Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-591/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “iddiaçının adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.40 ha torpaq sahəsinin kateqoriyasının məqsədli təyinatının TEKUİS proqramında əks olunmuş təyinatına uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.40 ha torpaq sahəsinin kateqoriyasnın DVG xəritələrində, yerquruluşu planında, TEKUİS proqramında əks olunmuş təyinatına uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, iddiaçının adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023cü il hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.40 ha torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) TEKUİS proqramında əks olunmuş təyinatına uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 0,40 ha torpaq sahəsində yerləşən "Gülü Bağı" adlanan iaşə obyekti (ilkin hüquqmüəyyənedici sənəddə və texniki pasportda obyektin adı “Gülü Bağı" pavliyonu kimi qeyd olunmuş və 1965-ci ildə tikildiyi göstərilmişdir) keçmiş Azərittifaqın idarə Heyətinin 19 oktyabr 2005-ci il tarixli 286 nömrəli qərarı əsasında X7 (ilkin mülkiyyətçi) satılmışdır. Bundan sonra mülkiyyətçi həmin obyektin yerləşdiyi və faktiki istifadədəsində olduğu 0,40 ha torpaq sahəsinin ona satılması üçün Göyçay rayon Qarabaqqal Bələdiyyəsinə müraciət etmiş, bununla bağlı Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə satılacaq 0.40 ha torpaq sahəsinin planı tərtib və təsdiq olunmuşdur. Planın uqodiyası qrafası doldurulmayaraq boş buraxılmışdır. Həmin qrafanın alt xəttinin aşağı hissəsində kiçik hərflərlə əkin, çoxillik, dinc, biçənək və örüş sözləri yazılmışdır. Ayrılan torpaq sahəsinin məqsədli təyinatı burada qeyd olunanlardan hər hansı birinə uyğun olduğu halda onun altından ayrıca xətt çəkilməli idi. Müvafiq sözlərin hər hansı birinin altından xətt çəkilməməsi satılacaq torpaq sahəsinin orada qeyd olunanlardan heç birinə aid hesab edilməməsi anlamına gəlir. Bunun nəticəsidir ki, 25 dekabr 2005-ci il tarxli torpağın alqı-satqısına dair aktına əsasən X2 və ona keçmiş DTXKnin Göyçay şöbəsi tərəfindən 19 yanvar 2006-cı il tarixdə JN-1689 nömrəli {kod ********) torpağa mülkiyyət hüququna dair verilmiş dövlət aktında satılmış torpaq sahəsinin bağçılığın inkişaf etdirmək məqsədi ilə verildiyi qeyd olunsa da, aktın torpaq sahəsinin qəiməsi (sertifikatı) hissəsində 4000.15 kv.m torpaq sahəsi "və sair sahələr" qrafasında göstərilmişdir. Daha sonra X3 qeyri-yaşayış sahəsini üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün AR DƏDRX Ucar Ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət aktı keçmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən verildiyindən sözügedən daşınmaz əmlakları qeydə almaqdan imtina etmişdir. Mülkiyyətçi imtinanın əsaslan ilə razılaşmayaq AR DƏDRX Ucar ərazi idarəsinə qarşı iddia ərizə ilə Ucar rayon Məhkəməsinə müracət etmiş, Məhkəmənin 07 noyabr 2008-ci il tarixli 2(063)-252/2008 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq "Gülü bağı" pavliyonunun və həmin obyektin yerləşdiyi 0,40 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınıb, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi AR DƏDRX Ucar ərazi idarəsinə həvalə ediİimişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Göyçay rayonu, Qarabaqqal kəndində xüsusi mülkiyyətdə olan 0,40 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona xx.xx.2009-cu il qeydiyyat tarixli, seriya MN, ******* nömrəli çıxarış və həmin tarixli **********43-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu verilmişdir. Həmin hüquqmüəyyənedici və texniki sənədlərdə sözügedən torpaq sahəsinin kateqoriyası barədə heç bir qeydiyyat olmamışdır. Lakin qeyd olunan daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında ona bağışlanan 6.02.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən həmin çıxarışda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu qeyd olunmuşdur. 09 yanvar 2009-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən **********43-06301 reyestr nömrəli çıxarış və daşınmaz əmlakın texniki pasportunda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla məqsədli istifadə növü bağçılıq-bostançılıq kimi qeyd olunması barədə heç bir göstəriş yoxdur və olması da mümkün deyildi. Ona görə ki, həmin sənədlərə qədər verilmiş ilkin 19 yanvar 2006-cı il tarixdə JN-1689 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinin bağçılığın inkişaf etdirmək məqsədi ilə verildiyi qeyd olunsa da, aktın torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində 4000.15 kv.m torpaq sahəsi "və sair sahələr" qrafasında göstərilmişdir. Torpaq Məcəlləsinin 12-ci maddəsmin 3-cü bəndində kənd təsərrüfatı yerlərinin dairəsi konkret müəyyən olunmş və həmin yerlərə yalnız əkin,çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Bu siyahıda "sair sahələr" və yaxud "bağçılıq" kimi anlayışlar yer almamışdır. Əgər sözügedən torpaq sahəsinin məqsədli təyinatı kənd təsərrüfatı olsaydı, qeyd olunan maddənin tələbinə görə həmin torpaq sahəsi mütləq qaydada dövlət aktının sertifikat hissəsində əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş toı paqlar, biçənəklər, örüşlər və otlaqlara aid edilən hər hansı bir müvafiq qrafanın birində qeyd olunmalı idi. Kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş dövlət aktında məqsəd kimi “kənd təsərrüfatı məhsulları istehsalı” göstərilir, aktın "Torpaq sahəsinin qaiməsi /Sertifikatı/" hissəsində isə ayrılan həmin torpaq sahəsi müvafiq olaraq əkin, çoxillik əkmələr və dinc qrafalarında qeyd olunur. Göründüyü kimi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş dövlət aktlarının sertifikat hissəsində torpaq sahəsi əkin, çoxillik əkmələr və dinc qrafalarında qeyd olunduğu halda, digər məqsədlər üçün verilmiş torpaq sahəsi dövlət aktının sertifikat hissəsində “sair sahə” kimi qeyd olunmaqla bu torpaq sahələrinin hüquqi rejimi bir-birindən fərqləndirilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən:
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarma) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Göründüyü kimi torpaq qanunverijyində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar, əkin, mövcud çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Cavabdehin imtinasının əsasından çıxış olunduğu halda mübahisə məhkəmə hakimiyyətinin səlahiyyətinə aid olmayacaqdır, ona görə ki, Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən bu torpaqların qeyri- kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin ) qərarı ilə yol verilir. Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaıaq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətlərinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Lakin nəzərə alınmalıdır ki, burada mübahisə torpağın kateqoriyasının dəyişdirilməsindən yox. dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılaraq dövlət reyestrində düzəliş edilməsindən gedir. Ona görə ki, sözügedən torpaq sahəsi nə İlkin əldə olunan vaxt, nə də hal-hazırda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Sözügedən torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlməməsi həm cavabdehin subordinasiya baxımından yuxarı inzibati orqanının xx.xx.2023-cü il tarixli 3-21-02/2-0-00xx-xx/2023 nömrəli cavab məktubu, həm də cavabdehin özü tərəfindən 30 oktyabr 2023-cü il tarixli sorğuma verilmiş 30 dekabr 2023-cü il tarixli 3-21-36/2-Q-00xxxx/2023 nömrəli cavab məktibunda etiraf olunur. Sonuncu cavab məktubu rəsmi qaydada mənim poçt ünvanına göndərilməmiş, qəbulda olub, təkidli tələbimdən sonra cavabdehin ofisində üzərində "14 mart 2024 -cü ildə qəbul etdim qeydi ilə mənə təqdim olunmuşdur. Sorğum sözügedən torpaq sahəsinin dövlət torpaq kadastrının məlumatlarında məqsədli təyinatı və hüquqi rejimi barədə məlumatın verilməsi olmuş, cavabdeh cavab məktubunda sözügedən torpaq sahəsinin DVG (islahat) xəritələrində "təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar" , yerquruluşu planında "yaşayış məntəqələrinin torpaqları", TEKUİS proqramında da buna müvafiq olaraq torpaq sahəsinin təyinatı "yaşayış məntəqələrinin torpaqları", uqodiyası isə "təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar" kimi əksinin tapdığının müəyyən edildiyini göstərmişdir, i ızasda isə torpaq sahələrinin təyinatının dəyişdirilməsinin Ərazi idarəsinin səlahiyyətləri xaricində olduğu qeyd olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana tələbinin torpaq sahəsinin təyinatının dəyişdirilməsi yox, ərazi planlaşmasına uyğun düzəliş edilməsi olduğu bir daha diqqətinə çatdırmış, cavabdeh orqanın nümayəndələri isə yanlışlığın ardan qaldırılıb geri dönüş ediləcəyini, bunun da kifayət qədər zaman alacağını bildirsələr də, ondan sonra 29 mart 2024-cü il tarixli 3-21-3-36/2- 1260/2024 nömrəli məktubda “mülkiyyət hüququ rəsmiləşdirilən zaman Milli Qeydiyyat Sistemində torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunduğundan qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı əsasın olmadığını bildirmişdir. Həm hüquqi, həm də faktiki əsaslardan çıxış edərək imtinanın nə qədər məntiqsiz olduğunu anlamaq olar. Torpaq qanunvericiliyinin tələbinə görə kənd təsərrüfatı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) qərarı ilə yol verilir. Söztigüdən torpaq sahəsi ilkin əldə olunan vaxt , bundan əlavə isə DVG (islahat) xəritələrində, yerquruluşu planında TEKUİS proqramında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi əksini tapmadığı halda mübahisənin həlli üçün müvafiq icra hakimiyyətinə hansı vəsatətlə müraciət olunması bəri başdan cavabı bəlli olan, yəni sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmadığı halda digər kateqoriyaya keçirilməsinə nə lüzum var sualı doğuracaqdır. Məhkəmənin diqqətinə, həmçinin aşağıda qeyd olunan diqqətçəkən məqamları da çatdıraraq bildirir ki, Göyçay rayonu Qara baqqal Bələdiyyəsi və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib və təsdiq olunmuş sözügedən 0.40 ha torpaq sahəsinin planında Ç-dən A-ya kimi boş sahə kimi göstərilən torpaq sahəsinin 0,308 hektarı sonradan həyat yoldaşı X4 tərəfindən alqısatqı müqaviləsi əsasında əldə olunaraq ona verilmiş Çıxarışda 0.145 ha hissənin kateqoriyası (məqsədli təyinatı) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, 0,163 ha hissənin kateqoriyası isə yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmaqla mübahisələndirilən 0,40 ha kimi yol, B-dən C-yə kimi sex, C-dən Ç-kimi isə Bakı -Qazax yolu qeyd olunmuşdur. Göründüyü kimi sözügedən 0.40 ha torpaq sahəsinin ətrafında belə kənd təsərrüfat təyinatlı torpaq sahəsi yoxdur. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Göyçay rayonu, Qarabaqqal kəndində 0.40 ha sahibkarlıq torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına 22 dekabr 2022-ci il tarixli 4Ə- 1076 saylı bağışlanma müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə **********43-06301 reyestr nömrəli elektron çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Sözügedən qeyriyaşayış binası (Gülü-bağı pavilyonu) ilkin olaraq Göyçay rayon İstehsal istehlak kooperativinin balansında olmuşdur və 28 noyabr 2005-ci il tarixdə kooperativ cəmiyyət tərəfindən vətəndaş X1. Bundan sonra qeyri-yaşayış binasının yerləşdiyi 0.40 ha torpaq sahəsi “Qarabaqqal” bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarına əsasən iddiaçıya satılmış və müvafiq olaraq 19 yanvar 2006-cı il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfinfən hazırlanmış JN-1689 saylı Dövlət aktı verilmişdir. Arxiv qovluğu araşdırılan zaman müəyyən edilmişdir ki, torpaq sahəsi “Qarabaqqal” bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarına əsasən X7 “Bağçılığın inkişafı məqsədi” ilə ayrılmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfinfən hazırlanmış JN-1689 saylı Dövlət aktının qaiməsində torpaq sahəsi “sair” sahələr kimi qeyd edilmişdir. Daha sonra, Ucar rayon Məhkəməsinin 07 noyabr 2008-ci il tarixli Qətnaməsinə əsasən 0.40 ha torpaq sahəsi və onda yerləşən qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilən zaman Milli Qeydiyyat Sistemində torpaq sahəsinin təyinatı Kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. İlkin qeydiyyatın Məhkəmə Qətnamə əsasında aparılmasına səbəb Göyçay rayon İstehsal -istehlak kooperativinin balansında olan tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdeh orqan tərəfindən dövlət torpağı olaraq qiymətləndirilməsi olmuşdur. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan avqust 2005-ci il tarixli texniki pasportun “torpaq sahəsinin eksplikasiyası” qrafasında tikilinin yerləşdiyi torpaq sahəsi tikintialtı olaraq 121.9 kv.metr olaraq qeyd edilmişdir. Elektron kadastr baza məlumatlarında araşdırma aparılarkən DWG (islahat) xəritələrində sözügedən torpaq sahəsi “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar”diyyəsinin mülkiyyətinə verilmiş yerquruluşu planında “yaşayış məntəqələrinin torpaqları”, TEKUİS proqramında da buna müvafiq olaraq sahəsinin təyinatı “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası isə “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi əksini tapdığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd edirik ki, torpaq sahələrinin təyinatının dəyişdirilməsi Ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən “Yaşayış məntəqələrinin torpaqları”nın tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan, kənd təsərrüfatı üçün istif şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli imtina məktubları;
2. MH seriyalı ******* nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
3. ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar;
4. 238 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu;
5. JN-643, JN-1689 nömrəli Dövlət Aktları;
6. AR Göyçay Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamı;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.40 ha torpaq sahəsinin kateqoriyasnın məqsədli təyinatının TEKUİS proqramında əks olunmuş təyinatına uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi düzəliş edilməsinə nail olmaqdır. Məhkəmə qeyd edir ki,hazırkı iddia tələbi torpaq sahəsinin təyinatının dəyişdirilməsi deyil, mövcud təyinatının hüquqmüəyyənedici sənəddə cavabdeh tərəfindən düzgün təsbit edilməməsinin müəyyən edilərək,faktiki vəziyyətinə uyğun düzəldilməsindən ibarətdir. İddia olunan torpaq sahəsinə bitişik olan xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən 0,163 ha torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları” kimi əks olunaraq mülkiyyət hüququ qeydə alınmışdır. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən X6 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X6 uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı ilkin olaraq imtina etməsinin səbəbi Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən “Yaşayış məntəqələrinin torpaqları”nın tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəniməişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan, kənd təsərrüfatı üçün istif şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaqlar daxil olmasından ibarətdir. Cavabdehin etirazına əsasən Elektron kadastr baza məlumatlarında araşdırma aparılarkən DWG (islahat) xəritələrində sözügedən torpaq sahəsi “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar bələdiyyənin mülkiyyətinə verilmiş yerquruluşu planında “yaşayış məntəqələrinin torpaqları”, TEKUİS proqramında da buna müvafiq olaraq sahəsinin təyinatı “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası isə “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi əksini tapdığı müəyyən edildiyi bildirilmişdir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı inzibati mübahisə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı yox, torpağa dair sənədlər ilə X6 Uçotu informasiya Sistemi”ndəki uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Yəni, hər bir halda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları olmaqla davam edir. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur. Cavabdeh orqan torpağa mülkiyyət hüququna dair JN-1689 saylı Dövlət aktının qaiməsində torpaq sahəsinin “sair” sahələr kimi qeyd edildiyini, daha sonra 0.40 ha torpaq sahəsi və onda yerləşən qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilən zaman Milli Qeydiyyat Sistemində torpaq sahəsinin təyinatı “Kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunduğunu bildirir. Elektron kadastr baza məlumatlarında araşdırma aparılarkən DWG (islahat) xəritələrində sözügedən torpaq sahəsi “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyətinə verilmiş yerquruluşu planında “yaşayış məntəqələrinin torpaqları”, TEKUİS proqramında da buna müvafiq olaraq sahəsinin təyinatı “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası isə “təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi əksini tapdığı müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi ilkin əldə olunan vaxt , bundan əlavə isə islahat xəritələrində, yerquruluşu planında TEKUİS proqramında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi əksini tapmamış və onun hüquqi rejmi fərqləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan torpaqların kateqoriyalarının dəyişdirilməsinin səlahiyyətləri xaricində olmasına və torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı əsasın olmamasına istinad etməklə imtina cavabı verməkdə haqlı olmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda istinad olunmuş normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, X6 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərində qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı adına qeydə alınmış 0.40 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) TEKUİS-ə uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.