Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-593/2022 20.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək X4 sağıcı işləməsini, işlədiyi müddətdə əmək haqqından məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsini və 5 uşağını doğub, 8 yaşınadək tərbiyə etməsini nəzərə alaraq hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələb olunan sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.1999xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 496,12 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (28800 manat) azdır. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya cavab olaraq filial tərəfindən bildirilmişdir ki, Şəki rayonu "xxxx" Camışçılıq üzrə X9 X2 MMC (SUN: **********1) tərəfindən Nazirliyin X1 sisteminin "Sığorta” (Hesabat) altsistemində 2013-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı sığortaolunan kimi məlumatları qeyd olunmamışdır. X8 Uçota Nəzarət və Sosial Sığorta Departamentinə ünvanlanmış sorğuya cavab olaraq departament tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin (MEİS) “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X9 X2 (SUN:**********1) tərəfindən 2008, 2010-2012-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün **********281 nömrəli fərdi şəxsi hesabında az məbləğdə əks olunmasına səbəb olmuşdur. Nazirliyin “MEİS”in "Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X9 X2 tərəfindən 2009, 2013- 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1993-cü ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ümumi iş stajı 20 il 2 ay 29 gün təşkil edir. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə pensiya yaşına (56,5 yaş) çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı pensiya yaşına çatdığı tarixədək indeksləşdirilməklə 15011,52 manat təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.1993-cü il tarixli MT- İ ******* nömrəli əmək kitabçasının 27-ci qeydində onun işlədiyini iddia etdiyi Şəki rayonu "xxxx" Camışçılıq üzrə X9 X2 MMC-də tutduğu “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhür yoxdur. İddiaçı işlədiyini iddia etdiyi "xxxx" MMC-dəki xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrün araşdırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X5 və Emal Birliyi” MMC-və xx.xx.2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış, lakin cavab verilməmişdir. İddiaçı 2013-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda adının sığortaolunan kimi qeyd olunmaması, həmçinin iddiaçının əmək kitabçasında 2016-cı ildə “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhrün olmaması iddiaçının iddiasının əsası kimi təqdim etdiyi əmək kitabçasındakı "xxxx" MMC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qeydlərin mötəbərliyini şübhə altına alır. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X5 və Emal Birliyi” MMCnin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Daşüz Camışçılq üzrə DDKTİM MMC-də (hüquq varisi “X5 və Emal Birliyi” MMC) sağıcı vəzifəsində çalışmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının 2006-cı ildən sonrakı dövr üçün pensiya kapitalı 496.12 manat qeyd edilmişdir. 2011-ci il üzrə məbləğ 19.16 manat, 2019-cu il üzrə 105.97 manat, 2020-ci il üzrə 370.99 manat qeyd edilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının xx.xx.1983-cü ildə Nümayəndə2, xx.xx.1984-cü ildə Nümayəndə3, xx.xx.1987-ci ildə Nümayəndə4, xx.xx.1992-ci ildə Nümayəndə5 və xx.xx.1995-ci ildə X3 adlı övladları doğulmuşdur, iddiaçı bu uşaqları 8 yaşına qədər özü tərbiyə etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 61 yaş 6 ayda xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı həqiqətən də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Daşüz Camışçılq üzrə DDKTİM MMC-də (hüquq varisi “X5 və Emal Birliyi” MMC) sağıcı vəzifəsində çalışmış, həmin müddət ərzində iddiaçıya ödənilən əmək haqqından ödənilmiş m.d.s.s haqqı 2011-ci il üzrə - 19.16 manat məbləğində olması, həmçinin iddiaçının 5 uşağını doğub, 8 yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır və cavabdehin özü tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında birbaşa qeyd olunub. Həmçinin iddiaçının təqdim etdiyi, müvafiq ödənişlərin əks olunduğu sosial arayışdan da görünür ki, faktiki olaraq ona ödənilmiş əmək haqqından m.d.s.s haqqı üzrə ödəmələr həyata keçirilmişdir. Cavabdehin etirazının dəlilləri subyektiv mülahizə xarakterlidir və iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Daşüz Camışçılq üzrə DDKTİM MMC-də (hüquq varisi “X5 və Emal Birliyi” MMC) işləməsi ilə bağlı aparılmış qeydlərin mötəbərliyinin şübhə altına salınmasına əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğundan cavabdehin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı hüququnun yarandığı - xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.