Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-6/2022 18.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı Cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması haqqında qərar qəbul edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı adına olan JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmişdir ki, Cavabdeh 23.07.2004-cü il tarixli 293 nömrəli qərarı ilə Mingəçevir şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu 25.01.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-2174H nömrəli torpaq sahəsi mövcud deyil, elektron adlı siyahıda adı qeyd olunmamışdır və Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə məlumatlar yoxdur. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN seriyalı 2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, JN seriyalı 2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.09.2019-cu il tarixli 2-1(107)-469/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı icra edilərək ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 25.10.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, həmin 0,04 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına A-429787 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlamasına icazə verilməsini xahiş etmiş, lakin sonuncu 20.12.2019-cu il tarixli 2103 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir, dövlətin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir və məsələnin araşdırılması üçün Cavabdeh tərəfindən Şəhər Prokurorluğuna müraciət edilmişdir. Ona görə də araşdırma başa çatanadək hər hansı tikinti işlərinin aparılmaması təklif edilmişdir. Daha sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Cavabdehnə sənədlərlə birlikdə rəsmi qaydada müraciət etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə müxtəlif yollarla maneələr yaradır. Cavabdeh iddiaya qarşı 24.01.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, iddiaçının fərdi yaşayış evi tikmək niyyətində olduğu torpaq sahəsi şəhərin Xəzər Əliyev küçəsində yerləşən vətəndaşların ümumi istifadə yeridir. Həmin sahə Xəzər Əliyev küçəsi 6 nömrəli və 20 Yanvar küçəsi 25, 27 nömrəli evlərdə yaşayan sakinlərin ümumi istifadə yeridir. Bundan əlavə, həmin sahə hazırda işləməyən, lakin bərpası Dövlət Proqramına daxil edilmiş qazanxananın bilavasitə yanındadır və həmin ərazidə hər hansı fərdi evin tikintisi qazanxananın bərpa edilməsinə, boruların çəkilməsinə ciddi maneçilik törədəcək, ətrafda yerləşən çoxmənzilli binaların sakinlərinin istilik təchizatında ciddi əngəllər yaradacaqdır. Eyni zamanda, sözügedən torpaq sahəsi ümumi istifadə yeri olduğu üçün həmin sahənin mülkiyyətə verilməsi barədə nə İcra Hakimiyyətinin, nə də Mingəçevir Bələdiyyəsinin heç bir qərarı olmamışdır. İddiaçının adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpağın ayrılmasına əsas kimi Cavabdeh başçısının 23.07.2004-cü il tarixli 293 nömrəli sərəncamı göstərilsə də, bu sərəncamın həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi barədə olduğu bildirilmiş və sözügedən şəhadətnamənin saxta olduğu qənaətinə gəlinmişdir. Məhkəmə tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə sorğu edilərək alınmış 26.03.2020-ci il tarixli arayışla müəyyən edildi ki, Şöbənin istintaq bölməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar İddiaçı adına olan JN-2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" üzrə kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmənin qəbul edəcəyi qərar həmin cinayət işi üzrə məsələnin həllindən asılıdır. Belə ki, İddiaçı adına olan JN-2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də olan məlumatların saxta olması müəyyən ediləcəyi halda, tərəflərdən biri məhkəməyə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu ildə qərar qəbul etdiyi iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə verə biləcək. Ona görə də məhkəmənin 18.08.2020-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə icraat başa çatana kimi hazırkı inzibati iş üzrə məhkəmə baxışı dayandırılmışdır. Cinayət işinin istintaqı zamanı X3 adlı şəxsin istifadəsində olan onun mərhum atası X2 məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 nömrəli binaların yaxınlığında yerləşən qarajda axtarış aparılmış, axtarış zamanı digər sənədlərlə bərabər, selofan torbanın içərisində dairəvi formada "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi" sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişesi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində "Horse" sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi" sözləri həkk olunmuş möhür klişesi olan mürəkkəb yastığı aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmişdir. Həmçinin, istintaq zamanı keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına olan JN-2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dəki "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi" məzmunlu möhür əksi təqdim edilmiş "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi" məzmunlu möhürlə, "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi" məzmunlu möhür əksi təqdim edilmiş "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi" məzmunlu möhürlə vurulmuşdur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi 08.04.2021-ci il tarixli yeni açılmış hallara dair ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15.07.2021-ci il tarixli 2-1(84)-558/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(116)- 1183/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmiş və bu qərar həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli ilkin qərarını əvəz etmişdir. Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(116)-1183/2021 nömrəli qərarından qanunla nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28.12.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli qərarından göründüyü kimi, İddiaçı adına olan JN- 2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmişdir ki, Cavabdeh 23.07.2004-cü il tarixli 293 nömrəli qərarı ilə Mingəçevir şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu 25.01.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-2174H nömrəli torpaq sahəsi mövcud deyil, elektron adlı siyahıda adı qeyd olunmamışdır və Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə məlumatlar yoxdur. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN seriyalı 2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, JN seriyalı 2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. - İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.09.2019-cu il tarixli 2-1(107)-469/2019 nömrəli qərarından göründüyü kimi, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanmışdır. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 25.10.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan A-429787 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd yuxarıda göstərilən 0,04 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - Cavabdeh 20.12.2019-cu il tarixli 2103 nömrəli cavab məktubundan göründüyü kimi, İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlamasına icazə verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir, dövlətin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir və məsələnin araşdırılması üçün Cavabdeh tərəfindən Şəhər Prokurorluğuna müraciət edilmişdir. Ona görə də araşdırma başa çatanadək hər hansı tikinti işlərinin aparılmaması təklif edilmişdir. - İşdə olan Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(116)- 1183/2021 nömrəli qərarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi 08.04.2021-ci il tarixli yeni açılmış hallara dair ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul olunmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 15.07.2021-ci il tarixli 2-1(84)-558/2019 nömrəli qərardadı ilə həmin ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(116)-1183/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmiş və bu qərar həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli ilkin qərarını əvəz etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırkı iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Sadalanan normalardan göründüyü kimi, fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsinin şərtlərindən biri tikintinin aparılacağı torpaq sahəsinin sifarişçinin mülkiyyətində, icarəsində və ya istifadəsində olmasından ibarətdir. İddiaçı tikinti aparmaq istədiyi torpaq sahəsinin öz mülkiyyətində olmasını təsdiq edən sənəd kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 25.10.2019-cu il tarixli ********** nömrəli qeydiyyata və bu barədə ona verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a istinad edir. Lakin müəyyən edildi ki, həmin qeydiyyat Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2- 1(84)-558/2019 nömrəli qərarı əsasında aparılmış, göstərilən qərar isə artıq qüvvədə deyil. Belə ki, Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2- 1(116)-1183/2021 nömrəli qərarı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli ilkin qərarını əvəz etmiş və qeyd olunan sonuncu qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. Eyni zamanda, Şəki İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(116)-1183/2021 nömrəli qərarında iddiaçının adına olan JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə bağlı müəyyən edilmişdir ki, həmin sənəddə göstərilən JN-2174H nömrəli torpaq sahəsi Mingəçevir şəhərinin elektron xəritə bazasında mövcud deyildir və elektron adlı siyahıda adı qeyd edilməmişdir. Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə qeyd yoxdur. Cavabdeh 22.07.2004-cü il tarixli 293 nömrəli qərarında konkret olaraq iddiaçıya münasibətdə hər hansı müddəa öz əksini tapmamış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan "xxxx" MMC-nin arxivlərində Mingəçevir şəhəri ərazisindən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə aparılmış inventarlaşdırma işləri və ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının təyin edilməsi nəticəsində mövcud faktiki ölçüləri, şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhəd ölçülərinin planlarının konfiqurasiyasının mövcud vəziyyətdən fərqli olduğu, elektron eyni adlı siyahıda 2174 nömrənin qarşısında X5 adının göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan "Elektron xəritə bazasına" (DWJ) və "Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına" (DBF) keçirilmiş baxış zamanı vətəndaşlara verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin yerləşdirildiyi bazada İddiaçı adına JN- 2174H seriya nömrəsi ilə hər hansı bir şəhadətnamənin baza məlumatları mövcud olmadığı, həmçinin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərlə torpaq sahələri ayrılmış şəxslərin "Elektron adlı siyahısında" İddiaçı adının mövcud olmadığı, baza məlumatlarında həmin seriya nömrəsi ilə başqa bir şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcudluğu müəyyən edilmişdir. Eyni zamanda, cinayət işinin istintaqı çərçivəsində təyin edilmiş sənədlərin texniki ekspertizası ("Sənədlərin rekvizitlərinin tədqiqi") nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15.02.2021-ci il tarixli 5/111 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, şəhadətnamənin müvafiq səhifələrində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsinə aid möhür əksləri həmin qurumlara məxsus həqiqi möhürlərlə deyil, iş üzrə aparılmış axtarış və götürmə zamanı X4 adlı şəxsin əvvəllər yaşadığı Mingəçevir şəhəri S.Vurğun küçəsindəki binanın qarşısında yerləşən və istifadəsində olan avtomobil qarajından aşkar olunaraq götürülmüş saxta möhürlərlə vurulmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, torpaq sahəsinə iddiaçının adına olan sənədin həqiqi olmadığı müəyyən edildiyi üçün Cavabdeh iddiaçı tərəfindən tikinti aparılmasına mane olmaqda haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı Cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması haqqında qərar qəbul edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-6/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-6/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver