Məhkəmə qərarları › İş №2-1(116)-60/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-60/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-60/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə, mütəxəssis X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN seriyalı 0042 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan, Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonu, Almalı kəndində yerləşən 3,04 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində İddiaçı əvvəllər yaranmış ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN seriyalı 0042 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan, Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 3,04 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində İddiaçı əvvəllər yaranmış ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-60/2025 nömrəli qərardadı ilə X5, X9, X11, X12 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-60/2025 nömrəli qərardadı ilə Qax rayonu Almalı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) ümumi birgə mülkiyyətinə Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Qax rayonu, Almalı kəndində 3,04 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) qeyd olunan torpaq sahəsi üzərində hüquqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax Rayon Şöbəsi tərəfindən JN seriyalı 0042 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 13 dekabr 2022-ci il tarixli **********19 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaya qarşı rəsmi münasibət olaraq bildiririk ki, vətəndaşlar X5, İddiaçı, Abdullayevə (Əliyeva) Pərvanə Paşa qızı, Bayramova (Əliyeva) Könül Paşa qızı, Rəsulova (Əliyeva) Vəfa Paşa qızı, X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanladığı 28 noyabr 2022-ci il tarixli kollektiv ərizədə göstərmişlər ki, torpaq islahatı aparılan zaman Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərarı ilə onlara 3,04 ha əkin sahəsi torpaq payı kimi düşmüşdür. Həmin torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri yerində ölçdükdən sonra JN-0042 nömrəli dövlət aktı tərtib edilmişdir. Son dövrlərdə isə bələdiyyələr tərəfindən dəqiqləşdirmələr getmiş və onlara məxsus sahəni Dövlət aktına uyğun ölçüb vermişlər. Onların əkin pay torpağının xeyli hissəsi kollu örüş sahəsinə düşmüşdür. İddiaçı pay torpaq sahəsinə çıxarış almaq üçün 18 noyabr 2022-ci il tarixdə 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə şifahi müraciət etmiş və şöbədə sənədinə baxdıqdan sonra ona sənəd üzrə 3,04 ha pay torpağının elektron bazada 1,90 ha olduğu və razılıq ərizəsi verdikdən sonra 1,90 ha əkin sahəsinə çıxarış verilə biləcəyi bildirilmişdir. Lakin ərizəçilər sənəd üzrə onlara düşən 3,04 ha torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişlər. Ərizəyə baxılması zamanı Qax rayonunun Almalı kəndində yerləşən 3,04 ha torpaq sahəsinə X5, X14, İddiaçı Nəsir qızı, X6, X11, X12 və X7 adına JN-0042 KOD 40304018 nömrəli torpağa mülkiyyət hüququna dair 18 dekabr 1999-cu il tarixli Dövlət aktı olsa da, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ərizəçilərin iştirakı ilə torpaq sahəsinə keçirilmiş baxış zamanı aparılan müayinə-ölçü işlən ilə torpaq sahəsinin naturadakı ölçülərinin elektron baza məlumatlarına nisbətdə qərb hissəsinin şimalından 10 metr, cənubundan 8,40 metr artıq olduğu, şərq hissəsinin şimalından 5,20 metr, cənubundan 3 metr enində əskik olduğu, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-0042 nömrəli 40304018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən ölçülərlə müqayisə etdikdə isə faktiki istifadə sahəsinin en ölçülərinin sənəd üzrə olan ölçülərin cənub hissəsindən 25 metr əskik, uzunluq ölçülərinin isə şərqdən 59 metr, qərbdən 69 metr əskik olmaqla, torpaq sahəsinin faktiki ölçüsünün hüquq müəyyənedici sənəddə göstərilən ölçüdən 1,0545 hektar az, yəni 1,9855 hektar olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən yeni hüquq müəyyənedici sənəd olan çıxarışda torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə notarial qaydada təsdiq olunmuş yazılı razılıq təqdim olunmadığından ərizəçilərə xx.xx.2022-cü il tarixli **********19 imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (mütəxəssis) təqdim edilən mütəxəssis rəyinə əsasən izahat verərək iddia olunan torpaq sahəsinin köllü örüş sahəsinə düşdüyünü bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN-0042 KOD 40304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə 3.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun ailə üzvlərinə verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3411/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-5131/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavə.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı və ailə üzvlərinin adına JN-0042 KOD 40304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı JN seriyalı 0042 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan, Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 3,04 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində əvvəllər yaranmış ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını iddia olunan torpaq sahəsinin naturada az olması və dövlət aktının koordinatlarının yarasız torpaq sahəsi ilə əhatə olunması təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir.Belə ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998ci il tarixli, 09 nömrəli qərarı əsasında JN-0042 KOD 40304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 3.04 ha torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir.X17 əsli iddiaçı tərəfindən təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin sənədin ləğv edildiyi və ya etibarsız hesab edildiyinə dair sübut təqdim edilməmiş,məhkəmə araşdırması zamanı da belə əsas müəyyən edilməmişdir.Qeyd olunan Dövlət Aktının əsasında iddia oluna torpaq sahəsi aqrar islahat zamanı mülkiyyətə verildiyindən hazırda cavabdehin faktiki hərəkəti (vəzifəsi) təkrar mülkiyyət hüququnun qeydə alınması və yeni nümunəli çıxarışın verilməsindən ibarət olmuşdur.Bu baxımdan da məhkəmə hesab edir ki, JN-0042 KOD 40304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Ddövlət aktı torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və onun əsasında təkrar mülkiyyət hüququ qeydə alınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3411/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin qeyd olunan şəkildə azalmasının səbəbi elektron kadastr baza məlumatlarında vətəndaşa məxsus olub istifadəsində olmayan yararsız torpaq sahəsinin uzunluğunun kəsilərək bələdiyyənin kollu örüş ərazisi olaraq göstərilməsidir.Beləliklə torpaq sahəsinin 1.9855 ha hisəsi vətəndaşın istifadəsində, 1.0550 ha hissəsi isə bələdiyyənin kollu örüş ərazisində yerləşir.Ayrıca istifadəsində olan 0.0560 ha torpaq sahəsi elektron kadastr informasiya bazasında işlənən JN-0043 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-5131/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavədən görünür ki, mübahisəli torpaq sahəsinin 1.0550ha hissəsinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında yaradılmış TEKUİS (X4 X8) baza məlumatları işlənən zaman təlimatda göstərilmiş qaydada vətəndaşların faktiki istifadəsində olan əkinə yaralı torpağ sahələri ölçülüb işləndiyindən kəsr yaranmışdır. Həmin 1.0550 ha hissə isə bələdiyyənin kollu örüş ərazisi kimi işlənmişdir. Mübahisəli torpaq sahəsinin 1.0550 ha hissəsinin Almalı kənd bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı istifadə etdiyi torpaq sahəsi ilə sənəd üzrə ayrılmış torpaq sahəsi üst-üstə düşmür. Düşməməsinin səbəbi aqrar islahat aparılan zaman DWJ xəritələri koordinat sistemində işlənməmişdir. Həmin uyğunsuzluqları aradan qaldırmaq üçün və vətəndaşların torpaq sahələrinin faktiki istifadəsinə uyğun sənədlərin yenidən işlənib hazırlanmasına dair Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı verilmişdir. İddiaçı sənəd üzrə ayrılmış torpaq sahəsi ilə JN- 560 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi üst-üstə düşmür. JN seriyalı 0042 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən Torpaq sahəsi İlə birbaşa qonşu olan torpaq sahələrinin DWJ məlumat bazasına əsasən mülkiyyət növləri şimal və cənubdan bələdiyyə mülkiyyəti, şərq və qərbdən xüsusi mülkiyyətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, İddiaçı adına qeydə alınmış (JN-042 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 3.04 ha torpaq sahəsi üzərində İddiaçı və dövlət aktında göstərilən ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə JN seriyalı 0042 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş, Qax rayonu Almalı kəndində yerləşən 3,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı,X5,X14,Əliyeva (Abdullayeva) Pərvanə Paşa qızı, Əliyeva (Bayramova) Könül Paşa qızı, Əliyeva (Rəsulova) Vəfa Paşa qızı və X7 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar