Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-605/2021 30.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zakirli Rabiyyə İlham qızının katibliyi, İddiaçılar İddiaçı, X5 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X6, X5, X4, X1 cavabdeh Şəki rayon Cəfərabad Bələdiyyəsinə qarşı “kəsir qalmış 0.0779 ha zəbt torpağının və 0.01 ha kəsir qalmış həyətyanı torpağın bələdiyyə mülkiyyətindən vətəndaşın mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X6, X5, X4 və X3 cavabdeh Şəki rayon Cəfərabad Bələdiyyəsinə qarşı “kəsir qalmış 0.0779 ha zəbt torpağının və 0.01 ha kəsir qalmış həyətyanı torpağın bələdiyyə mülkiyyətindən vətəndaşın mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların dinlənilmə hüququnun təmin edilməsi məqsədilə hazırki iddia tələbinin mümkünsüzlü məhkəmə hazırlıq iclasında onların nəzərinə çatdırılmış, Şəki rayon Cəfərabad Bələdiyyəsinin aqrar islahat zamanı verilməmiş kəsir torpaq sahəsinin bələdiyyə mülkiyyətindən vətəndaşın mülkiyyətinə verilməsi səlahiyyətinin olmaması, həmçinin iddiaçıların iddia etdiyi torpaq sahəsinin xüsusi mülkiyyət olmaqla X2 mülkiyyətində olması izah edilmişdir. İddiaçılar İddiaçı, X5 və X3 30.06.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçılar öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edirlər. İddiaçılar hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmirlər. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı, X6, X5, X4 və X1 cavabdeh Şəki rayon Cəfərabad Bələdiyyəsinə qarşı “kəsir qalmış 0.0779 ha zəbt torpağının və 0.01 ha kəsir qalmış həyətyanı torpağın bələdiyyə mülkiyyətindən vətəndaşın mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-605/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-605/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver