Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-6/2024 25.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X14, üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın 1290 kv.metr hissədə ləğv edilməsi, A 279171, A 279227, A 279232 və A 279169 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələri, o cümlədən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X18, X1 Raziyət Həbibulla qızının adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi; A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri, o cümlədən, 600 kv.metr həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1047/2022 nömrəli qərardadı ilə brahimova Azi Həsən qızı, X1 Raziyət Həbibulla qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-95/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1047/2022 qərardadı ilə 2-1(116)- 95/2023 nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X4 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı 279232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı 279169 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 100 kv.m kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan torpaq sahələri, o cümlədən, 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, sonuncu 30 iyun 2021-ci il tarixli **********43 nömrəli və 01 oktyabr 2021-ci il tarixli, **********62 nömrəli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **********43 nömrəli məktubdan məlum olur ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasınm 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən sonuncunun mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsi elektron baza xəritələrində tam fərqli qeyd edilmişdir. Həmçinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin bir hissəsi üzərində X18 və digərlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı etibarnamə üzrə nümayəndəsi Şərifov X19 rayonu AİK-nın qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsi üzərində X11 adına aparılmış qeydiyyatın ləğv edilməsinə və onun ərizəsində qeyd olunan həyətyanı, fərdi yaşayış evi və k/t təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. İddiaçının ərizələrinin icrası zaman məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizgilərlə ərazi idarəsinin xidməti istifadəsinə olan elektron uçot xəritələrində göstərilmiş cizgilər arasında uyğunsuzluq vardır. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” səndindəki cizgilərə əsasən torpaq sahəsi 0,06 ha qeyd edilmişdir. Lakin, ərazi idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində qeyd olunan cizgilərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edir. Bundan əlavə, həmin torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində elektron uçot xəritələrinə əsasən X11 adına qeydiyyata alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Həmçinin iddiaçının ərizəsinə əsasən başqa şəxsin adına aparılmış qeydiyyatın və qeydiyyata dair çıxarışın ləğvi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizələrinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə xx.xx.2021-ci il tarixli, **********43 nömrəli və 01 oktyabr 2021-ci il tarixli, **********62 nömrəli məktublar göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq məlumat veririk ki, ləğv edilməsi iddia olunan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iş üzrə 3-cü şəxslər X12, X3 və X4 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı, "Zaqatala rayonu, Əliabad qəsəbəsində keçmiş "Qələbə” və "Əliabad” təsərrüfatında torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında” Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli Sərəncamı və həmin sərəncama dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 13 aprel 2018-ci il tarixli "Zaqatala rayonu, Əliabad qəsəbəsində "Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı (sıra nömrəsi 608) və həmin siyahıda göstərilmiş torpaq sahələrinə, o cümlədən sözügedən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış elektron uçot xəritəsi olmuşdur. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan əsaslarla (həmin elektron siyahısının 640 sırasında göstərilmişdir) iddiaçıya və digərlərinə də Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,12 ha ölçüdə həyətyanı və cəmi 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - həyat yoldaşımX8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı, mərhum X4 əmisi arvadıdır. İddiaçı bu halı bildiyi halda iddia ərizəsində mərhum X6 üçüncü şəxs qismində göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X11, mərhum X4 və X2 adına Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1291 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi reyestrdə ********** nömrə qeydiyyat alınaraq. xx.xx.2021-ci il tarixdə çıxarışla rəsmiləşdirilmişdir. Qeyd etmək istəyirik ki, mülkiyyətçi olduğumuz torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. İddia olunan torpaq sahəsi Torpaq islahatı zamanı ailəsinin mülkiyyətinə verilmişdir. Bundan başqa İddiaçı torpaq tələbi olmuş olsaydı, Zaqatala rayonu Aqrar İslahat Komissiyasına qarşı iddia qaldıra bilərdi. Görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbi izah edilmişdir ki, hansı ki, məhkəmə təcrübəsində qeyd olunan iddia tələbləri üzrə 30 gün müddət şamil olunur. Bu səbəbdən də, iddiaçı mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan tələb edir. Ona görə də, iddia ərizəsi ilə razı deyil. Hazırda iddiaçının Zaqatala Rayon Məhkəməsində ona qarşı torpaq iddiası barədə mülki işə baxılır. İddiaçının hüquqverici sənədləri olmadığından Şəki İnzibati Məhkəməsində mülkiyyət sənədini mübahisələndirir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsində fındıq kolları mövcuddur və həmin torpaq sahəsindən sonuncu dəfə 1977-ci ildə istifadə etmişdir. Sözügedən torpaq sahəsi iddiaçıya məxsus yaşayış sahəsinin arxa tərəfində yerləşir və iddiaçı, həmin torpaq sahəsindən istifadə etməyə ona imkan vermir. Həmin torpaq sahəsindən bir qədər kənarda özünə məxsus digər fındıq bağı da, mövcuddur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Təqdim edilmiş sənədlər, o cümlədən Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17/97 №-li, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarları və Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 279227 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279171 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279232 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279169 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 100 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1291 ha torpaq sahəsi üzərində X18, X8 və X3 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - Zaqatala Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 4/1432 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət islahat Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X22ı Komissiyası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası X22 Komissiyası ləğv edilmişdir. Bu Fərmanın icrası olaraq RİHB-nın 01 mart 2011-ci il tarixli S-44 saylı sərəncamı ilə Rayon Aqrar İslahat Komissiyası da ləğv edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. - xx.xx.2023-cü il tarixli “Yerli baxışın nəticələrinə dair” protokolla aşağıda qeyd edilənlər müəyyən edilmişdir: “Həyətyanı torpaq sahəsinə daxil olduqdan sonra fərdi yaşayış evinin (köhnə tikilinin) olması müəyyən edildi. Bundan sonra torpaq sahələrini bir-birindən ayıran metal arakəsmə iddiaçı tərəfindən açıldı və fındıq bağının yerləşdiyi torpaq sahəsi təqdim edildi. Fındıq bağına baxış keçirilərkən müəyyən olundu ki, dörd tərəfi bağlı qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Fındıq bağının yerləşdiyi torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən götürüldü. Daha sonra iddia tələbində qeyd olunan digər torpaq sahələrinin (600 kv.metr və 100 kv.metr) yerləşdiyi əraziyə baxış keçirildi. Əraziyə daxil olduqdan sonra iddiaçı bildirdi ki, plan-ölçü sənədində göstərilən 600 kv.metr və 100 kv.metr torpaq sahəsində ona məxsus 15 fındıq kolu var. Onunla üzbəüz, yəni fındıq bağına daxil olduqdan sonra sol tərəfdə yerləşən fındıq kolları isə faktiki olaraq üçüncü şəxslərin istifadəsindədir. İddiaçının naturada göstərdiyi həmin torpaq sahələrinin, eyni zamanda üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri götürüldü. Bununla da baxış yekunlaşdırıldı. Baxış zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində olan 2200 kv.metr torpaq sahəsindən uzun müddətdir ki, Azi yox iddiaçı istifadə edir. Faktiki olaraq 3-cü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.metr və 100 kv.metr torpaq sahələrinin yerləşdiyi ərazidəki, həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kollarının yerləşdiyi ərazidir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı verilənədək X11 adına həyətyanı və pay torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olması ilə bağlı ərazi idarəsində məlumat aşkar edilməmişdir. - Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini X11 nümayəndəlikdəki 2018-2022-ci illərə dair 24 saylı ev təsərrüfatlarının uçotu kitabının 144cü səhifəsində şəxsi hesab nömrəsi 2308 olan təsərrüfatda 1,36 ha pay torpağı qeydə alınmışdır. Həmin təsərrüfatda X11 Əliabad qəsəbəsində fərdi yaşayış evi olmadığı üçün ev qeydə alınmamışdır. - Əliabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 2015-2020-ci ilə aid X11 təsərrüfatına dair bələdiyyənin uçot kitabında qeyd edilmiş siyahıda X15 0,09 ha həyətyanı torpaq sahəsi, 0,13 ha bağ sahəsi və 1,36 ha əkin sahəsi verilmişdir. X11 Əliabad qəsəbə ərazisində yaşadığı fərdi yaşayış evi yoxdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir:
1. İddiaçı mübahisələndirdiyi A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsidir. Mübahisələndirilən A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla mülkiyyətçisi X18 və onun ailə üzvlərinin mülkiyyətinə işlənilmişdir.
2. İddia olunan torpaq sahələri Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş, elektron uçotu işləri üzrə layihəyə əsasən İddiaçı adına ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasında 608/0.13 ha olmaqla X11 adına işlənilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən iddiaçının adına tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.metr torpaq sahəsinin hüdudları daxilində 608 cizgisində göstərilən 0.13 ha torpaq sahəsinin 0.1145 ha hissəsi X11 adına işlənilmişdir. Başqa bir ərazidə X11 adına 608Z cizgisində 0.01 ha torpaq sahəsi işlənilmişdir. Bundan başqa İddiaçı adına tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsinin hüdudları daxilində İddiaçı və onun ailə üzvlərinin adına 640H cizgisində göstərilən 0.12 ha torpaq sahəsinin 0.0611 ha hissəsi, 640Z cigisində göstərilən 0.04 ha torpaq sahəsinin 0.038 ha hissəsi işlənilmişdir. Başqa bir ərazidə isə İddiaçı adına 640 F cizgisində 0.08 ha torpaq sahəsi işlənilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusunda qoyulmuş suallar A279227 nömrəli planölçü sənədində qeyd edilmiş 2200 kv.m torpaq sahəsindən başqa İddiaçı Muxtar qızının adına DTXK-nin tərtib etdiyi “Torpaq sahəsinin Planı və ölçüsü" sənədlərinin cizgilərinə əsasən kadastr nömrəsi **********1607 olan 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, kadastr nömrəsi **********1583 olan 0,06 ha həyətyanı torpaq sahəsi, kadastr nömrəsi **********1585 olan 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və kadastr nömrəsi **********1602 olan 0.06 ha həyətyanı torpaq sahəsi işlənilmiş və həmin cizgilər daxilində yerləşən torpaq sahələri İddiaçı Muxtar qızı tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən isə həmin ərazidə X11 adına 608 cizgisində 0.13 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi və İddiaçı adına 640H cizgisində 0.12 ha həyətyanı torpaq sahəsi, 640F cizgisində 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 640Z cizgisində 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi işlənilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: 1. İddiaçı; 2. Aytən Şaban qızı; 3. Elmar Şaban qızı, 4. Bahar Şaban qızı, 5. Yadigar kamal qızı. Xüsusi mülkiyyətdə 0.12 ha, tikinti altı 0.02 ha. Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir:
1. üçüncü şəxslər X18 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi;
2. A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması,
3. 600 kv.metr həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi.
Məhkəmə hazırkı iddia tələbinə hüquqi qiymət verilməsindən əvvəl Zaqatala rayon Əliabad qəsəbəsində aparılmış torpaq islahatı ilə əlaqədar qəbul edilmiş rayon aqrar islahat komissiyasının qərarları ilə bağlı aşağıdakı məsələlərin qeyd edilməsin zəruri hesab edir. Belə ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə xx.xx.1996-cı ildə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17/97 №-li qərarı qəbul edilmiş, bir sıra kolxozların aqrar islahat proqramı təsdiq edilmişdir. Bunda sonra Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı qəbul edilmiş və həmin qərarda qeyd olunmuşdur ki, Dövlət fondu malqara düşərgəsi torpaqlarının müəyyən hissəsi mülkiyyətə verilmiş, təsərrüfat ərazilərində olan kolxoz meşələri düzgün inventarizasiya edilməmiş, bəzi açıq sahələr meşə kimi qeyd edilmişdir. Digər tərəfdən qanun olmadığından 02 avqust 1996-cı il tarixədək anadan olan vətəndaşlar, habelə müvəqqəti qaib olanlar siyahıya daxil edilməmişdir, yaxud onlarla torpaq payı almaq hüquqi olmayanlar siyahıya daxil edilmişdir. Qeyd edilənlərlə yanaşı vətəndaşlara yerdə ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verildiyindən mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşmədiyindən 11000-ə yaxın Dövlət Aktı paylanmamış qalmışdır. Göstərilənlərlə yanaşı mülkiyyət hüququna dair Dövlət Aktlarının qeydiyyatı aparılmadan cavabdeh olmayan səxslərə verilməklə paylanılmışdır, bu gün rayonun ayrı-ayrı kəndlərində kimə mülkiyyət hüququna aid Dövlət Aktı verilib-verilməməsi müəyyən deyildir. Yuxarıda göstərilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə 02 dekabr 2002-ci il tarixli 723 saylı məktubla müraciət olunmuş və Azərbaycan Respublikası Baş X17 Respublika Aqrar İslahat (komissiyasının sədri cənab A.Abbasov 04 yanvar 2003-cü il tarixli 17/R-7-10 saylı məktubu ilə buraxılmış nöqsanları mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş vermişdir. Rayonun təsərrüfatlarında torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qismən dəyişikliklərin aparılması üçün qərara alıram:
1. Azərbaycan Respublikası Baş X17 X22 Komissiyasının sədri Cənab A.Abbasovun 04 yanvar 2003-cü il tarixli 17/R-7-10 saylı göstəriş məktubu rəhbərlik üçün qəbul edilsin.
2. Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və vətəndaşların qanuni həyətyanı torpaq sahələrindən artıq faktiki istifadə etdikləri sahələrin 1:2000 miqyaslı sxematik planları təsdiq edilsin.
3. Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Torpaq İslahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılsın.
4. Zəruri düzəlişlərlə əlaqədar vətəndaşlara verilmiş mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğv edilməsi üçün Məhkəmə orqanları qarşısında məsələ qaldırılsın.
5. Torpaq payı almaq hüququ olmayıb torpaq payı verilən ailələrin torpaq sahələri onlar tərəfindən bir neçə il istifadə edib müəyyən işlər gördüklərinə görə nəzərə alınıb bələdiyyə mülkiyyətində saxlanılsın və həmin ailələrin torpaqlarının birinci növbədə onların icarəsinə verilməsi və ya satılması bələdiyyələrə tövsiyyə edilsin.
6. Torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələr torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilsin.
7. Torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun. ... Göründüyü kimi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17/97 №-li qərarı ilə aparılmış torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qəbul edilmiş və həmin qərar əsasında torpaq payı ayrılmış subyektlərin adına müvafiq plan-ölçü sənədləri tərtib edilmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus A 279171, A 279227, A 279232 və A 279169 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri də, məhz Zaqatala rayon AİK-nın xx.xx.2004cü il tarixli 113 nömrəli qərarına istinad olunmuş və sözügedən qərar torpaq payı ayrılmış subyektlərin siyahısını və onlara ayrılmalı olan torpaq sahələrinə dair hazırlanmış yerquruluşu sənədlərini təsdiq etmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı məsələlər tapşırılmışdır: - 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; ... Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Göründüyü kimi istinad olunan Fərmanın başlıca məqsədi bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasından ibarətdir. Bu zaman fiziki şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması və torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması xüsusi olaraq vurğulanmışdır. Sözügedən Fərman qəbul edildikdən sonra xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı verilmiş və həmin sərəncamda qeyd edilmişdir ki, “görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələndən biri olan Əliabad qəsəbəsinin 2 təsərrüfatda, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə “Torpaq sahəsinin Planı və Ölçüsü sənədləri çap olunmamışdır. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində 2 təsərrüfatda islahat aparılmışdır. Bunlardan keçmiş "Əliabad” adına kolxozun qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-nə təhvil verilmişdir. Lakin, həmin ərazilərdə faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edilən torpaq sahələri bəzi hallarda başqa vətəndaşların adına sənədləşmiş, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerqurluşu layihə sənədlərində əks olunmamış və ya ilkin islahat dövründə pay torpaq almaq huququ olan subyektlərdən bəzilərinin adları nəzərə alınmamışdır. Qəsəbənin keçmiş "Qələbə” kolxozuna aid hissəsində isə qəsəbə daxili ölçmə işləri aparılmış, pay torpaq sahələrinin bölgüsü və ölçü işləri yarımçıq qalmışdır. Qəsəbə uzrə "Torpaq sahəsinin Planı və Ölçüsü” sənədləri çap olunmamışdır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon icra Hakimiyyəti Başçısının 01 may 2017-cı il tarixli 82 nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun üzvləri, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə dürüstləşdirmə işləri aparılmasında yaxından iştirak etmişlər. Əliabad qəsəbəsində torpaq-təsərrüfat quruluşunun hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi məqsədi ilə 1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması, 2. Əliabad qəsəbəsi keçmiş “Qələbə" və "Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, 3. Ərazidə aparılmış torpaqların elektron uçotu işlən əsasında hazırlanmış layihənin təsdiq edilməsi, 4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində huquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. Göründüyü kimi Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı Əliabad qəsəbəsinin 2 təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur. Sözügedən Sərəncam Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə zidd ola bilməz. Sərəncamın məzmunu təhlil edilərkən faktiki olaraq həmin sərəncamın da, bir növ torpaq islahatı zamanı yarımçıq qalmış və həll edilməmiş məsələlərin tamamlanaraq yekun dürüstləşdirməni həyata keçirdiyi aşkar görünür. Başqa sözlə, həmin sərəncam torpaq islahatının yenidən aparılması, əvvəlki islahat zamanı torpaq sahələri qanuni istifadələrinə verilmiş subyektlərə münasibətdə yeni bölügünün həyata keçirilməsi, torpaq sahələrinin ölçüsünün dəyişdirilməsi məqsədilə tətbiq edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması xüsusilə qeyd edilmişdir. Odur ki, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, cavabdeh orqan həmin sərəncama istinad edərək rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı əsasında verilmiş sənədlərə düzəliş edə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, faktiki olaraq hazırkı mübahisəyə münasibətdə cavabdeh orqan Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamını yox, istinad olunan Fərmanı yanlış tətbiq etməklə üçüncü şəxslərin adına ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparmışdır. Belə ki, sadalanan inzibati aktlardan göründüyü kimi Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 17/97 №-li, xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarları torpaq islahatı ilə bağlı məsələləri tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə də isə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. Cavabdeh orqanın Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamını əvvəlki qanuni istifadəçilərin müəyyən edildiyi aqrar islahatın nəticələrinə tətbiq etməsi qanunsuz olmaqla həmin sərəncamın məqsədinə və tənzimlədiyi məsələlərə uyğun deyil. Nəzərə alınmalıdır ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 4/1432 nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Cavabdehin qeyd olunanlarla bağlı sərəncamın məzmununu və məqsədini nəzərə almadan həyata keçirdiyi fəaliyyət o görüntünü yaradır ki, dövlət 25 ildir Zaqatala rayonu Əliabad qəsəbəsində hansı subyektə nə qədər torpaq sahəsi verilməli olduğunu müəyyən edə bilmir. Yəni, cavabdeh orqan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını tətbiq edərək Əliabad qəsəbəsində torpaq islahatından kənarda qalmış məsələləri həll etmək əvəzinə yeni mübahisə ocaqları yaradaraq əvvəlki islahat zamanı qanuni istifadəsinə torpaq sahəsi verilmiş subyektlərin hüquqlarının kobud şəkildə pozulmasına zəmin yaratmışdır. Başqa sözlə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı mübahisələrin aradan qaldırılması məqsədi ilə yox, yeni mübahisələrin yaradılması məqsədilə tətbiq edilir. Bu isə inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə tamamilə ziddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı qüvvədə olan inzibati aktdır və iddiaçının həmin akta etimad hüququ qanunla qorunur. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Odur ki, cavabdeh orqan torpaq islahatı zamanı torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmış torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanını tətbiq etməklə dürüstləşdirilmiş məlumatlar əsasında yeruquruluşu işləri aparmalı və hüquqların dövlət qeydiyyatını həyata keçirməlidir. İslahatın natamam aparılması nəticəsində müvafiq sənədlərin hazırlanmadığı digər torpaq sahələrinə münasibətdə isə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını və istinad olunan Fərmanın tələblərini birgə tətbiq etməklə müvafiq sənədləşmə işlərini aparmalıdır. Yuxarıda qeyd edilənləri hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh orqan Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1290 kv.metr hissəsində üçüncü şəxslər X18 və digərlərinin ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alarkən sözügedən torpaq sahəsinin Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamının təsiri dairəsinə düşməməsini nəzərə almamışdır. Belə ki, sözügedən torpaq sahəsinə artıq əvvəlki islahat zamanı iddiaçının adına plan-ölçü sənədi tərtib edilmiş və həmin torpaq sahəsi ümumiyyətlə üçüncü şəxsin faktiki istifadəsində olmamışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında 1977-ci ildən sonra ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Cavabdeh orqan isə 50 ilə yaxındır ki, torpaq sahəsi faktiki istifadəsində olmayan şəxsi Sərəncamın təsir dairəsinə salmaqla iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Faktiki olaraq 3-cü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.metr və 100 kv.metr torpaq sahələrinin yerləşdiyi ərazidəki, həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kollarının yerləşdiyi ərazidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin “A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin torpaq sahələrinə münasibətdə Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı hüquqmüəyyənedici sənəd qsimində çıxış edir. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla sözügedən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia tələbinin “600 kv.metr həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, 1996-2000-ci illər üzrə Əliabad kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında iddiaçının istifadəsində olan torpaq sahəsində ümumi yararlı sahəsi 50 kv.m olan fərdi yaşayış evinin olması qeyd edilmişdir. Yerli baxış zamanı sözügedən fərdi yaşayış evinin iddia olunan torpaq sahəsində yerləşməsi və köhnə tikili olması müəyyən edilmişdir. Odur ki, iddiaçı, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə üçüncü şəxslər X18 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi, A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri, o cümlədən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.