Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-598/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1992-ci ildən atəşkəs elan olunana kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktını müəyyən edərək veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992ci ildən atəşkəs elan olunana kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktını müəyyən edərək veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Şəki rayonlararası Mühafizə İdarəsində işləmişdir. Mühafizə polisində işlədiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1992-ci ildən atəşkəs elan olunana kimi döyüşlərə cəlb edilmişdir. Belə ki, iddiaçının yadında qalan döyüşlərdən biri 1994-cü ilin mart-aprel aylarında Mayor İsayevin komandanlığı ilə Murovdağ ərazisində olmuşdur. Bundan sonra iddiaçıya 1998-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 013165 seriya nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Bu vəsiqə əsasında iddiaçı 2007-ci ilə kimi müavinət almışdır. Son dövrlər yenidən müavinət almaq üçün iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialına müraciət etmişdir. Lakin vəsiqəsi yararsız halda olduğu üçün vəsiqənin dəyişdirilməsini və bundan sonra müraciət etməsini tövsiyə etmişlər. Bundan sonra iddiaçı vəsiqəsinin dəyişdirilməsi üçün bir neçə dəfə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etsə də onun döyüş əməliyyatlarında iştirak etməyinə dair məlumat olmadığını əsas gətirərək yeni vəsiqə verilməsindən imtina olunmuşdur. İddiaçı məhkəmənin dəftərxanasın xx xxxxxx 2020-ci il tarixdə daxil olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini qeyd edərək “1992-ci ildən atəşkəs elan olunana kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktını müəyyən edərək veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə xx.xx.2020-ci il tarixli 024-3844-1220 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı “Müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz edilməsi mümkün hesab edilmişdir. Həmçinin iddiaçı tərəfindən də xx.xx.2020-ci il tarixli məktub göndərilərək “Müharibə veteranı” vəsiqəsinin cavabdeh tərəfindən hazırlanaraq ona təqdim edildiyi bildirilmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məktubları iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh və iddiaçının məktublarından görünür ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 67, 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1992-ci ildən atəşkəs elan olunana kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktını müəyyən edərək veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-598/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-598/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver