Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-606/2021 10.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı, “Bulaqlar” X2 və Yevlax bələdiyyəsi) “Cavabdeh başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının və Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı MMC Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair “ qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 23.02.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində mübahisələndirdiyi sərəncamların həm etibarsız hesab olunmasının, həm də ləğv edilməsinin xahiş edildiyi bildirilmiş. Odur ki, iddianın növünün dəqiqləşdirilməsi iddiaçıya təklif edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 09.03.2021-ci il tarixdə nöqsanların aradan qaldırıldığı iddia ərizəsini məhkəməyə təqdim edərək mübahisələndirdiyi sərəncamların ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli 2-1(116)-606/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmənin icraatına daxil edilmişdir. Eyni zamanda İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(116)-423/2021 nömrəli qərardadı ilə iş üzrə “Elşən-96” X2, "xxxx" Kəndli Təsərrüfatı MMC (əvvəlki adı "xxxx" X2), “Bulaqlar” X2 və Yevlax bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə üçüncü şəxslər "Elşən-96" kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC tərəfindən məhkəmənin hakimi X1 etirazlar verilmiş, Məhkəmənin 21.05.2021-ci il tarixli, 2- 1(116)-423/2021 nömrəli qərardadı ilə üçüncü şəxs "Elşən-96" kəndli (fermer) təsərrüfatı tərəfindən Şəki İnzibati Məhkəməsinin hakimi X1 verilmiş etiraz təmin edilmiş, üçüncü şəxs "xxxx" MMC-nin etirazı isə təmin edilməmişdir. İddiaçı MMC daha sonra iddianın növünü dəyişərək “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə dəyişdirilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı MMC-nin "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermiş, Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə vəsatət təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2-1(116)-423/2021 nömrəli qərardadına əsasən 2-1(116)-423/2021 nömrə ilə qeydə alınmış İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi, 2-1(116)-606/2021 nömrə ilə qeydə alınmış, İddiaçı MMC Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı), “Elşən- 96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının ləğv olunması” barədə inzibati işə birləşdirilmiş və 2-1(116)-423/2021 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya 08.06.2021 və 30.07.2021-ci il tarixli hüquqi yardımla bağlı məktublarda, həmçinin işin hallarının müzakirəsi ilə əlaqədar keçirilmiş 29.06.2021 və 26.07.2021-ci il tarixli məhkəmə hazırlıq iclaslarında hazırki iş üzrə inzibati məhkəmə icraatının mümkünsüzlüyü, iddia ərizəsinin verilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılması iddiaçının nəzərinə çatdırılmış, iddiaçının müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması və mübahisələndirilən dövlət aktlarının ləğvinin həmin aktların verilməsinə əsas olmuş sərəncamların ləğvi məsələsindən asılı olması izah edilmiş, Cavabdeh 15.04.1996-cı il tarixli 55 saylı və 07.06.1996-cı il tarixli, 84 saylı sərəncamlarının mübahisələndirilməsi üçün iddia müddəti 1 ildən artıq buraxıldığından, həmin müddətin bərpa edilməsi üçün müddətin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair, Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılması ilə bağlı məhkəməyə sübutların təqdim edilməli olduğu bildirilmiş və sonuncu dəfə 5 gün müddət təyin edilmişdir. 26.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə səhhəti ilə bağlı xəstəxanada olduğu və həmin ərəfədə qohumu vəfat etdiyinə görə 29.06.2021-ci il tarixdə götürdüyü sənədlərlə iki gün əvvəl tanış olduğunu, ona görə də məhkəmə tərəfindən əvvəllər təqdim edilmiş, iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirə bilmədiyini, əlavə olaraq vaxt verilərsə iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı mövqeyini bildirəcəyini qeyd etmiş, həmçinin bildirmişdir ki, iddia müddətinin buraxılması ilə razılaşmır, belə ki, müvafiq dövlət aktlarının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırarkən mübahisələndirdiyi sərəncamlar onda olsa da, o, həmin sərəncamların qanunsuz olduğunu sonradan öyrənmişdir. Bildiyi andan da məhkəmədə iddia qaldırmışdır. “Elşən-96” kəndli (fermer) təsərrüfatının və "xxxx" kəndli (fermer) təsərrüfatının qaldırdığı iddialarda tərəf olması və iş materialları ilə tanış olmasına gəldikdə isə, həmin işlər üzrə iş materialları ilə tanış olması ilə bağlı məhkəməyə ərizə verməsi və imzalaması heç də o demək deyil ki, o, həmin sərəncamları əldə etmişdir və məhkəmə tərəfindən ona sənədlər təqdim edilmişdir. Ona görə də iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Üçüncü şəxslər “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı MMC-nin nümayəndəsi və vəkili X3 məhkəməyə təqdim etdiyi “iddianın mümkün sayılmaması” barədə ərizəsində qeyd etmişdir ki, hazırki iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ olmamışdır və iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Odur ki, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə hüquqi qiymət verilərkən məhkəmə araşdırmasının predmetini təşkil edən, aşağıda göstərilən sənədlərin məzmununa istinad olunur: - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli 2- 1(107)-455/2020 saylı qərardadı və həmin iş üzrə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddia ərizəsinin surəti, - İddiaçı MMC Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin surəti, - iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsinin surəti, - iddiaçı “Bulaqlar” X2nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi və inzibati iş üzrə iddiaçının iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olması barədə ərizəsinin surəti. Əsaslandırma hissəsi : Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bu növ iddianın xüsusi mümkünlük şərtlərinə, yəni, iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbinə cavab vermir. İddiaçı mübahisə predmeti olan qərarlara qarşı yönəlmiş tələbini qanunverciliklə müəyyən edilmiş (İPM 38.1.m) 30 günlük iddia müddətində irəli sürməmişdir. Bu səbəbdən də, iddia mümkün sayıla bilməz. İş materiallarında olan, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli 2-1(107)-455/2020 saylı qərardadı və həmin iş üzrə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddia ərizəsinin surətindən görünür ki, iddiaçı 17.12.2019-cu il tarixdə “Elşən-96” kəndli (fermer) təsərrüfatına məxsus A-001332 nömrəli Dövlət Aktının ləğv olunması” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində həmin aktın Cavabdeh Başçısının 15.04.1996-cı il tarixli 55 saylı sərəncamı əsasında verilməsini qeyd etmiş, iddia ərizəsinin 2-ci səhifəsində müvafiq sərəncamın 6-cı bəndinin məzmununu xüsusi olaraq qeyd etməklə sərəncamın onda olmasını və məzmunundan xəbərdar olmasını göstərmişdir. İş üzrə qəbul edilmiş və iddiaçıya təqdim edilmiş məhkəmə aktlarında Cavabdeh Başçısının 15.04.1996-cı il tarixli 55 saylı sərəncamından bəhs edilmiş və iddiaçının ilkin olaraq həmin sərəncamı mübahisələndirməli olduğu qeyd edilmişdir. İş materiallarında olan, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin surətindən görünür ki, həmin iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında “qoşma” olaraq göstərilmiş sənədlərin 7-ci bəndində “Yevlax ŞİHB-nın 15.04.1996-cı il tarixli 55 saylı, 07.06.1996-cı il tarixli 84 saylı və 09.08.1996-cı il tarixli 112 saylı sərəncamların surətləri” qeyd edilmişdir. İş materiallarında olan, iddiaçı “Bulaqlar” X2nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” barədə inzibati iş üzrə iddiaçının iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olması barədə ərizəsinin surətindən görünür ki, iddiaçı “Bulaqlar” X2 müvafiq iddia ərizəsi ilə 10.12.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən müvafiq iddia ərizəsində və ona əlavə edilən sənədlərdə hazırda mübahisələndirilən Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamına istinad edilmiş, həmin iş üzrə İddiaçı MMC üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsinin surəti İddiaçı MMC –yə təqdim olunmuş və İddiaçı MMC-nin nümayəndəsi iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olaraq sənədlərin surətini əldə etmişdir. İş materiallarında olan, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsinin surətindən görünür ki, iddia ərizəsi ilə 07.10.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edilərkən müvafiq iddia ərizəsində və ona əlavə edilən sənədlərdə hazırda mübahisələndirilən Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamına istinad edilmiş, həmin iş üzrə İddiaçı MMC üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsinin surəti iddiaçının nümayəndəsinə təqdim olunmuş və o, iş materialları ilə tanış olmuşdur. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçının: - Cavabdeh Başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının mövcudluğundan ən geci 17.12.2019-cu il tarixdə (iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən) məlumatı olmuş, lakin, müvafiq sərəncamın ləğvi ilə bağlı iddia ərizəsini 1 il 2 ay sonra, 18.02.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. - Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamından 2019-cu ildə, ən geci isə 20.11.2020-ci il tarixdə məlumatı olmuşdur. Müvafiq sərəncamdan iddiaçının ən geci 20.11.2020-ci ildə məlumatının olduğu (Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamını mübahisələndirərəkən iddia ərizəsində qoşma olaraq qeyd edilib) qəbul edilsə belə, yenə də İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olur. Belə ki, bu halda da iddiaçı müvafiq sərəncamı 30.11.2020-ci il tarixədək mübahisələndirməli idi. Lakin, müvafiq iddia ərizəsi 18.02.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir. - Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının mövcudluğundan ən geci 19.02.2020-ci il tarixdə məlumatı olmuş, lakin, müvafiq sərəncamın ləğvi ilə bağlı iddia ərizəsini 8 ay keçdikdən sonra yəni, 20.11.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. Mübahisələndirilən inzibati aktlardan məhkəməyə şikayət verilməsi müddəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 38.1-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, qeyd olunan normaya əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materialları ilə sübut olunur ki, hazırda mübahisələndirilən, Cavabdeh başçısının 15.04.1996-cı il tarixli 55 saylı, 07.06.1996-cı il tarixli 84 saylı və 09.04.1996-cı il tarixli 51 saylı sərəncamlarından iddiaçının ən geci yuxarıda qeyd edilmiş tarixlərdə məlumatı olmasına (məhkəmə icraatı zamanı iş materialları ilə tanış olmaqla, habelə məhkəmənin göndərdiyi sənədləri qəbul etməklə, inzibati orqandan əldə etməklə) baxmayaraq həmin inzibati aktların mübahisələndirilməsi ilə bağlı iddia ərizələri İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürüldükdən sonra verilmişdir. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1909/2019 02.07.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İddiaçı müvafiq sərəncamların onda olmamasını deyil, həmin sərəncamların qanunsuz olmasını sonradan öyrənməsini, o cümlədən məhkəmədə iş materialları ilə tanış olmasına baxmayaraq həmin sənədlərin surətini əldə etmədiyini bildirir. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır, belə ki, iddiaçının mübahisələndirdiyi sərəncamları əldə etdiyi halda, məhkəməyə yanlış iddia tələbi ilə müraciət etməsi, həmçinin mübahisələndirdiyi sərəncamların mahiyyətini gec dərk etməsi onu İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl etməsi vəzifəsindən azad etmir. Belə ki, mübahisələndirilən sərəncamlardan : Cavabdeh başçısının 15.04.1996cı il tarixli 55 saylı və 07.06.1996-cı il tarixli 84 saylı sərəncamlarını iddiaçı məhkəməyə ünvanladığı iddia ərizələrinə özü qoşma olaraq əlavə etmişdir və həmin sərəncamların yuxarıda qeyd edilən tarixlərdə iddiaçıda olması heç bir şübhə doğurmur. Belə ki, iddiaçı faktiki olaraq özündə olmayan sərəncamları “qoşma” olaraq iddia ərizəsində göstərə bilməzdi. Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamını isə iddiaçı “Bulaqlar” X2nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı iddia tələbi üzrə iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olaraq, sənədlərin surətini götürməklə əldə etmişdir. Qeyd edilən sərəncamın məhkəmədə iş materialları ilə tanış olduqdan sonra mübahisələndirməsi də onu göstərir ki, ona müvafiq sənədlər faktiki olaraq verilmiş, lakin iddiaçı tərəf onda olan sənədlərin (sərəncamların) hüquqi mahiyyətini başa düşmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bu isə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasına əsas verə bilməz. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı «Lalə-Tekstil” MMC-nin nümayəndəsi məhkəmənin hüquqi yardımla bağlı məktublarını poçt vasitəsilə qəbul etməsinə və keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etməsinə baxmayaraq, ötən müddət ərzində inzibati aktların mübahisələndirilməsi üçün iddia müddətinin bərpası barədə ərizə ilə müraciət etməmiş, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına, habelə iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etməmişdir. İddiaçı, məhkəmənin sonuncu hüquqi yardımla bağlı məktubuna cavab olaraq isə bildirmişdir ki, məhkəmənin iddianın növünün seçilməsi ilə bağlı yardımı olmadığına görə iddia növünün seçə bilməmişdir və bir neçə iş günü ərzində yeni iddia növünü seçərək təqdim edəcəkdir. Sadalanan hallarla bağlı İddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığından, Məhkəmə İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin iddiaçınin təqsiri üzündən buraxılması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, iddia tələbinin ““Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının” və “"xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının ləğvi ilə bağlı” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin sənədlərin verilməsinə əsas olmuş müvafiq sərəncamlar qüvvədə olduğundan və müvafiq sərəncamların mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxıldığından, müvafiq sərəncamların ləğv olunmadan həmin sənədlərin ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96”, "xxxx" kəndli təsərrüfatı, “Bulaqlar” X2 və Yevlax bələdiyyəsi) “Cavabdeh başçısının Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının və Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-606/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-606/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver