Məhkəmə qərarları › İş №2-1(116)-605/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-605/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-605/2024 13.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi ilə bağlı məlumatların (göndərişin) elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi ilə bağlı məlumatların (göndərişin) elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxx N004-cü ildə Şəki rayonunda anadan olmuşdur. 18 yaşı bitdikdən sonra Laçın rayon çağırış komissiyası tərəfindən N0 aprel N0NN-ci ildə həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və hərbi hissəyə göndərilmişdir. Hərbi xidmət keçdiyi dövrdə qəfil olaraq onun səhhəti pisləşmiş və səhhətində ciddi problemlər yaranmışdır. Həmin problemləri hiss etdikdən dərhal sonra hərbi hissənin tibb xidmətinə müraciət etmişdir. Müraciət səbəbi təngnəfəslik, bədən hərarətinin yüksəlməsi, tək tək olan quru öskürək və döş qəfəsində olan ağrılar olmuşdur. Bu fəsadlar onda hərbi xidmət zamanı yaranmışdır. Onun müraciətindən sonra 07 sentyabr N0NN-ci il tarixədək N nömrəli hərbi hissədə, N oktyabr N0NN-ci ildən 06 dekabr N0NN-ci il tarixədək MN BKH-da, 06 dekabr N0NN-ci ildən isə MN MHP-də müayinə və müalicə olunmuşdur. N7 dekabr N0NN-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən verilmiş 14807 nömrəli xəstəlik haqqında şəhadətnamənin 1N-ci bəndində diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarında “sağtərəfli vərəm mənşəli eksudativ plevrit, sorulma mərhələsindədir. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir. Həmin şəhadətnamənin 13-cü bəndində göstərilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbiuçot ixtisası uzrə xidmətə və s. yararlıq haqqında qərarı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Bundan sonra o, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 6 nömrəli əmrinə əsasən həmin tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Laçın rayon idarəsinə göndərilmişdir. Həmin tarixdən sonra o, və valideyinləri dəfələrlə ona əlillik təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsək də, onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı qoyulmuş. "J90-Sağ tərəfli Vərəm mənşəli eksudativ plevrit, sorulma mərhələsində" diaqnozları ilə 1N iyul N0N3cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının üzvləri tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N0NNci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” əsasnamədə qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmiş və xəstəyə Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı tərtib edilərək vətəndaş İddiaçı təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Müdafiə Nazirliyinin xx.xx.N0NN-ci il və xx.xx.N0N3-cü il tarixli 5/NNN5 nömrəli məktubları, xx.xx.N0N3-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı, cavabdehin xx.xx.N0N4cü il tarixli məktub və ona əlavə olunmuş 14807 nömrəli Xəstəlik haqqında şəhadətnamə. Məhkəmənin xx.xx.N0N4-cü il tarixli N-1(116)-605/N0N4 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.N0N4-cü il tarixli məktubu və ona əlavə olunmuş TN55/N0N4 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, o, 06-xx.xx.N0NN-ci il tarixlərdə X1 İnstitutunda “Sağtərəfli vərəm mənşəli eksudativ plevrit” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən o, xx.xx.N0N4-cü il tarixdə X1 İnstitutunda müayinələri zamanı ona “keçirilmiş sağtərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı kliniki sağalma” diaqnozu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N0-ci il tarixli, 1N nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 1N (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.N. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.N-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması. ... N.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. N.N. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.N-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. N.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın N.N-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində N7 dekabr N0NN-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən verilmiş 14807 nömrəli xəstəlik haqqında şəhadətnamədə ona “sağtərəfli vərəm mənşəli eksudativ plevrit, sorulma mərhələsində” diaqnozu qoyulmuş, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydi icra edilmişdir. İddiaçı, həmin diaqnoz əsasında göndərişin elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina cavabını iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə tibbi göstəriş siyahısında olmaması ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün məhz əlilliyə səbəb ola bilən diaqnozların, həmçinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb olunur. İddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.N-ci və 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.N0N4-cü il tarixli məktubu və ona əlavə olunmuş TN55/N0N4 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.N0N4-cü il tarixdə X1 İnstitutunda müayinələri zamanı iddiaçıya “keçirilmiş sağtərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı kliniki sağalma” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz nəinki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə yoxdur, hətta həmin xəstəliyin özü belə reabilitasiya olunmuşdur (kliniki sağalma). Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 1N-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi ilə bağlı məlumatların (göndərişin) elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar