Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-596/2022 06.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, Ərizəçi İddiaçı “məhkumluğunun üzərindən götürülməsinə dair məhkəmə qərarının çıxarılması” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkumluğunun üzərindən götürülməsinə dair məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2010-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.3.2-ci və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 03 ay azadlıqdan məhrum edilmiş, 02.11.2019-cu il tarixdə cəza müddətinin bitməsi səbəbilə əlaqədar azadlığa buraxılmışdır. İddiaçı azadlığa çıxdıqdan sonra işlə təmin edilməsi üçün müraciətlər etmiş, lakin məhkumluğunun olması səbəbindən işlə təmin edilməsi mümkün olmamışdır. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkumluğunun götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçiyə 20.12.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış və ona izah edilmişdir ki, onun qaldırdığı məsələ inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün İddiaçı vaxt təyin edilmiş, lakin sonuncu tərəfindən yardım məktubunda qeyd edilənlərə münasibət bildirilməmişdir. İddiaçı ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 517.1.1-ci maddəsinə əsasən, məhkumluğun vaxtından əvvəl götürülməsini şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi həyata keçirir. Bu səbəblə də ərizəçi hüquqi marağı ilə əlaqədar hökmü çıxarmış məhkəməyə, hazırkı halda Bakı Ağır Cinayətlər Məhkəməsinə, yaxud yaşayış yeri üzrə birinci instansiya məhkəməsinə müraciət etməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İddiaçı “məhkumluğunun üzərindən götürülməsinə dair məhkəmə qərarının çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-596/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-596/2022
06.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver