Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-602/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda N3-cü ilin iyul ayında Mingəçevir şəhər Hərbi komissarllığı tərəfindən N3-cü ilin mart ayına kimi N saylı hərbi hissənin tərkibində (ezamiyyətlərdə) Ağdam-Ağdərə bölgəsində erməni işğalçı ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. İddiaçı N saylı hərbi hissədə xx.xx.N2-ci ildə xidmətə başlamış, xx.xx.N3-cü ildə tərxis olunmuşdur. Döyüşdə olduğu müddətdə birinci ezamiyyət xx.xx.N2ci ildən xx.xx.N2-ci ilədək, ikinci ezamiyyət xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək, üçüncü ezamiyyət xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək, dördüncü ezamiyyət xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək olmuşdur. İddiaçı veteran adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.2019cu il tarixli 1/F-12410 nömrəli məktubu ilə Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-10376 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin 4-cü divizionu Silalı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının xx xxxx N2-ci ildən xx xxxx N3-cü ilə kimi N nömrəli hərbi hissədə xidmət etməsi arxiv arayışları ilə öz təsdiqini tapır. İddiaçının hərbi biletində onun N2-ci ilin sentyabrın 21-dən 27-nə kimi, oktyabrın 10dan noyabrın 15-nə kimi, noyabrın 17-dən 25-nə kimi döyüşlərdə iştirak etməsi barədə qeydlər vardır. X3 İşlər X2 xx.xx.2019-cu il tarixli 9/2-16843 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X1 ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə xx.xx.N2-ci ildə yaradılmış, lakin bütövlükdə hərbi hissə deyil, onun tərkibində olan 3, 6 və 8-ci zenit-raket divizionları xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilə kimi döyüş əməliyyatları aparmışlar. Deməli, konkret halda həmin hərbi hissənin ancaq həmin dövrdə və ancaq həmin bölmələrində hərbi xidmət keçmiş şəxslər, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular döyüşlərdə iştirak etmiş sayıla bilər. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 12 nömrəli əmrilə 4-cü divizionun texniki vəzifəsinə təyin olunmuşdur. 4-cü divizion döyüş əməliyyatlarında iştirak etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, 3, 6 və 8-ci zenit-raket divizionları xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilə kimi döyüş əməliyyatları aparmışlar. İddiaçı isə xx xxxx N3-cü ildə ehtiyata tərxis olunmuşdur. Göründüyü kimi zaman və xidmət etdiyi bölmə baxımından iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək N saylı hərbi hissədə xidmət keçmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli 9/2-16843 nömrəli Arxiv Arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 12 nömrəli əmrilə ehtiyatda olan İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 4-cü divizionun texniki vəzifəsinə təyin olunmuşdur. 57-ci maddənin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata tərxis olunmuş, 4-cü divizionun texniki sıravi İddiaçıN nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli 62 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşka olunmamışdır. İş materiallarında olan Şəki şəhər (rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 4495-1220 nömrəli məktubu və ona əlavə edilmiş 2 saylı əlavədən müəyyən olunur ki, İddiaçı cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/645 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 267 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının təsdiq edilmiş surətində müəyyən olunur ki, İddiaçı xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək N saylı hərbi hissənin tərkibində xidmət keçmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/947 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin surəti, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/F-12410 nömrəli imtina məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti,Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli 9/2-16843 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli 297 nömrəli məktubu, Şəki şəhər (rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-4495-1220 nömrəli məktubu və ona əlavə edilmiş 2 saylı əlavə, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/645 nömrəli məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 267 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının təsdiq edilmiş surəti, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/947 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/2505 nömrəli iddiaya münasibəti aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsisübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-602/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-602/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver