Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-591/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "08.03.1958-ci ildə tərtib olunmuş 53 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməklə və ana qrafasında X4 yazılmaqla düzəliş edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X22 01.10.1943-ci ildə X12 ilə nikaha daxil olmuş və bu barədə 01.10.1943-ci il tarixli 04 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Onların nikahından xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adlı uşaqları doğulmuş və Cavabdeh tərəfindən 08.03.1958-ci ildə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 53 nömrəli qeyd aparılmışdır. Bundan sonra X22 26.02.1988-ci ildə X9 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Seyidova soyadı verilmiş və bu barədə 26.02.1988-ci il tarixli 163 nömrəli nikah haqqında akt qeydində müvafiq qeydlər aparılmışdır. İddiaçıya 31.10.2012-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndə də adı "İddiaçı" kimi yazılmışdır. Lakin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 53 nömrəli "Doğum akt qeydi"ndə iddiaçının soyadı "Mamedov", adı "Sahibəli" kimi yazılmış, sonra isə həmin soyadın üstündən xətt çəkilərək yuxarı tərəfindən müvafiq olaraq "Seyidov" sözü yazılmışdır. Eyni zamanda, "Doğum akt qeydi"ndə ananın soyadı qrafasında "Mamedova", adı "Xanım" kimi yazılmış, sonra isə həmin sözlərin üstündən xətt çəkilərək yuxarı tərəfindən müvafiq olaraq "Seyidova" və "Güləndam" sözləri yazılmış, lakin bu düzəlişlər təsdiq edilməmiş və onların nəyin əsasında aparıldığı göstərilməmişdir. X12 26.08.2019-cu ildə vəfat etmişdir. İddiaçı doğum akt qeydində düzəliş edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu özünün 23.11.2021-ci il tarixli 397 nömrəli məktubu ilə bundan imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı "08.03.1958-ci ildə tərtib olunmuş 53 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməklə və ana qrafasında X4 yazılmaqla düzəliş edilməsi" barədə iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, onun barəsində Cavabdehndə tərtib edilmiş 53 nömrəli "Doğum akt qeydi"ndə yanlışlığa yol verilərək anası X2 Güləndam İbrahimxəlil qızı kimi yazılmışdır. O, anasının X12 olduğunu qeyd etmiş və doğum haqqında akt qeydində dəyişiklik edilməklə, ana qrafasında X4 yazılmaqla düzəliş edilməsi barədə qərar çıxarılmısını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı 09.02.2022-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri tərəfindən icra edilir. İddiaçı Cavabdeh tərəfindən yazılmış "Doğum akt qeydi"ndə səhvin olduğunu iddia edirsə, həmin səhvin düzəldilməsi üçün əsas təqdim etmədiyindən vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsindən imtina edilərək ona yazılı cavab verilmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh 05.03.2022-ci il tarixli məktubda nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 01.10.1943-ci il tarixli 04 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X22 01.10.1943-ci ildə X12 ilə nikaha daxil olmuşdur. - İşdə olan, 26.02.1988-ci il tarixli 163 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X22 26.02.1988-ci ildə X9 ilə nikaha daxil olmuşdur. - İşdə olan, İddiaçı adına olan 08.03.1958-ci il tarixli 53 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, onun "familiyası" qrafasında əvvəlcə Mamedov yazılmış, sonra üzərindən xətt çəkilərək Seyidov yazılmış, bundan başqa, "anası" qrafasında əvvəlcə X14 yazılmış, sonra ad və soyadın üst tərəfində əlavə olaraq Seyidova Güləndam yazılmış, lakin bu düzəlişlər təsdiq edilməmiş və onların nəyin əsasında aparıldığı göstərilməmişdir. - İşdə olan, iddiaçının adına 31.10.2012-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, iddiaçının adı "İddiaçı" kimi yazılmışdır. - İşdə olan, AZ-İİ seriyalı 004276 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X12 26.08.2019-cu ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin 09.02.2022-ci il tarixli etiraz məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri tərəfindən icra edilir. İddiaçı Cavabdeh tərəfindən yazılmış "Doğum akt qeydi"ndə səhvin olduğunu iddia edirsə, həmin səhvin düzəldilməsi üçün əsas təqdim etmədiyindən vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsindən imtina edilərək ona yazılı cavab verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Əsas Müddəaların 4-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilirlər. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən sənədlər mövcud olduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldilməli və ona dəyişikliklər edilməlidir. Müəyyən edildi ki, İddiaçı adına 08.03.1958-ci ildə doğum akt qeydi tərtib edilən zaman onun atası X6 Xanım İbrahimxəlil qızı ilə nikahda idi. İddiaçının adına olan doğum akt qeydində ana qrafasında X1 düzəliş edilməsi təsdiq edilməmiş və onların nəyin əsasında aparıldığı göstərilməmişdir. Eyni zamanda, iddiaçının adına olan doğum akt qeydində onun anasının 38 yaşının olması yazılmışdır. Yəni iddiaçının anası təvəllüdü (1958-38=1920) 1920-ci il olmuşdur. Bu isə X5 deyil, məhz X7 təvəllüdüdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçının anası X11r və doğum akt qeydində X5 adının yazılması yanlışdır. Cavabdeh həmin sənəddə düzəliş etməli olduğu halda, bunu etməmişdir. Ona görə də həmin düzəlişin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına 08.03.1958-ci ildə tərtib olunmuş 53 nömrəli doğum akt qeydində dəyişiklik edilməklə və ana qrafasında X12 yazılmaqla düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-591/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-591/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver