlillik=> 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdi. Zaqatala rayon Mərkəzinin xx.xx.2021-ci il tarixli müayinə əsasında baxılmış, X1: XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri=> N10-N16- Böyrəyin tubulointerstisial xəstəlikləri=> N11- Xronik tubulointerstisial nefrit => N11.9- Dəqiqləşdirilməmiş xroniki tubulointers. Diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, sağ böyrəyin İ büzüşməsi Dəqiqləşdirilməmiş xroniki böyrək xəstəliyi, Xroniki böyrək xəstəliyi İ mərhələ, Xroniki böyrək xəstəliyi İ mərhələ Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yı], xr.xolisistit.nefrogen hipertenziya “İmtina: Göndərişin natamam doldurulması - Səbəb. Xəstəliyin ağırlaşmaları diaqnostik və laborator müayinələrlə dəqiqləşdirilsin. səbəbi ilə imtina edilmişdir. Zaqatala rayon Mərkəzinin xx.xx.2021-ci il tarixli müayinə əsasında baxılmış, X1: XİV Sinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri=> N10-N16- Böyrəyin tubulointerstisial xəstəlikləri=> N11- Xronik tubulointerstisial nefrit => N11.9- Dəqiqləşdirilməmiş xroniki tubulointers Diaqnozun mətni N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, sağ böyrəyin İ büzüşməsi. N18.1 Xroniki böyrək xəstəliyi İ mərhələ, N11.0 Reflyuksla bağlı qeyri-obstruktiv xroniki pielonefrit, . N18 Xroniki böyrək xəstəliyi, . “İmtina:Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, anmnestik məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilib, ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq stasionarmüaiıcələrının sayı yetərsizdir. Xəstəyə əlavə stasionar müalicə tövsiyyə edilir.səbəbi ilə imtina edilmişdir. Zaqatala rayon Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinə əsasında baxılmış, X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri=> N10- N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri=> N11- Xronik tubulointerstisial nefrit=> N11.1-Xronik obstruktiv pielonefrit Diaqnozun mətni Digər xroniki tubulointerstisial nefritlər, xroniki tubulointerstisial nefrit, sağ böyrəyin birindi büzüşməsi, hipertoniya xəstəlikyi. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, ÜİX sabit gərginlikli stenokardiya İİİ fs, Essensial hipertenziya, llld yüksək riks qrupu, . "İmtina: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil səbəbi ilə imtina edilmişdir. Zaqatala rayon Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinə əsasında baxılmış, X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri=> N10-N16- Böyrəyin tubulointerstisial xəstəlikləri => N11- Xronik tubulointerstisial nefrit => N11.1 - Xronik obstruktiv pielonefrit. Diaqnozun mətni Sağ tərəfli bitişmiş böyrəyin hidronefrozu İİİ dərəcə. Sol böyrəyin İİ dərəcəli hidronefrozu. Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Xroniki nefrotik sindrom. İ-İİ böyrək bitişməsi sağ tərəfli. ÜİX Sabit gərginlik stenokardiyası İİ dərəcəsi. Arterial hipertoniya İİİ çox yüksək risk., . “İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşması dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin, ilə imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə müayinə olunmuş, “İX Sinif - Qan dövranı sistemi xəstəlikləri=> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər= > 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədəlanməsi ilə gedən...Hipertoniya xəstəliyi İİ st tez tez baş verən hipertonik krizlərlə ürək beyin damarlarının zədələnməsinin üstünlüyü ilə” diaqnozu ilə bir il müddətinə (səbəb: ümumi xəstəlik) ikinci dərəcəli əlillik (meyar: => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2011-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Hlpertoniya xəstəliyi İİ B tez tez ba. verən hlpertonik krizlərlə” diaqnozu ilə bir il müddətinə (səbəb: ümumi xəstəlik) ikinci dərəcəli əlillik (meyar: => 2.2.10. 2.2.10. Baş beyin qən dövranının xroniki çatmamazlığı (ateroskleroz. hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın..) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, sağ böyrəyin İ büzüşməsi Dəqiqləşdirilməmiş xroniki böyrək xəstəliyi, Xroniki böyrək xəstəliyi İ mərhələ, Xroniki böyrək xəstəliyi İ mərhələ Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədəlanməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], xr.xolisistit.nefrogen hipertenziya, İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Xəstəliyin ağırlaşmaları diaqnostik və laborator müayinələrlə daqiqləşdirilsin. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, sağ böyrəyin İ büzüşməsi. N18.1 Xroniki böyrək xəstəliyi İ mərhələ, . N11.0 Reflyuksla bağlı qeyri-obstruktiv xroniki pielonefrit, . N13 Xroniki böyrək xəstəliyi, İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Xəstənin lıazırkı vəziyyəti, anmnestik məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilib, ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq stasionarmüalicələrinin sayı yetərsizdir. Xəstəyə əlavə stasionar müalicə tövsiyyə edilir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Digər xroniki tubulointerstisial nefritlər, xroniki tubulointerstisial nefrit, sağ böyrəyin birindi büzüşməsi, hipertoniya xəstəliyi. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, ÜİX sabit gərginlikli stenokardiya İİİ fs, Essensial hipertenziya, llld yüksək riks qrupu. İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Sağ tərəfli bitişmiş böyrəyin hidronefrozu İİİ dərəcə. Sol böyrəyin İİ dərəcəli hidronefrozu. Nefrogeıı hipertoniya. Xroniki böyrək xəstəliyi lil mərhələ. Xroniki nefrotik sindrom, l-li böyrək bitişməsi sağ tərəfli. ÜİX Sabit gərginlik stenokardiyası İİ dərəcəsi. Arterial hipertoniya İİİ çox yüksək risk. İmtina səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Əsas diaqnozun ağırlaşması dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin. - "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X2 xx.xx.2023-cü il tarixli PHŞ-6-78/2- 598/2023 nömrəli məktubundan görünür ki, İddiaçı qoyulmuş "XİV Sinif -Sidik-cinsiyyət sisteminin xəstəlikləri=> N10-N16-Böyrəyin tubuluintersitisial xəstəlikləri=> N11-Xroniki tubulointerstisial nefrit=> N11,1-Xroniki obstruktiv pielonefrit diaqnozun mətni Sağ tərəfli bitişmiş böyrəyin hidronefrozu İİİ dərəcə.Sol böyrəyin İİ dərəcəli hidronefrozu.Nefrogen hipertoniya.Xroniki böyrək xəstəliyi İİİ mərhələ.Xroniki nefrotik sindrom.İ-İİ böyrək bitişməsi sağ tərəfli.ÜİX Sabit gərginlik stenokardiyası İİ dərəcə.Arterial hipertoniya İİİ çox yüksək risk "diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarəna dair Əsasnamədə qeyd olunmuş N10- N16- N11-4.1.1, Xroniki böyrək xəstəliyi İİİ mərhələ-4.1.1.3 ÜİX Sabit gərginlik stenokardiyası İİ dərəcə - 2.2.1.2, Arterial hipertenziya İİİ dərəcə 2.1.1.3 xəstəlikləri ilə eyniyyət təşkil edir. Əlavə müalicələri aparılacağı hallarda xəstəliyin aradan qaldirilması mümkün deyil. Əsas diaqnozun ağırlaşması Böyrəkləri USM müayinəsi,Uroloji USM müayinlərindən ibarətdir XBX -İİİ mərhələ). - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAQ34 nömrəli göndərişi əsasında “Xroniki tubulointerstisial nefrit, sağböyrəyin birindi büzüşməsi, hipertoniya xəstəliyi. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, ÜİX, sabit gərginlik stenokardiya İİİ f.s.” diaqnozu ilə xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və stasionar müalicə müddəti (2021 -ci ildə 5 gün, 2022-ci ildə 5 gün) yetərsiz olduğundan, əlavə müalicəyə ehtiyacın olması böyrəyin birindi büzüşməsi, hipertoniya xəstəliyi. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, ÜİX, sabit gərginlik stenokardiya İİİ f.s.” diaqnozu ilə xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və stasionar müalicə müddəti (2021 -ci ildə 5 gün, 2022-ci ildə 5 gün) yetərsiz olduğundan, əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.6. bəndinə (ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı ilə ildə azı 4 dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) uyğun olaraq TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli "Əlavə müalicəyə ehtiyacın olması” qərarı əsaslı və düzgündür. Nəzərinizə çatdırmaq istəyirik ki, müalicə müddəti xəstəliyin xarakterindən, ağırlıq dərəcəsindən, klinikası, müalicə tədbirlərinin səmərəliliyindən, müalicə potensialından asılı olaraq dövlət tibb müəssisəsinin müalicə həkiminin qərarı ilə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının X00028215FİZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq diaqnostik müayinələrlə təsdiqləndikdən sonra əsas diaqnozun ağırlaşmasının dəqiqləşdirilməsi səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “Göndərişin natamam doldurulması, (Əsas diaqnozun ağırlaşması dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin)” ilə əsaslandırmışdır. Məhz sonuncu imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının X00028215FİZ nömrəli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, hazırkı vəziyyətdə cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətinin ona əlilliyin təyin edilməsinə imkan verib-verməməsi ilə bağlı yekun mövqeyini bildirməmişdir. Bununla belə iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etmək üçün zəruri olan inzibati araşdırmanın tamlığını da təmin etməmiş, əsassız olaraq “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2 üzərinə İddiaçı barəsində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının X00028215FİZ nömrəli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-59/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-59/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver