Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-597/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizəbəyannamə" ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı arvadı Məmmədova Aysel Bəxtiyar qızı ailənin təmsilçisi kimi ilk dəfə 02.06.2021-ci ildə "ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə etməklə "Ərizə-bəyannamə"ni dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) müraciət etmişdir. Sosial yardımın alınması üçün VEMTAS tərəfindən "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatlar "Elektron hökumət" portalı üzərindən araşdırılmış, lakin müraciətdə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından imtina edilmişdir. Bundan sonra, Məmmədova Aysel Bəxtiyar qızı ikinci dəfə 18.06.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizəbəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) Məmmədova Aysel Bəxtiyar qızına sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, "Ərizəbəyannamə"də 5 nəfər ailə üzvü göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçinin qayınanası və qayınatası göstərilən ünvanda onunla birlikdə yaşayırlar. Bundan başqa, Məmmədova Aysel Bəxtiyar qızı növbəti dəfə 12.07.2021ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun maddiməişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (başqa şəxsə aid abonent kodunun bəyan edilməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Daha sonra, Məmmədova Aysel Bəxtiyar qızı 19.08.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialına qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizə-bəyannamə" ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Nazirliyin tərkibində yaradılmış DSMF-nin 17 saylı Regional Ərazi Filialının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu tam əsassızdır. Bundan sonra məhkəmənin yardım məktubuna uyğun olaraq, İddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək, iddiasını dəyişdirmiş, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş, iddia tələbini isə "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizəbəyannamə" ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 30.12.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı 14.03.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda bildirmişdir ki, Məmmədova Aysel Bəxtiyar qızının müraciətində İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Eyni zamanda, sonuncu tərəfindən edilmiş növbəti müraciətlərdə isə ailə tərkibi 5 nəfər kimi göstərilsə də, ailənin maddi-məişət şəraitinin müayinələrində ailə tərkibinin düzgün qeyd edilmədiyi müəyyən edilmiş, müayinə aktı, foto və video çəkilişlərlə rəsmiləşdirilmişdir. İddiaçı ona sosial yardımın təyin olunması üçün yenidən müraciət etməli və ailə tərkibini, ailə üzvlərinin gəlirləri barədə düzgün məlumat verməlidir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair f53c**********d49f0bf6a3de57b55d nömrəli bildirişdən görünür ki, müraciətdə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından imtina edilmişdir. - İşdə olan, Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 2c03edbb517a434c99e68a1750f3f6ca nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) Məmmədova Aysel Bəxtiyar qızına sosial yardım təyin olunmasından imtina edilmişdir. - İşdə olan, Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 6478e401394744bca03e1d54a96a3b4e nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (başqa şəxsə aid abonent kodunun bəyan edilməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. - İşdə olan, Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 7561173d56b94c248ecd75aa1582eaa4 nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. - İşdə olan, cavabdehin 14.03.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubundan görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının müraciətində İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Eyni zamanda, sonuncu tərəfindən edilmiş növbəti müraciətlərdə isə ailə tərkibi 5 nəfər kimi göstərilsə də, ailənin maddi-məişət şəraitinin müayinələrində ailə tərkibinin düzgün qeyd edilmədiyi müəyyən edilmiş, müayinə aktı, foto və video çəkilişlərlə rəsmiləşdirilmişdir. İddiaçı ona sosial yardımın təyin olunması üçün yenidən müraciət etməli və ailə tərkibini, ailə üzvlərinin gəlirləri barədə düzgün məlumat verməlidir. Əsaslandırma hissəsi: İddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından bir neçə dəfə imtina olunsa da, iddia 19.08.2021-ci il tarixli imtinadan sonra verildiyinə görə hazırkı iddianın predmetini məhz həmin imtina təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsassızdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Qanunun 6.2-ci və 6.3-cü maddələrinə görə, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 16.11.2005-ci il tarixli 312 nömrəli Fərmanının 2.3-cü bəndinə görə, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə görə, həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İşin hallarından görünür ki, ailəni təmsil edən şəxs Məmmədova Aysel Bəxtiyar qızı ünvanlı dövlət sosial yardımı təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətlə bağlı iddiaçının ailəsinin maddi məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən 19.08.2021-ci ildə (onun yaşayış yerində ailə tərkibinin səhv olması) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də ərizəçinin 5 nəfərdən ibarət ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, iddiaçının atası və anası da həmin ünvanda yaşayır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Bu isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə görə, ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsasdır. Belə olan halda, cavabdehin imtinası əsaslıdır. Eyni hüquqi mövqe 2-1(102)-442/2021 nömrəli analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizəbəyannamə" ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-597/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-597/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver