Məhkəmə qərarları › İş №2-1(116)-607/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-607/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-607/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin - “Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin "Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə tək subay analar olan: 3 yaşlı 1 (bir) uşağı olan X2, 2 uşağı olan X4, 3 yaşlı 1 (bir) uşağı olan X5, 2 (iki) uşağı olan X6ina cavabdeh Nazirlik sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərar qəbul etdi--"Ailə tərkibinin düzgün göstərilməməsi" Şəki İnzibati Məhkəməsinin (hakimlər-ilqar Cabbarov, Vüqar Musayev) qərarı ilə, cavabdeh Nazirliyin apellyasiya şikayətini təmin etməyən Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiysının (hakimlər R.R.Rəfiyev, V.İ.Məlikov, İ.H.Şükürov, G.İ.Cavadova) qərarı ilə, cavabdeh Nazirliyin kassasiya şikayətlərini təmin etməyən Ali Məhkəmənin inzibati Kollegiysının (hakimlər- X9, X18, X13, X11, X1, X7, X14) qərarı ilə Mustafayeva Samirənin, Məmmədova Floranın, Həsənova Könülün, İsrəfilova Mətanətin iddia tələbi təmin edildi -"Ailə tərkibinin düzgün göstərilməməsi"bəhanəsi ilə sosial yardımın təyinatından imtina qərarı ləğv edildi, iddiaçılara müraciət etdikləri tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 2 və 1 (bir) ilin məbləğinin birdəfəlik verilməsi öhdəliyi Nazirliyinin üzərinə qoyuldu. 23 yanvar 2024-cü il tarixli **********02 nömrəli 90 gün hüquqi qüvvəsi olan “Ərizəbəyannamə" ilə müraciət edən zaman VEMTAS pultunun arxasında oturan vəzifəli şəxslər ilkin olaraq qanunsuz imtina cavabı verdilər guya -"Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olmasına görə. 28 fevral 2024-cü il tarixdə 90 gün hüquqi qüvvəsi olan həmin **********02 nömrəli Ərizəbəyannamə” ilə təkrar müraciət edən zaman VEMTAS pultunun arxasında oturan vəzifəli şəxslər bu dəfə kommunal və rabitə xərclərinə görə, , ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56,2-ci maddəsi tərəfindən ərimin keçmiş ailə üzvü sayılan valideynlərin ailəsinə görə imtina cavabı vermədilər, bu Qydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla ailəmin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə gücləndirilmiş elektron imzaları olan sosial yardım üzrə Şöbənin işçilərinə tapşırıq göndərdilər. Ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən ərimin keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə maddi-məişət şəraitinin müayinəsini həyata keçirən Şöbənin işçiləri aztəminatlı ailəmə sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdikləri qanunsuz qərarı gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS vasitəsi ilə əlaqə vasitəsinə ötürdülər— Maddi-məişət şəraitinin müayinəsi keçirilmiş və kənarlaşma aşkar edilmişdir bu səbəbdən imtina edilmişdir— "Ailə tərkibinin düzgün göstərilməməsi". Göründüyü kimi, 3 nəfər Şəki İnzibati Məhkəməsinin möhtərəm hakimləri, 4 nəfər Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiysının möhtərəm hakimləri, 7 nəfər Ali Məhkəmənin inzibati Kollegiysının möhtərəm hakimləri cavabdeh Nazirliyin-—"Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtina qərarlarını 2018-ci il tarixdən bu günə kimi dəfələrlə ləğv etməklərinə baxmayaraq cavabdeh Nazirlik yenə də ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə—"Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtinalar verir, aztəminatlı ailələr tərəfindən sosial yardımın alinmasında maraqlı olan cənab Prezidentin, dövlətin, hökümətin maraqlarına və aztəminatlı ailələrin qanuni hüquqlarına qəsdən və qərəzli olaraq mühüm maddi və mənəvi ziyanlar vurur. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, daxil olan müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardım təyin edilməsindən imtina edilir. Göründüyü kimi bununla bağlı qanunvericilikdə birbaşa göstəriş nəzərdə tutulmuşdur. Təmsilçi İddiaçı VEMTASA daxil etdiyi məlumatlara nəzərən qeyd etdiyi kommunal xərclərin adam başına düşən məbləğinin cəmi ölkə üzrə yaşayış minimumunun 15 faizindən artıq olduğundan haqlı olaraq daxil olan müraciətə imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraza əlavədə bildirmişdir ki, Belə ki, İddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli sosial yardımın təyin olunması ilə bağlı müraciətindən sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə də yenidən müraciət etmişdir. Göründüyü kimi, idddiaçı İddiaçı sosial yardımın təyin olunması üçün hər dəfə yenidən müraciət etməsi onun əvvəlki imtina ilə razılaşması kimi qiymətləndirilməlidir. İddaçı İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadığından ailəyə sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, İddiaçı sonuncu müraciətinədək olan keçirilən müayinələrin heç birində ailə üzvü kimi qeyd olunan iddiaçının həyat yoldaşı X10 evdə olmamışdır. Hansı ki, sonuncu müraciəti üzrə keçirilmiş müayinə zamanı iddiaçıdan həyat yoldaşının harada olması barədə məlumat verilməsi xahiş edilmiş, iddiaçı ilk öncə həyat yoldaşının fəhlə olduğunu, daha sonra isə çayxanada olduğunu bildirilmişdir. İddiaçıdan həyat yoldaşının da müayinədə iştirakı üçün çağırılması xahiş edilsə də, həyat yoldaşının telefonu olmadığından əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. Bildiririk ki, xx.xx.2025-ci il tarixli müayinə zamanı Mərkəzi Filialın əməkdaşları tərəfindən R.Qurbanovun qeyd olunan ünvanda yaşamasına şübhələr olduğundan sabah yenidən müayinə üçün yaxınlaşacaqları barədə iddiaçıya məlumat verilsə də, iddiaçı günortadan sonra evdə olmayacaqlarını bildirmişdir. Buna görə də əməkdaşlar sabah səhər saatlarında ünvanda müayinə keçiriləcəyi barədə məlumat vermişlər. Bununla əlaqədar olaraq ailənin maddi-məişət şəraitinin müayinəsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, əməkdaşlar ünvana səhər saatlarında saat 10:00 üçün yaxınlaşılsa belə, nə iddiaçı, nə də həyat yoldaşı ünvanda olmamışlar. Əməkdaşlar tərəfindən iddiaçı ilə əlaqə saxlanılmağa cəhdlər edilmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmişdir. Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. • İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir; • Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları. Əsaslandırma hissəsi Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli sosial yardımın təyin olunması ilə bağlı müraciətindən sonra xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə də yenidən müraciət etmişdir. Yəni iddiaçı əvvəlki imtinanı mübahisələndirməmişdir. İşin müəyyən edilən hallarına görə iddaçının sonuncu müraciətinədək olan keçirilən müayinələrin heç birində ailə üzvü kimi qeyd olunan iddiaçının həyat yoldaşı X10 evdə olmamışdır. İddiaçının ərinin də müayinədə iştirakının təmin edilməsi bağlı cavabdehin müraciəti təmin edilməmişdir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli müayinə zamanı Mərkəzi Filialın əməkdaşları tərəfindən R.Qurbanovun qeyd olunan ünvanda yaşamasına şübhələr olduğundan təkrar müayinə ilə bağlı iddiaçıya məlumat verilsə də, ailənin maddi-məişət şəraitinin müayinəsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvanda heç kim olmamışdır. İşin məhkəmə araşdırılması ilə qeyd olunanların əksini sübut edən hallar müəyyən edilmir. Eyni zamanda iddiaçı sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə yenidən müraciət etmiş və soncu müraciəti VEMTAS mərhələsindən keçərək, maddi-məişət şəraitinin müayinəsi üşün gözləmədədir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Hər iki araşdırma vahid icraatın tərkib hissəsi olduğundan müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı faktiki olaraq maddi-məişət şəraitinin müayinəsinin aparılmasına şərait yaratmamış, yoxlama aparılan zaman ünvanda heç kim olmamışdır. Cavabdeh orqan iddiaçı ilə onun özünün təqdim etdiyi mobil nömrələr vasitələri ilə əlaqə yaratmağa cəhd etmiş, yaşadığı ünvana gedərək xidməti vəzifələrinin icraçı çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın öz vəzifə funksiyalarını yerinə yetirmə öhdəliklərinə mütənasib olaraq iddiaçı da, dövlət orqanının fəaliyyətinin səmərəli həyata keçirilməsinə, işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə borcludur. Belə ki, İİHQ-nun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Odur ki, iddiaçının ünvanlı dövlət sosial yardımın təyin edilməsinə ehtiyacı varsa o, cavabdeh orqana qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsinə vaxtında və lazımi qaydada şərait yaratmalıdır. Qeyd olunan halların mövcudluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3-cü bəndində müəyyən edilmiş sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsasdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddiməişət şəraitinin yoxlanılmasına zəruri şərait yaradılmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin - “Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar