Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-6/2023 09.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndələri X19 və X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş X16 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün bərpa edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X16 şəhid statusu verildiyindən iddiaçının 2010-cu ilin avqust ayından şəhid ailəsi statusunun bərpa edilməsi və həmin tarixdən qanunvericiliyə əsasən verilməli olan Prezident təqaüdünün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi Komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Şurabad kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşir. Hərbi hissənin hərbi qulluqçusu, gizir X7 17 oktyabr 2005-ci il tarixdə işçi qrupunun rəhbəri kimi tabeliyində olan işçi qrupunun tərkibinə daxil edilmiş əsgərləri, o cümlədən iddiaçının oğlu X17 odun tədarükü məqsədi ilə meşəyə göndərmiş, gizir işçi qrupunun başçısı kimi qrupla getməmiş, iddiaçının oğlu odun tədarükündən qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməmiş, nəzarətdən kənar qalmış iddiaçının oğlu naməlum şəraitdə, daha doğrusu qar uçqununa düşərək “bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri” ilə bədəninin ümumi soyuqlaması nəticəsində 19 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə iddiaçının oğlu X14 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir. Həmin arayışa əsasən mərhum Elçin Hacıyevin ölümü Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmiş və bu barədə həmin tarixli, seriya AZ-İ 138987 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də oğlu X14 Gədəbəy rayonu, Şurabad kəndində bədəninin ümumi soyuması səbəbindən öldüyü göstərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 412 saylı, 07 dekabr 2009-cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum Elçin Hacıyevə şəhid statusu verilmiş, iddiaçı və 2013-cü ildə Ağdaş şəhərində vəfat etmiş arvadı X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Ağdaş rayon şöbəsi (keçmiş ƏSMM-nin Ağdaş rayon şöbəsi) tərəfindən şəhid ailəsi kimi tanınmış və bu barədə hər birinin adına müvafiq olaraq 003322 və 003323 saylı, 09 dekabr 2009-cu il tarixli vəsiqələr verilmiş və şəhid ailəsi kimi onlara şəhid oğluna görə Prezident təqaüdü müəyyən edilmişdir. Şəhid ailəsi kimi onlara təyin olunmuş Prezident təqaüdünü bir müddət aldıqdan sonra, yəni 2010-cu ilin avqust ayında təqaüd məlum olmayan səbəblərdən dayandırılmışdır. Bunun səbəbi olaraq cavabdeh orqandan iddiaçıya bildirilmişdir ki, səhvən oğluna şəhid, onlara isə şəhid ailəsi statusu verilib. Cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhidin anası X10 təyin olunmuş Prezident təqaüdünün hansı əsaslara görə verildiyi və dayandırıldığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan idarə 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il arayışına əsasən X23 19 oktyabr 2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir (əsas: N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi). Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavəsitə səbəb onda olmuş bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir (əsas: Qazax hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubu). Odur ki, mərhumun şəhidlik satatusunun müəyyən olunması və hüququ olan ailə üzvünə müavinət təyin olunması mümkün olmamışdır. Cavabdeh imtinada göstərilənlərə əsasən iddiaçıya 2010-cu ilin avqust ayından 2020-ci illər üçün Prezident təqaüdünün təyin olunmasından imtina etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1382/2020 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın iddiası aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Ağdaş rayon şöbəsi İddiaçı (xx.xx.2020-ci il, **********4 nömrəli) və Şəki İnzibati Məhkəməsinə (xx.xx.2020-ci il, **********73 nömrəli) ünvanladığı məktubların məzmunundan aydın olur ki, şəhid anası X8 təyin olunmuş Prezident təqaüdünün hansı əsasla verildiyi və dayandırıldığını müəyyən etmək mümükün olmamışdır. Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. Hal-hazırda mərhum X14 şəhid statusuna malik olması barədə hər-hansı təsdiqləyici sənəd olmadığı üçün qanunvericiliyə uyğun müavinət almaq hüququ olan şəxslərin müəyyən edilməsi mümkün deyil. Mübahisənin ətraflı araşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 sədr müavini tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli **********3 nömrəli sorğu ünvanlamışdır. Qeyd olunan sorğuda yaranmış zərurəti nəzərə alaraq E.İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarına uyğun olaraq şəhid statusunun verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2021-ci il tarixli 627 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişində X14 xx.xx.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən vəfat etməsi barədə məlumat verilsə də, onun hansı səbəb və şəraitdə həlak olması göstərilməmişdir. Lakin Qazax hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin Qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüş X14 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmaniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Bu səbəbdən mərhum X23 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir (arayış qoşma hissəyə əlavə edilir). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 627 nömrəli arayışında X14 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli məhkəmə iclasının qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı Fondun 13 saylı regional filialı ilə əvəz edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli eyni məzmunlu yeni etiraz ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda əlavə olaraq E.Hacıyevin hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktının özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada Şəhid statusunun verilməsi üçün yetərli olmadığı bildirilmiş, əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın hüquqi qüvvəsinin onu vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən ləğv edilərək etibarsız hesab edildiyinə istinad edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən ona cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaratmış olduğu şəxsi kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini iş materiallarına əlavə etmiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etməklə “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X16 şəhid statusu verildiyindən iddiaçının 2010-cu ilin avqust ayından şəhid ailəsi statusunun bərpa edilməsi və həmin tarixdən qanunvericiliyə əsasən verilməli olan Prezident təqaüdünün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 2-1(116)-20/2022 nömrəli qərardadla iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olmuş, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X14 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-6/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş X16 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə əlavə olunmuş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Ağdaş rayonunun Ağalı kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixli Vartaşen rayonunun Sincan kəndində qeydiyyata alınmış İ-ЖГ 407119 nömrəli Nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1957-ci il təvəllüdlü X12 arasında nikah xx.xx.1978-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra ərə Hacıyev, arvada isə Hacıyeva soyadı verilmişdir. xx.xx.1980-ci il tarixli Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ 482428 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, X23 xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X9r. Ağdaş rayon VVADQ şöbəsi tərəfindən tərtib edilmiş AZ-İ seriyalı 138987 nömrəli “Ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2005-ci il tarixdə bədənin ümumi soyuması nəticəsində Gədəbəy rayonunun Şurabad kəndində vəfat etmişdir. N saylı hərbi hissə komandirinin Ağdaş rayon Hərbi Komissarlığına ünvanladığı 959 nömrəli, xx.xx.2005-ci il tarixli bildirişinin surətində qeyd olunmuşdur ki, İddiaçı oğlu X23 xx.xx.2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Ağdaş rayon Hərbi Komissarlığının iddiaçının həyat yoldaşı X8 verdiyi 412 nömrəli, xx.xx.2009-cu il tarixli arayışın surətində qeyd edilmişdir ki, onun oğlu X23 xx.xx.2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur (əsas: N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 107 nömrəli xx.xx.2009-cu il tarixli qərarı). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin iddiaçıya verdiyi xx.xx.2020-ci il tarixli, 488 nömrəli arayışının surətində qeyd olunmuşdur ki, iddiaçının oğlu 1980-ci il təvəllüdlü X23 xx.xx.2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir (əsas: N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi). N nömrəli hərbi hissənin mərhum hərbi qulluqçusu, əsgər X23 işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir (əsas: Qazax hərbi pokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubu). 003322 və 003323 nömrəli vəsiqələrin surətindən görünür ki, iddiaçıya və onun həyat yoldaşına xx.xx.2009-cu il tarixdə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Şəhid ailəsinin üzvü olmalarını təsdiq edən vəsiqələr verilmişdir. Vəsiqələrin əslləri iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş, əsllərinə məhkəmə tərəfindən baxış keçirilərək surətləri iş materiallarına əlavə edilməklə iddiaçının nümayəndəsinə geri qaytarılmışdır. Müəyyən edilmişdir ki, hər iki vəsiqə xx.xx.2009-cu il tarixdə verilmiş, sonuncu səhifələrində etibarlılıq müddəti olaraq müddətsiz qeydi aparılmışdır. Hər iki vəsiqə Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə sözügedən vəsiqələrin qüvvədən salınması və ya ləğv edilməsi ilə bağlı hər-hansı inzibati icraatın aparılmadığı və ya qərarın qəbul edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan: Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 25 nömrəli məktubunda qeyd olunmuşdur ki, Fondun Ağdaş rayon şöbəsinin sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur. Bu səbəbdən İddiaçı işi ilə əlaqədar məlumat vermək mümkün olmamışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli mülahizə məktubunda qeyd olunmuşdur ki, məhkəmə sərəncamı üzrə tələb olunan materialların, yəni “təqaüd (müavinət) işinin təsdiq olunmuş surətləri”nin əldə olunması üçün aidiyyəti üzrə 13 saylı regional ərazi filialına xidməti məktubla müraciət edilmişdir. Qeyd olunan xidməti məktubla bağlı bildirilmişdir ki, həmin materiallar DSMF publik hüquqi şəxsin 13 saylı regional ərazi filialında mövcud deyildir. Sərəncam üzrə tələb olunan materialların əldə olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlanılmışdır. Nazirlik də eyni qaydada sərəncam üzrə tələb olunan materialların olmadığını bildirmişdir. Mübahisənin ətraflı araşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 sədr müavini tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli **********3 nömrəli sorğu ünvanlamışdır. Qeyd olunan sorğuda yaranmış zərurəti nəzərə alaraq E.İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarına uyğun olaraq şəhid statusunun verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2021-ci il tarixli 627 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki, mərhum X23 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1/1492 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 661 nömrəli məktubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində olan uçot sənədlərinə əsasən, 1980-ci il təvəllüdlü X23 xx.xx.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişinə əsasən, X23 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Azərbaycan Respublikası ƏƏSMNnın ƏSMM-i tərəfindən xx.xx.1980-ci il təvəllüdlü mərhum X16 xx.xx.2009-cu il tarixdə şəhidlik statusu verilmiş, lakin bu statusun nə vaxt və hansı səbəbdən ləğv edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində məlumat yoxdur. Məktuba əlavə olunmuş N saylı hərbi hissə komandirinin Ağdaş rayon Hərbi Komissarlığına ünvanladığı 959 nömrəli, xx.xx.2005-ci il tarixli bildirişinin surətində qeyd olunmuşdur ki, İddiaçı oğlu X23 xx.xx.2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Məktuba əlavə olunmuş Qazax Hərbi Prokurorluğunun Ağdaş rayon Hərbi Komissarlığına ünvanladığı ünvanladığı xx.xx.2010-cu il tarixli, 12/HP-3724 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qazax hərbi prokurorluğunda X14 19 oktyabr 2005-ci i tarixdə N №-li hərbi hissədə xidmətdə olarkən vəfət etməsi faktı üzrə cinayət işi olunmuşdur. İstintaqla müəyyən edilmişdir ki, N №-li hərbi hissənin hərbi qulluqçusu, gizir X7 işçi qrupunun rəhbəri kimi tabeliyində işçi qrupunun tərkibinə daxil edilmiş əsgərlərin, o cümlədən 17 oktyabr 2005-ci il tarixdə odun tədarük edilməsinə göndərdiyi əsgər X14 üzərində başçı kimi odun tədarükünə getməmiş, sonuncunun odun tədarükündən işçi qrupunun qərargahına qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməyərək xidməti borcuna səhlənkar yanaşması ilə ağır nəticələrə, yəni nəzarətdən kənarda qalmış əsgər Elçin Hacıyevin naməlum şəraitdə ölümünə səbəb hadisə baş vermişdir. Cinayət işinin istintaqı zamanı X14 meyiti məhkəmə-tibbi müayinədən keçirilmiş, ekspertin 22 oktyabr 2005-ci il tarixli 26 №-li rəyinə əsasən, onun ölümünə biləvasitə səbəb, onda olmuş ocaqlı bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuqlaması olmuş, mərhumun ölümündən 36-38 saat əvvəl baş vermiş, ocaqlı bronxopnevmoniya xəstəliyi etiopatologenizinə görə mərhumun ölümündən az əvvəl xarici şərait amillərinin (soyuq hava şəraitinin) təsirindən əmələ gəlməyə xarakterikdir. Qeyd olunan, eləcə də digər cinayət əməllərini törətməyə görə gizir Hilal Məmmədovun Azərbaycan Respublikası CM-in 333.3, 335.1, 341.1, 331.2, 331.3 və 342.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq 31 may 2006-cı il tarixdə baxılması üçün Qazax hərbi məhkəməsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli 4917 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən mərhum X14 adına verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayış N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi əsasında tərtib olunmuşdur. Bildirişdə, X14 xx.xx.2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi qeyd olunsa da, arayışda mərhumun ölümünün səbəb və şəraitinə dair məlumatlar təhrif olunaraq “xidməti vəzifələrini yerinə yetirən zaman şəhid olmuşdur” kimi göstərilmişdir. Bu səbəbdən keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın nəzərə alınmaması və etibarsız hesab edilməsi məqsədəuyğundur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-20/2022 nömrəli qərardadı ilə iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olmuş, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X14 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 576/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş oğlu X14 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 576/2022 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X14 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərar mövcud deyil, yəni iddiaçının mərhum oğlunun şəhid olması barədə arayışı və şəhid statusu ləğv edilməmişdir. Həmin iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-403/2023 nömrəli qərarı ilə mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sözügedən iş üzrə icraat yekun məhkəmə aktının qanuni qüvvəsini alması ilə yekunlaşdıqdan sonra, Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-89815/2023 nömrəli məktubla Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2023cü il tarixli 3-1-1/2-78336/2023 nömrəli məktub ünvanladıqlarını bildirmiş, sözügedən məktuba Dövlət Xidməti tərəfindən cavab verilənədək 2-1(116)-6/2023 nömrəli inzibati iş üzrə icraatın təzələnməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya və onun nümayəndəsinə məktub ünvanlanaraq, Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-89815/2023 nömrəli məktubuna münasibət bildirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iş materiallarına əlavə etdiyi ərizəsində qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən şəhid ailəsi kimi onların ailəsinə qanunla müəyyən edilərək təyin edilmiş Prezident təqaüdü qanunsuz olaraq dayandırıldığından keçən müddətdə çalışır ki, həmin təqaüdün dayandırıldığı vaxtdan verilməsinə maneçilik yaratsın. Əgər belə olmasaydı Şəki Apellyasiya Məhkəməsinin qərarından dərhal sonra onu Filialın Ağdaş şöbəsinə dəvət edərək təqaüdün üç ilinin bərpa edilərək verilməsinə razılıq verməsini, buna qəti etiraz etdiyinə və bu barədə hüquq-mühafizə orqanına məlumat verəcəyini bildirdiyinə görə, yenidən Xidmətin Ağdaş rayon şöbəsinə müraciət edərək mərhum oğlunun həqiqi hərbi xidmət keçən zaman hansı şəraitdə vəfat etməsi və 412 saylı arayışın hansı əsaslarla verilməsi barədə məlumat verilməsini xahiş etmişdir. Guya cavabdeh inzibati orqana keçən müddətdə həmin məlumatlar verilməmişdirmi və onun bu barədə rəsmi məlumatı olmamışdırmı. Əgər belə rəsmi məlumatları yox idisə, bəs necə olurdu ki, həmin orqan tərəfindən iddiaçının ailəsinə müəyyən müddətdə təqaüd verilirdi? İndi də qanunla təyin edilmiş və verilmiş həmin təqaüdü və məhkəmə qərar qəbul edərsə, sonradan veriləcək təqaüdü “əsassız ödəniş” hesab edir. Cavabdeh inzibati orqanın belə özbaşına və qanunsuz hərəkətlərini iddiaçı ilk növbədə həqiqi hərbi xidmət dövründə xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuş oğlunun ruhuna təhqir, şəhid ailəsinə isə hörmətsizlik kimi qiymətləndirir. Bu cavabdeh inzibati orqanın onlara verilmiş səlahiyyətlərdən suiistifadə edərək belə özbaşına və qanunsuz hərəkətlərinə başqa ad vermək mümkün deyil. Cavabdeh inzibati orqan heç bir subyektiv hüququ olmadan belə bir müraciətlə, qanunla müəyyən edilmiş müddətdə onlara verilmiş hüquqdan istifadə etmədiyi halda, Xidmətin Ağdaş rayon şöbəsinin 412 saylı 07 dekabr 2009-cu il tarixli arayışının ləğv edilməsi barədə Xidmətə ünvanladığı sorğunun cavabı alınanadək hazırkı işin icraatının təzələnməməsinə dair müraciətinin heç bir hüquqi əsası yoxdur. Çünki cavabdeh inzibati orqanın məqsədi qanunla şəhid ailəsi kimi iddiaçı və ailəsinə təyin edilmiş təqaüdün verilməməsi üçün ya həmin arayışın ləğv edilməsinə nail olmaq, ya da əks təqdirdə həmin inzibati orqan olan Xidməti inzibati məhkəməyə verməklə həmin arayışın ləğv edilməsi öhdəliyinin Xidmətin üzərinə qoyulmasıdır ki, bütün bunlar da əsassız və qəsdən tərəfləri məhkəmə çəkişməsinə cəlb edərək vaxtı uzatmaq məqsədi daşıyır. İddiaçı ərizəsində cavabdehin ərizəsinin təmin edilməməsini, iş üzrə icraatın təzələnməsini və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini, iş üzrə təqdim olunmuş sübutlara qərəzsiz, tam, hərtərəfli və obyektiv baxılmasını, iddia ərizəsi əsaslı və qanuni olduğundan təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-3/2-519/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən mərhum X14 adına verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayış N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi əsasında tərtib olunmuşdur. X1 xx.xx.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən vəfat etməsi qeyd olunsa da, arayışda mərhumun ölümünün səbəb və şəraitinə dair məlumatlar təhrif olunaraq “xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur” kimi göstərilmişdir. Bu səbəbdən keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada ləğv edilmiş və etibarsız hesab edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-124080/2023 nömrəli etiraz məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 sədr müavini tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmışdır. Qeyd olunan sorğuda yaranmış zərurəti nəzərə alaraq E.Hacıyevə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarına uyğun olaraq şəhid statusunun verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2021-ci il tarixli 627 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişində X14 xx.xx.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən vəfat etməsi barədə məlumat versə də, onun hansı səbəb və şəraitdə həlak olması göstərilməmişdir. Lakin Qazax hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüş X15 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmaniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Bu səbəbdən mərhum X24 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kim qeydiyyatdan keçir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, mahkamə qətnaməsi va hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 627 nömrəli arayışında X14 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. xx.xx.2005-ci il tarixli X21 Tahir oğlu "xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur" kimi qeyd edilmişdir. Yaranmış ziddiyyətə aydınlıq gətirilməsi üçün Xidmətin Ağdaş rayon şöbəsinə xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla müraciət edilmişdir. Qeyd olunan müraciətə Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2021-ci il tarixli 627 nömrəli məktubu ilə cavab verilmişdir, yəni X23 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir. Bu səbəbdən də Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli arayışın nəzərə alınmaması va etibarsız hesab edilməsi məqsədəuyğundur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 07 dekabr 2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (Dövlət Xidməti) 12 aprel 2023-cü il tarixli 3-1-1/2-78336/2023 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktuba Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində baxılmış və xx.xx.2023-cü il tarixli 3-43-3/2-504/2023 nömrəli məktubla cavab verilmişdir. Məktubda Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada ləğv edilmiş və etibarsız hesab edilmişdir. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 477 nömrəli məktubdan görünür ki, Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmaniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmadığı üçün Elçin Hacıyevə şəhid statusunun verilməsi qanunvericiliklə mümkün deyildir. Həmçinin Gəncə-Qazax Regional MTS-in xx.xx.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, ölümün səbəbi “bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Cavabdeh bildirir ki, mərhum X23 xx.xx.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 19 oktyabr 2005-ci il tarixdə hərbi xidmət başında hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Lakin mərhum E.Hacıyevin hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” stasunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Mərhum E.Hacıyevin 19 oktyabr 2005-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (metereoloji)) və döyüş tapşırıqlarını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə xx.xx.2005-ci il tarixdə E.Hacıyevin odun tədarükü məqsədi ilə meşəyə göndərilməsi və qar uçqununa düşərək “bronxepnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri” ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Həmçinin iddiaçı ona əvvəllər Ağdaş rayon hərbi komissarlığının arayışı ilə “şəhid ailəsi” statusunun verilməsini və həmin arayışın ləğv edilməməsini, o cümlədən ləğv edilməsi qaydasının nəzərdə tutulmadığını bildirsə də, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-3/2-504/2023 nömrəli məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan artıq əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilən məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uyğun olmamasını bildirmişdir. Yəni arayışın hüquqi qüvvəsi onu vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən ləğv edilərək etibarsız hesab edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı qeyd olunan sonuncu etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-3/2-704/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktın təsdiq olunmuş surətində qeyd olunur ki, SHXÇDX Aparatından daxil olmuş 13 may 2023-cü il tarixli, ƏN/1471 nömrəli telefonoqramda keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu tarixli 412 nömrəli arayışın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada ləğv edilməsi və etibarsız hesab edilməsi barədə göstəriş verilmişdir. Göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən ƏƏSM-nə verilmiş xx.xx.2009-cu il tarixli tarixli 412 nömrəli arayışın məzmunun təhrif olunduğu və N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi ilə ziddiyyət təşkil etdiyi üçün keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən ƏƏSM-nə verilmiş xx.xx.2009-cu il tarixli tarixli 412 nömrəli arayışın ləğv edilməsi və etibarsız hesab edilməsi məqsədəuyğundur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-3/2-374/2023 nömrəli məktubunun surətini təqdim edərək, həmin məktubun DSMF Ağdaş rayon şöbəsinə ünvanlandığını bildirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi DSMF Ağdaş rayon şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-3/2-374/2023 nömrəli məktubunda bildirmişdir ki, 2009-cu ildə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən vətəndaş X8 “X2 ondan ötrü ki, onun oğlu X23 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur. Əsas: N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 107 nömrəli xx.xx.2009-cu il tarixli qərarı” məzmunda xx.xx.2009-cu il tarixli 4/412 nömrəli arayış verilmişdir. İddiaçının nümayəndəsi izahatında göstərilən sənədin əslini müraciəti ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinə təqdim etdiyini bildirmiş, xx.xx.2023-cü il saat 12:02 tarixli xxxxxxx230004 nömrəli müraciət vərəqəsini məhkəməyə təqdim etmişdir. Müraciət vərəqəsinin müraciət barədə məlumat qrafasında istiqamət bəndində “Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər”, alt istiqamət bəndində “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi”, sənəd qəbul edilmişdir bəndində “Bəli” qeydləri aparılmışdır. Məsul şəxs X13, vəzifəsi şöbə müdiri göstərilmişdir. Cavabdeh tərəfindən göstərilən müraciətin təqdim edilməsini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmiş, sözügedən müraciətin yerli qurum tərəfindən qəbul olunması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. İşin faktiki hallarına qanunvericilik normalarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır. Odur ki, işin yuxarıda göstərilən faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməli və iddia tələbi təmin edilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Həmin maddəyə görə, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Göründüyü kimi istər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin bəndə görə şəhid ailəsi statusu mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 (yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Daha sonra: “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 323 nömrəli, xx.xx.2011-ci il tarixli 564 nömrəli və xx.xx.2013-cü il tarixli 953 nömrəli Fərmanları ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq müvafiq olaraq 150 manat, 165 manat, daha sonra 200 manata çatdırılmışdır. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 742 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 68 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində “220 (iki yüz iyirmi)” sözlərinin “242 (iki yüz qırx iki)” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 501 nömrəli Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1225 nömrəli Fərmanının 2.1-ci hissəsi ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində “300 (üç yüz)” sözlərinin “500 (beş yüz)” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1972 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilməsi qərara alınmışdır. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarının 1-ci hissəsinə görə bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin Qaydalara əsasən:
2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə...
5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.
6. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
7. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.
8. Müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir.
9. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dövlət büdcəsinin vəsaiti hesabına ödənilir... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur; 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz; 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının və mərhum həyat yoldaşının 2010-cu ilin avqust ayına kimi şəhid ailəsi qismində Prezident təqaüdünü alması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən bu faktın əksi iddia edilməmiş, ödənişin aparılmadığını təsdiq edən hər-hansı sənəd təqdim olunmamışdır. Cavabdeh etiraz və iddiaya münasibətində şəhid anası X8 təyin olunmuş Prezident təqaüdünün hansı əsasla verildiyi və dayandırıldığını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Cavabdehin iddiaçının müraciətinin təmin olunmasına imtinası və iddia tələbinə qarşı əsas arqumenti iddiaçının oğlu X14 şəhid statusuna malik olmamasından ibarətdir. Cavabdeh hətta inzibati orqan olaraq ona aid edilmiş səlahiyyət hüdudlarından kənara çıxaraq etiraz və mülahizələrində, həmçinin inzibati məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu müraciətlərində iddiaçının mərhum oğlu E.Hacıyevə şəhid statusu verilməsi ilə bağlı məsələlərə hüquqi qiymət verməyə çalışmış, iddiaya qarşı müdafiəsini məhz həmin əsaslar üzərində qurmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq iddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş oğlu X14 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə X14 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərarın mövcud olmamasına əsaslanaraq, tərəflər arasında mübahisənin mövcud olmaması qənaətinə gəlmişdir. Qərardaddan iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilməmiş, tərəflər məhkəmənin mövqeyi ilə razılaşmışlar. Həmin iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə mümkün sayılmamışdır. İşin göstərilən halının təhlili belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, E.Hacıyevin şəhid olmasına dair arayış və onun şəhid statusunun ləğv edilməsi ilə bağlı qərar mövcud olmadığından o, şəhid hesab olunmalıdır. Daha sonra cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin Ağdaş rayon şöbəsinə yazılı şəkildə müraciət edərək iddiaçının oğlunun şəhid olmasına dair verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi Məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq sözügedən arayışın ləğv edildiyini və etibarsız hesab edildiyini bildirmiş, bunu təsdiq edən hər-hansı inzibati akt və ya inzibati icraat materialını məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən təkrar sorğu edilərək inzibati icraat materialları tələb olunmuş, Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla inzibati icraat materialı olaraq AR ƏƏSMN DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış məktubu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt məhkəməyə təqdim edilmişdir. Həmin aktda isə sözügedən xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi və etibarsız hesab edilməsinin məqsədəuyğun olduğu qeyd olunmuşdur. İşin göstərilən halı ilə bağlı məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhid statusunun və şəhid ailəsi statusunun verilməsi qaydası nəzərdə tutulsa da, həmin statusun ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şəxsin şəhid olmasına dair verilmiş arayışa inzibati akt mövqeyindən yanaşıldığından, sözügedən arayışın ləğvi ilə bağlı xüsusi prosedur qanunvericilikdə nəzərdə tutulmadığından, göstərilən prosedurlar da “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə həyata keçirilməli idi. Bu mövqedən çıxış edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-3/2-504/2023 nömrəli, Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-32-519/2023 nömrəli məktublarının və xx.xx.2023-cü il tarixli aktın inzibati akt olduğu fərz olunsa belə, məhkəmə hesab edir ki, həmin sənədlər “İnzibati icraat haqqında” qanunun tələblərinə cavab verməyəcəkdir. Belə ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. xx.xx.2023-cü il tarixli akt və göstərilən məktublarla SHDÇX Ağdaş rayon şöbəsi xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edildiyini və etibarsız hesab edildiyini bildirməkdədir. Yuxarıda göstərilən “İnzibati icraat haqqında” qanunun 65 və 67-ci maddələrinin tələblərindən də göründüyü kimi, inzibati aktın etibarsız sayılması və ləğv edilməsi üçün qanunverici fərqli tələblər və prosedur qaydaları müəyyən etmiş, bununla kifayətlənməyərək aktın etibarsızlığı və ləğvinin fərqli hüquqi nəticələrə səbəb olmasını normativ tənzimetmə predmetinə çevirməklə qanunda qəti şəkildə təsbit etmişdir. SHDÇX Ağdaş rayon şöbəsi isə hər iki hərəkətin birlikdə həyata keçirildiyini bildirmişdir. Göstərilən halın yanlış ifadə tərzi ilə bağlı olması ehtimalına münasibətdə məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara, yəni rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma hallarına şamil olunmur. Nə cavabdeh tərəfindən, nə də ki, SHDÇX Ağdaş rayon şöbəsi tərəfindən qeyd olunan əsasla bağlı halları təsdiq edən hər-hansı sənəd, inzibati akt, məhkəmə qərarı və sair məhkəməyə təqdim olunmamışdır. Hazırkı iş üzrə icraatında dayandırılmasına əsas olmuş tələb üzrə ilkin iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olması onu deməyə əsası verir ki, SHDÇX Ağdaş rayon şöbəsi hələ həmin tarixdən sözügedən arayışla əlaqədar yaranmış mübahisələrdən məlumatlı olmuş, həmin dövrdən sonra da işin faktiki hallarında, həmçinin arayışın verilməsi ilə bağlı əsaslarda hər-hansı dəyişiklik baş verməmiş, yekun məhkəmə aktının qəbul olunması ilə nəticələnmiş icraat çərçivəsində də inzibati orqan tərəfindən arayış ləğv etməmiş, iddianın mümkün sayılmaması ilə bağlı qərardaddan şikayət verməməklə arayışın əsaslılığı və qüvvədə olması ilə razılaşmışdır. Bununla yanaşı göstərilən halla bağlı inzibati icraat aparılması, maraqlı şəxslərin həmin icraata cəlb edilməsi və ya onlara belə məlumatın verilməsi işin halları ilə öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə bildirir ki, “İnzibati icraat haqqında” qanunun tələblərinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. İddiaçının oğluna münasibətdə verilmiş şəhid olmasına dair arayışın, həmçinin şəhid statusunun ləğv edilməsinə dair yuxarıda qeyd olunan tələblərə cavab verən inzibati akt aşkar edilmədiyindən məhkəmə cavabdehin X14 şəhid statusuna malik olmaması və onun bu statusunun ləğv edilməsi ilə bağlı arqumenti ilə razılaşmır. Digər tərəfdən iş materialları ilə iddiaçıya və onun həyat yoldaşına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2009-cu il tarixdə müvafiq olaraq 003323 və 003322 nömrəli Şəhid ailəsinin üzvü olmalarını təsdiq edən vəqisələrin müddətsiz verilməsi, həmin vəsiqələrin hazırda qüvvədə olması və ləğv edilməməsi aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçının şəhid ailəsinin üzvünün vəsiqəsinin, dolayısı ilə şəhid ailəsi statusunun ləğv edilməsi barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi tərəfindən belə bir icraatın aparılmadığı, iddiaçının şəhid ailəsi statusunun ləğv olunması barədə qərarın mövcud olmadığı təsdiq edilmişdir. Bununla yanaşı cavabdeh inzibati orqan tərəfindən Prezident təqaüdünün ödənilməsinin dayandırılması ilə bağlı da hər-hansı qərar və ya digər inzibati akt qəbul edilməmiş, belə bir aktın qəbul edilmədiyi cavabdeh tərəfindən də təsdiq olunmuşdur. Beləliklə göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, E.Hacıyevin şəhid statusu, iddiaçının isə şəhid ailəsi statusunun ləğv edilməsi iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı E.Hacıyevin atası, yəni valideynidir, ona şəhid ailəsinin üzvü olmasını təsdiq edən vəsiqə müddətsiz verilmişdir və hazırda qüvvədə olmaqla əsli iddiaçıdadır. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir. İddiaçı göstərilən tələblərə cavab verməsinə baxmayaraq cavabdeh tərəfindən 2010-cu ilin avqust ayından etibarən ona ödənilməli olan Prezident təqaüdünün ödənilməsi əsassız olaraq dayandırıldığıdan, iddiaçının tələbi təmin edilməli, ödənişlərin dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmadığı iş materiallarında ifadə edilir. Cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş X16 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.