Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-6/2021 18.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X15 qarşı (üçüncü şəxs: X7) “Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə ona satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı 2012-ci ildə İsmayıllı rayon, Qurbanəfəndi bələdiyyəsinə ərizə ilə müraciət edərək, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bələdiyyənin xx.xx.2012-ci il tarixli, 03 saylı iclas protokoluna əsasən torpaq sahəsinin iddiaçıya satılmasına razılıq verilmişdir. Protokola əsasən iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahəsi iddiaçıya satılmışdır. Həmçinin torpaq sahəsinin iddiaçıya satılması üçün İsmayıllı RİH-nin Memarlıq və Tikinti Şöbəsinin razılığı alınmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də torpaq sahəsinin iddiaçıya satılmasını qanunamüvafiq hesab etmişdir. Bundan sonra iddiaçının torpaq sahəsi üzərində hüququ Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 6367 nömrə ilə qeydə alınaraq A seriyalı 396306 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı cavabdeh orqana torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2017-ci il tarixli, **********09 nömrəli məktubda qeyd etmişdir ki, iddiaçı X2 rayonu, Qurbanəfəndi bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət emişdir. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu, Qurbanəfəndi bələdiyyəsinin iddiaçı X6 0,12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “xx xxxxxxx 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi Qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “xx xxxxxxx 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Məhkəmə iclasında üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, bələdiyyənin yaşayış məntəqələri torpaqlarından 0.12 ha torpaq sahəsinin iddiaçıya satılması qərar alınmışdır. İş materiallarında olan DTXK-nın bələdiyyəyə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, Komitə torpaq sahəsinin iddiaçıya satılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə tərtib edilən alqı-satqı aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, bələdiyyə ilə iddiaçı arasında bələdiyyəyə məxsus 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və iddiaçı bununla bağlı “Muğanbank”ın ********** nömrəli hesabına 1440 manat haqq ödəmişdir. İş materiallarında olan A seriyalı 396306 nömrəli plan ölçü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə 1200 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 6367 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(84)-1580/2017 nömrəli qərarı ilə iddiaçının tələbi təmin edilmiş, cavabdehin üzərinə Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuş və iddiaçının adına RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yaşayan X7 məhkəməyə 2-1(84)- 1580/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərardan yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ünvanlayaraq, həmin qərarla onun və ailə üzvlərinin mülkiyyət hüququnun pozulduğunu bildirmişdir. Belə ki, bələdiyyə tərəfindən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin islahat zamanı ona ayrılmış 0.25 ha torpaq sahəsinin daxilində yerləşdiyini qeyd etmişdir. Buna görə də ərizəsinin təmin edilməsini və icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli Qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2-1(84)-1580/2017 nömrəli iş üzrə X4 yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(107)-406/2018 nömrəli qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1580/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X.Allahverdiyeva xx.xx.2018-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq onu iş üzrə üçüncü şəxs qismində işə cəlb etməyi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 1580/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının icraasının dayandırılmasını və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma və icraatın təzələnməsi barədə vəsatəti təmin edilməmişdir. X1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(107)-406/2018 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1580/2017 nömrəli qərardadı ləğv edilmiş, X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma və icraatın təzələnməsi barədə vəsatəti təmin edilmiş, X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1754/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)- 1580/2017 nömrəli qərarı ləğv edilmiş və həmin işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmənin xx xxx 2019-cu il tarixli, 2-1(84)-104/2019 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Belə ki, hazırkı iş üzrə üçüncü şəxs (2-1(84)-702/2019 nömrəli iş üzrə iddiaçı) X7 cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinə qarşı (hazırkı iş üzrə iddiaçı, 2-1(84)-702/2019 nömrəli iş üzrə üçüncü şəxs İddiaçı) “İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin İddiaçı 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 2-1(84)-702/2019 nömrəli iş üzrə çıxarılacaq məhkəmə qərarı hazırkı mübahisəyə təsir edə biləcəyindən həmin mübahisə həll olunana qədər hazırkı işin icraatı dayandırılmalıdır. 2-1(84)-702/2019 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-35/2020 nömrəli qərarı ilə iddiaçı X4 cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinə (üçüncü şəxs: İddiaçı) qarşı “İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin İddiaçı 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin İddiaçı 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarı ləğv edimişdir. Hazırkı iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından məhkəmənin 2-1(116)-17/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə əsasən qeyd edir ki, 0.12 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olan Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı məhkəmənin 2-1(116)-35/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edildiyinə və həmin qərar qənuni qüvvəsini aldığına görə iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X15 qarşı (üçüncü şəxs: X7) “Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə ona satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-6/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-6/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver