Məhkəmə qərarları › İş №2-1(116)-6/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-6/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-6/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehr Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 417492.0 manat vəsaitin, 83498.4 manat əlavə haqqın, 207317.1 manat əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X16 xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən 0.1173 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən Yanacaqdoldurma və X21 Məntəqəsinin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan Yanacaqdoldurma və X21 Məntəqəsinin texniki pasportu tərtib edilmişdir. Yanacaqdoldurma və X21 Məntəqəsi keçmiş sovetlər dövründə, 70-80-cı illərdə inşa edilmiş, Bakı-Qazax şossesindən ayrılan xüsusi yol vasitəsi ilə oraya daxil olmaq və çıxmaq mümkün olmuşdur. Məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi, yəni “xxxx” ASC tərəfindən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirilirdi. İddiaçıya xəbərdarlıq edilmişdi ki, genişlənmə nəticəsində yolun bir hissəsi Yanacaqdoldurma və X21 Məntəqəsinin ərazisini tam əhatə edəcək və bu səbəbdən məntəqə başqa əraziyə köçürüləcək, ona kompensasiya veriləcəkdir. Buna baxmayaraq tikinti işlərinin getdiyi ərəfədə «xxxx» ASC heç bir kompensasiya vermədən Bakı-Qazax şossesindən ayrılan məntəqənin xüsusi yolunu dağıdaraq uçurmuş, beləliklə də oraya nəqliyyat vasitələri tərəfindən girib-çıxmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı «xxxx» ASC-yə öz pretenziyalarını bildirəndə onlar cavab vermişlər ki, bu dövlət layihəsidir, Yanacaqdoldurma və X21 Məntəqəsi başqa əraziyə köçürüləcək və ona kompensasiya veriləcəkdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında fəaliyyətini dayandırmış və düşünmüş ki, dövlət layihəsidir, kompensasiyanın verilməsini gözləməlidir. İllər ötmüş, yol çəkilişi başa çatmış, məntəqə fəaliyyət göstərə bilməmiş və müştərilərini itirmiş, lakin vəd edilmiş kompensasiya verilməmişdir. Cavabdeh-dən iddiaçıya verilmiş 1-3/16-1310 saylı, xx.xx.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X17 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir. İddiaçı bu məbləğlə bağlı etirazını bildirmişdir. O hesab edir ki, yuxarıda göstərilənlər Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işləri ilə bağlı Cavabdeh-dən onun xeyrinə bazar qiyməti ilə hesablanmış 417492,0 manat xərcin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanında nəzərdə tutulan 83498,4 manat kompensasiyanın, son 3 il ərzində (ötən müddət 5 ildən artıq olsa da, iddiaçı humanistlik göstərərək son 3 ili iddia edir) əldən çıxmış 207317,1 manat (69105,7 manat*3 il) gəlirin tutulması üçün əsasdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Qərardadından müəyyən edilir ki, iddiaçı Cavabdeh-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və ziyana görə kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin 2(001)-201/2017 nömrəli, xx.xx.2017-ci il tarixli Qərardadı (məhkəmə aidiyyəti) ilə icraata xitam verilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4368/2017 nömrəli xx.xx.2017-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2017 nömrəli, xx.xx.2017-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərardadından müəyyən edilir ki, iddiaçı Cavabdeh-yə qarşı Cavabdeh-dən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 417492 manat vəsaitin, 83498.4 manat əlavə haqqın, 207317.1 manat əldən çıxmış gəlirin tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(81)3463/2017 nömrəli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cavabdeh orqan tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələr tərəfindən təmin edilməmişdir. X20-İqtisadi Məhkəməsinin dəftərxanasına xx.xx.2018-ci il tarixdə daxil olmuş və həmin gündən icraata qəbul edilmişdir. İddiaçı tərəfindən “iddia ərizəsinə əlavə”yə dair məhkəmənin dəftərxanasına xx.xx.2019-cu il tarixdə daxil olan cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı ərizədə iddiaçı “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında ərizə pritokol qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6038/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılan tikinti-texniki tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X12rşısında yerləşən 1520 kv.m torpaq sahəsinin 260 kv.m (1520-1260) hissəsinin yol tikintisi ilə əlaqədar istifadə olunduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X17 başqa sahəyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 417492,0 manat məbləğində olduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X17 binasının hazırkı bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Aparılan mühasibatlıq tədqiqatının nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X17 fəaliyyəti, analoji olaraq “T.E.K.O” firması ilə eyni götürüldükdə 2015-ci il üzrə 69.105,7 manat həcmində gəlir əldə edə bilər. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubdan görünür ki, iddiaçının əmlakının yolun tikinti altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiya hesablanmışdır. İş materiallarında olan “Qarşılıqlı iddia ərizəsi”ndən müəyyən edilir ki, ərizə üzrə iddiaçı (hazırkı iş üzrə cavabdeh) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və ərizə üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “çıxarışın etibarsız edilməsi” tələbi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qərardaddan ərizə üzrə iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-246/2018 nömrəli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1726/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində qeyd edilmişdir: - Azərbaycan Respublikası Nəqliyyat nazirliyi «xxxx açıq səhimdar Cəmiyyəti» tərəfindən verilən məktuba əsasən Yanacaq Doldurma məntəqəsinin reklam lövhəsi və 2,57 sot torpaq sahəsi yolun tikintisinin atına düşərək istifadə olunduğu müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsi A tikilisi (talvar və ya kalonka) yeni salınmış yolun oxundan 20,0 metr kənarda yerləşdiyini və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin “Avtomobil yollarında təhkim və mühafizə zolağından istifadəsinin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” xx xxxxxx 2004-cü il tarixli 18 nömrəli qərarına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zolağının eni yolun orta hissəsindən hər iki tərəfə 30 m olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi (talvar və ya kalonka) avtomobil yolunun qorunma (mühafizə) hissəsinə düşdüyü müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən və iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin torpaq sahəsinin cox hissəsinin (2.57 sot) yol tikintisinin altında qaldığını, talvar və çənlərin yolun mühafizə zolağına düşdüyünü və yanacaq-maye qaz çənlərin yolun kənarına yaxın ərazidə (təqribən 5/6m) yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin təyinatı üzrə istifadəsinin mümkünsüz olduğu, inşa olunmuş yeni magistral yolun yanacaqdoldurma və maye qaz məntəqəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur. Yanacaq və qaz doldurma talvarı ilə yolun arasında az məsafə olduğu və yolun mühafizə zolağına düşdüyü və Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 14-cü və 33-cü maddələrinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında tikililərin yerlədirilməsi qadağan olduğu üçün yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst girişçıxışı məhdudlaşır və təyinətı üzrə istifadəsi mümkün deyil. - Yanacaqdoldurma və maye qaz məntəqəsindən təyinatı üzrə istifadəyə mövcud olan maneənin aradan qaldırılması üçün həmin yanacaqdoldurma və maye qaz məntəqəsi başqa əraziyə köçürülməlidir. İstifadəyə yaranmış maneəni aradan qaldırmaq üçün görülməli tikinti- təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 436607.0 manat məbləğində olduğu müəyyən edilmişdir. - Yanacaqdoldurma və maye qaz məntəqəsinə xidmət edən yanacaq çənləri Bakı- Qazax yolunun mühafizə zolağında yerləşdiyi üçün həmin çənlər yolun istifadəsi üçün təhlükə törədir. Yuxarıda göstərilənlərə yanacaqdoldurma və maye qaz məntəqəsinin (çənlərlərlə birlikdə) başqa əraziyə köçürülməsi zəruri olduğu və başqa sahəyə köçürülməsi nəticəsində tikinti-təmir işlərinin dəyəri smetada ətraflı göstərilmişdir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq tikinti materiallarının qalxması ilə izah olunur. xx.xx.2019-cu il tarixdə aparılan məhkəmə-mühasibat ekspertizasının nəticə hissəsində qeyd edilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 fəaliyyəti, analoji olaraq “Atilla” müəssisəsi ilə eyni götürüldükdə 2018-ci il üzrə 249.109,68 manat (20.759,14 x 12 ay) həcmində gəlir əldə edə bilər. İş materiallarında olan DƏDRX-nin 17 saylı X16 xx.xx.2018-ci il tarixli **********38 nömrəli məktubuna edilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Məktuba əlavə edilən xx.xx.2001-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan YDM X8 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin YDM xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X14 adından etibarnamə əsasında səlahiyyətli nümayəndə (satıcı) X9 tərəfindən alıcı (iş üzrə iddiaçı) İddiaçı satılmışdır. Alıcı qeyd olunan daşınmaz əmlakı 25000 (iyirmi beş min) manata satın almışdır. Bunun əsasında iddiaçının adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2013-cü il tarixli 4326 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsi”nin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin predmetini xx.xx.2013-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı- Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanındakı Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən Yanacaqdoldurma məntəqəsinin istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini alıcı 152 (bir yüz əlli iki) manata satın almışdır. Müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X13, alıcı hazırkı iş üzrə İddiaçıdur. Qeyd olunan müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən YDM və onun yerləşdiyi 0.1173 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və xx.xx.2013-cü il tarixdə tərtib olunmuş “Texniki pasport” verilmişdir. İş materiallarında olan 11 saylı X7 dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubunda qeyd edilir ki, məlumat-uçot bazasına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şossesinin 272-ci kilometrliyində yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X21 məntəqəsi “xxxx” Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi xx.xx.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt “xxxx” Firmasının xx.xx.2012-ci il tarixli ərizəsinə əsasən xx.xx.2012-ci il tarixdən bağlanmışdır. Qeydiyyat qovluğundakı məlumatlara əsasən “xxxx” X1 tərəfindən özəlləşdirilmiş Yevlax rayonu 1 saylı ağ neft satışı məntəqəsinin əmlakının bazasında yaradılmışdır. “xxxx” Firmasının təsisçisi iştirak payı xx xxx 2001-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X3 və bu fakt xx xxxx 2004-cü il tarixdə 10/87 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “xxxx” Firmasının qeydiyyat qovluğundakı məlumatlara əsasən hazırda həmin firmanın təsisçisi X14, direktoru (qanuni təmsilçi) isə (iş üzrə iddiaçı) İddiaçıdur. “xxxx” Firması şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi müddətdə (uçot-məlumat bazasına əsasən şəxsi hesab vərəqəsinə vergi hesablamaları və ödənişlər üzrə yazılış xx.xx.2006-cı il tarixdən başlanmışdır) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir. İş üzrə cavabdeh orqan tərəfindən verilmiş Vəsatətdə qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaq Doldurma və X17 başqa əraziyə köçürülməsi 417492 manat vəsaitin, 83498,4 manat əlavə haqqın, 207317,1 manat əldən çıxmış gəlirin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır. Belə ki, xx xxxxxxxx 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. Sifarişçinin dəstəyi ilə müqavilə üzrə Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, Hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrtə tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün podratçının təklif etdiyi tender təklifini qəbul etmiş müqavilənin müvafiq bəndinə əsasən sifarişçinin podratçıya həyata keçirəcəyi ödəmələr əsasında Podratçı, işlərin yerinə yetirilməsi və meydana çıxacaq hər hansı nöqsanların aradan qaldırılmasını bu müqavilənin şərtlərinə müvafiq şəkildə həyata keçirəcəyinə dair sifarişçi ilə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icratı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə cavab verməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən digər Vəsatətdə Maliyyə Nazirliyinin üçüncü şəxs qismində icraata cəlb edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-8/2019 nömrəli Qərardadı ilə iş üzrə Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 3/14-4125 nömrəli məktubunda qeyd edilir ki, Bakı-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşaası xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2016-cı il tarixdə başa çatdırılaraq istifadəyə verilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən Vəsatət və ona əlavə edilmiş iddia ərizəsinin surətindən müəyyən edilir ki, cavabdeh orqan Yevlax Rayon Məhkəməsində DƏDRX tərəfindən İddiaçı verilmiş Çıxarış və Texniki pasportun etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Cavabdeh orqan verdiyi Vəsatətlə icraatda olan inzibati işin icraatının dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-8/2019 nömrəli Qərardadı ilə inzibati işin icraatı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli Qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3187/19 nömrəli Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3482/2020 nömrəli Qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-6/2020 nömrəli Qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 15756830 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubu, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6038/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qərardadı, xx.xx.2016-cı il tarixli məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyləri, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində aparılan məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri, DƏDRX-nin 17 saylı X16 xx.xx.2018-ci il tarixli **********38 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, 11 saylı X7 dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubu, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 3/14-4125 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddiaçıın tələbi üç hisədən ibarət olaqla iddianın birinci hissəsi “mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin cavabdehdən tutulması”ndan, iddianın ikinci hissəsi “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə 87332.4 manat əlavə haqqın cavabdehdən tutulması”ndan və iddianın üçüncü hissəsi “1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin cavabdehdən tutulması”ndan ibarətdir. İddianın birinci hisssi ilə bağlı (mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin cavabdehdən tutulması) məhkəmə qeyd edir ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanununun 3.1.1-ci maddəsinə əsasən, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarındandır. Göründüyü kimi, torpaqlar dövlət əhəmiyyətli yolların çəkilməsi ilə əlaqədar dövlət ehtiyaclarının ödənilməsi üçün alına bilər. Məhkəmə araşdırması zamanı müəyyən dildiyi kimi, xx xxxxxxxx 2011-ci il tarixində Azərbaycan Respublikası Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün işlərə başlanılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı- Qazax yolunun 272-ci km-nin sol tərəfində yeləşən Yanacaqdoldurma X2 mnülkiyyətində olmuş və sonuncu Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikildiyi dövrdə xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən məntəqəni iddiaçıya satmışdır. Bundan sonra iddiaçı xx.xx.2013-cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanında yerləşən Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 152 (yüz əlli iki) manata satın almışdır. İşin mübahisəsiz və ekspert rəyləri ilə müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçıya məxsus Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsinin 257 kv.m hissəsi Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı yolun tikintisində istifadə olunmuş və bunun müqavilində iddiaçıya 3500 manat komensasiya hesablanmışdır. İddiaçı mülkiyyətində olan Yanacaqdoldurma Stansiyasından istifadə edə bilmədiyini bildirərək iddianın birinci hissəsini irəli sürmüş və məntəqənin köçürülməsi və müasir avadanlıqlarla yeni məntəqənin tikilməsi üçün dövlət tərəfindən vəsaitin verilməli olmasını iddia edir ki, onun iddiası əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və mülkiyyət sənədlərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan məntəqə 1992-1995-ci illərdə tikilmiş və məntəqənin avadanlıqları həmin dövrə uyğundur. Yəni, məntəqə və onun ləvazimatı köhnədir və istismara yararlı olub-olmaması bəlli deyildir. Bundan başqa iş materiallarında olan fotoşəkillərdən müüəyyən olunur ki, məntəqəyə giriş və çıxış hər hansı formada məhdudlaşdırılmayıb və ekspertin rəyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, rəyin bu hissədə məzmunu işin faktiki hallarına uyğun deyildir. Eyni zamanda ekspert rəyində mənətəqinin təyinatı üzrə fəaliyyət göstərməsinə maneə kimi yanacaq doldurma çənlərinin yolun təsir zonasına düşdüyü qeyd olunur ki, bununla əlaqədar yanacaq doldurma mənətəqəsinin deyil çənlərini yerinin dəyişdiriməsi kifayətdir ki, iddiaçı çənlərin yerini dəyişdirməli və məntəqəni hazırki standarlara uyğun təhciz etdikdən sonra məntəqənin təyinatı üzrə istifadəsinə nail ola bilər. Bu zaman iddiaçı cavabdehdən yalnız çənlərin yerinin dəyişdirilməsi ilə bağlı çəkdiyi xərcləri görülmüş işlərə dair smeta təqdim etməklə tələb edə bilər ki, bu da hazırki məhkəmə araşdırmasının predmetini təşkil etmir. Yuxarıda şərh olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edir ki, yolun çəkilməsi ilə əlaqədar dövlət iddiaçının yanaçaq doldurma məntəqəsinə hər hansı ziyan yetirmədiyindən və dövlət yalnız yolun çəkilməsinə istifadə edilmiş torpaq sahəsinin dəyəri həddində hazırki vəziyyətdə məsuliyyət daşıdığından iddiaçının tələbi üzrə məntəqənin köçürülməsi və müasir standartlara cavab verən məntəqənin tikintinə görə məsuliyyət daşımır və dövlətdən bunula bağlı pul tutula bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. İddianın ikinci hissəsi ilə bağlı (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə 87332.4 manat əlavə haqqın cavabdehdən tutulması) məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Müəyyən olunduğu kimi iddiaçının mülkiyyətində olan yanaçaq doldurma məntəqəsinə xidmət edən və iddiaçı tərəfindən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 152 (bir yüz əlli iki) manata satın alınmış 1172.95 kv.m torpaq sahəsini mövcud olmuşdur. Yəni satın alınmış torpaq sahəsinin 1 kv.m hissəsi təqribən 13 qəpiyə qiymətləndirilmişdir. Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı bu torpaq sahəsinin yalnız 257 kv.m hissəsi istifadə edilmişdir ki, istifadə edilmiş 257 kv.m torpaq sahəsinin 2013-cü ildə satın alma dəyəri təqribən 33 manat təşkil etmişdir ki, cavabdehə 257 kv.m torpaq sahəsinə görə hesablanan kompensasiyanın məbləği 3500 manat olaraq tam ədalətli olmaqla Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007ci il tarixli Fərmanına əsasən əlavə verilməli olan 20 faiz nəzərə alındıqda belə artıqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassız olduğundan rədd edilməlidir. İddianın üçüncü hissəsi ilə bağlı (1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin cavabdehdən tutulması) məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı vergi orqanından əldə edilmiş müəyyən edildiyi kimi, Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şossesinin 272-ci kilometrliyində yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X21 məntəqəsi “xxxx” Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi xx.xx.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt “xxxx” Firmasının xx.xx.2012-ci il tarixli ərizəsinə əsasən xx.xx.2012-ci il tarixdən bağlanmışdır. “xxxx” X1 tərəfindən özəlləşdirilmiş Yevlax rayonu 1 saylı ağ neft satışı məntəqəsinin əmlakının bazasında yaradılmışdır. “xxxx” Firmasının təsisçisi iştirak payı xx xxx 2001-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X3 və bu fakt xx xxxx 2004-cü il tarixdə 10/87 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “xxxx” Firmasının qeydiyyat qovluğundakı məlumatlara əsasən hazırda həmin firmanın təsisçisi X14, direktoru (qanuni təmsilçi) isə (iş üzrə iddiaçı) İddiaçıdur. “xxxx” Firması şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi müddətdə (uçot-məlumat bazasına əsasən şəxsi hesab vərəqəsinə vergi hesablamaları və ödənişlər üzrə yazılış xx.xx.2006-cı il tarixdən başlanmışdır) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir. Göründüyü kimi, iddiaçı 2013-cü ildə yanaçaq doldurma məntəqəsini əldə etdiyi zaman məntəqə fəaliyyət göstərməmiş və məxsus olduğu “xxxx” Firması xx.xx.2006-cı il tarixdən fəaliyyətini dayandırdığı xx.xx.2012-ci il tarixədək büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir. İddiaçının Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı işləməyən yanaçaq doldurma məntəqəsinin satın alınmasının məqsədləri dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsinə yönəlmişdir ki, iddiaçının qeyd olunduğu kimi fəaliyyəti olmayan və 1992-1995-ci illərə aid ləvazimatlarla təchiz edilmiş yanacaq doldurma məntəqindən istifadə edə bilməməsinə görə əldən çıxmış faydaya görə dövlətdən pul tələb edilməsi əsassızdır. Sonda məhkəmə onu da qeyd edir ki, ekspert rəyi ilə analoji müəssisənin sənədlərinə istinad olunaraq ekpret tərəfindən əldən çıxmış faydanın hesablanması hazırki mübahisənin həllinə təsir göstərmir. Belə ki, əvvəla analoji müəssisə kimi təqdim edilmiş müəssisə iddiaçının özünə məxsus olmaqla başqa ərazidə yerləşir. Bazar iqtisadiyyatı dövründə azad rəqabət şəraitində yerləşmə əraziləri fərqli olan yanacaq doldurma məntəqələrinin əldə etdiyi gəlirlər müxtəlifdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi mübahisə predmeti olan məntəqə işləmədiyindən və ekspert rəyi “xxxx” Firmasının büdcəyə ödədiyi vəsaitə uyğun olmadığından ekspert rəyi hazırki mübahisənin həllinə təsir etmir və sübut kimi qəbul edilməmişdir. Şərh olunalara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qiymət verilən hissədə və ümumilikdə əsassız olduğundan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia rədd olunduğundan aparılmış ekspertiza tədqiqatınnın dəyəri iddiaçının tutularaq aidiyyəti üzrə köçürülməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X17 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair iddiası təmin edilmir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 245 (iki yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar