Məhkəmə qərarları › İş №2-1(116)-601/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-601/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-601/2022 10.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı Abudrəhim qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarının mərhum babası X6 və nənəsi X3 aid hissədə ləğv edilməsi, JN- 062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin özünün, mərhum anası X4, mərhum babası X5, mərhum nənəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "JN-062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də zəruri düzəlişlər edilərək özünün və mərhum anası X4 adları qeyd edilərək həmin sənəd üzrə torpaq sahəsinin onun, mərhum anasının, babasının və nənəsinin adlarına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İşdə olan, JN-062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, 1,41 ha həyətyanı torpaq sahəsi Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X5 və X2 ümumi mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən sorğu edilərək alınmış "Qax rayonu Əmbərçay kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, həmin cədvəlin 62-ci sətrində mülkiyyətinə torpaq sahəsi verilən şəxslər kimi X9 və X7 göstərilmişlər. Həmin cədvəl 1999-cu ildə Qax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə JN-062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsinə X9 və X7 ilə yanaşı, həm də özünün və mərhum anasının ümumi mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, JN-062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də düzəlişlərin edilə bilməsi üçün həmin şəhadətnamənin qanunsuz olması müəyyən edilməlidir. Həmin şəhadətnamədə göstərilən torpaq sahəsi mülkiyyətçilər X6 və X3 Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında verilmişdir. Beləliklə, hazırkı işdə əsas və həlledici sənəd Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarıdır ki, bu qərar da hazırda qüvvədədir, yəni hər hansı bir yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan halda isə, hazırkı iddia mümkün sayıla bilməz. Eyni hüquqi mövqe 2-1(102)-360/2022 nömrəli oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2022-ci il tarixli qərarında ifadə edilmişdir. Məhkəmənin 01.04.2022-ci il tarixli məktubu ilə bu hallar iddiaçının diqqətinə çatdırılmış, iddiaçı isə məhkəməyə 25.04.2022-ci il tarixli "İddia tələbinin dəyişdirilməsi barədə ərizə" verərək, iddia tələbini "Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarının mərhum babası X6 və nənəsi X3 aid hissədə ləğv edilməsi, JN-062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin özünün, mərhum anası X4, mərhum babası X5, mərhum nənəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində şəhadətnamənin dəyişdirilməsini tələb etdiyi halda, sonrakı ərizədə şəhadətnamənin artıq ləğv olunmasını tələb etmiş, həm də, Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarının hissəvi ləğv olunması tələbini əlavə etmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçı şəhadətnamənin ləğvi barədə məhkəməyə iddia verməzdən əvvəl bunun üçün cavabdeh orqana müraciət etməmişdir ki, bu da iddianın mümkünlük şərtlərinə uyğun deyil. İkincisi isə, iddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsində tamamilə yeni bir iddia tələbi, yəni Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarının hissəvi ləğv olunması tələbini irəli sürərkən nəzərə almamışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilən orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi - həmin yeni tələbə cavab verməli orqan deyil. Bu hallar hazırlıq iclası zamanı iddiaçı ilə müzakirə edildi və iddiaçı iddianın dəyişdirilməsi barədə ərizədə göstərilmiş tələblərinə mahiyyətinə üzrə baxılmasını xahiş etdi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının Qax Rayon Aqrar İslahat Komissiyasının qərarının hissəvi ləğv olunması tələbi həmin tələbə cavab verməli olan orqan göstərilmədiyinə görə, onun digər tələbləri isə həmin qərar hal-hazıradək qüvvədə olduğuna görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 13 nömrəli qərarının mərhum babası X6 və nənəsi X3 aid hissədə ləğv edilməsi, JN- 062F kod 40310028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin özünün, mərhum anası X4, mərhum babası X5, mərhum nənəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar