Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-608/2025 19.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan iddiaçı – İddiaçı cavabdeh – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər – X15, X6, X7, Abdurahmanov Samir Aydın oğlu, Abdurahmanova Hicran Hümməd qızı, X10 və Ağdaş bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı Ağdaş rayonu Qaradağlı kolxozunun ümumi iclasının 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı ilə müvafiq sahədən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin naturada ölçülərək təhvil verilməsi ilə bağlı kolxozun aidiyyəti şəxsləri tərəfindən müvafiq akt tərtib olunmuşdur. Həmin vaxtdan sonra iddiaçı sözügedən sahədə fərdi yaşayış evi inşa etdirmiş və oradakı tikilidə yaşamağa başlamışdır. İddiaçı sözügedən torpaq sahəsi və onun üzərində inşa edilmiş evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının mövqeyi belədir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunvericiliyin tələblərini pozur. Belə ki, o, ayrılmış müvafiq torpaq sahəsinə görə vergiləri vaxtında bələdiyyənin hesabına ödəmiş, oradan təyinatı üzrə istifadə edərək sahədə 1 mərtəbəli ev tikdirmiş və yaşamağa başlamışdır. Torpaq sahəsinin yerləşdiyi ərazi Ağdaş şəhərinin inzibati ərazisinə birləşdirilmişdir, naməlum səbəblərdən ona ayrılmış torpaq sahəsinə dair sənəd işlənməmişdir. Sənədləşmədəki çatışmazlıqlar onun torpaq sahəsinə və üzərindəki evə hüququna təsir edə bilməz. Ev 1 yanvar 2013-cü il tarixədək inşa edildiyindən, onun tikintisinə icazə tələb olunmur. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçı torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Müvafiq araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kolxozunun 25 oktyabr 1994-cü il tarixli 5 saylı qərarının arxivinin mövcudluğu barədə heç bir məlumat yoxdur. İddia əsassız olduğundan onun təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış 30 may 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Ağdaş rayonu Qaradağlı kolxozunun 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahənin eyni olub-olmaması haqqında) məlumatı, işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə 30 may 2024-cü il il tarixli məktuba cavab olaraq ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi elektron məlumat bazasına əsasən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. Torpaq sahəsinin 0,08 ha hissəsi JN-150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin mülkiyyətində, qalan 0,0386 ha hissəsi isə Ağdaş rayonu Ağdaş bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Kompleks yerquruluşu layihəsinə (DVJ) əsasən naturada göstərilən və iddia edilən torpaq sahəsinin 0,08 ha hissəsi JN-150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə üst-üstə düşür. İddiaçının (İddiaçı) iddia etdiyi və göstərdiyi torpaq sahəsinin naturada sahəsi döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmənin DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış 4 noyabr 2024cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı sualların cavablandırılması və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: 1) Mübahisəli torpaq sahəsinin TEKUİS-ə əsasən kateqoriyası, təyinatı, uqodiyası, mülkiyyətçisi, digər şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmiş torpaq sahəsləri ilə üst-üstə düşüb-düşməməsi barədə müqayisəli yerquruluşu planı; 2) Mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazinin izahlı ortofotosu; 3) JN-150A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat, nəticə müsbət olduqda reyestrdən çıxarış, hüquqi və texniki sənədlər. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi Məhkəmənin 4 noyabr 2024-cü il tarixli məktubunu 5 dekabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda cavablandırmışdır: 1) Mübahisəli torpaq sahəsi TEKUİS-ə əsasən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi JN-150A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-ütə düşür. 2) Müvafiq torpaq sahəsinin yerləşdiyi ərazinin izahlı ortofotosu təqdim edilmişdir. 3) JN-150A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (sənədlər təqdim edilmişdir). DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 3 ünvanında yerləşən 0,0449 ha torpaq sahəsinə X11 (6/25 hissə), X2 (6/25 hissə), X3 (6/25 hissə), X4 (6/25 hissə) və Abdurahmanova Hicran Hümməd qızının (1/25 hissə) ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 8 fevral 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 4 ünvanında yerləşən 0,0351 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 aprel 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə X15, X6, X7, X8, Abdurahmanova Hicran Hümməd qızı, X10 və Ağdaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirilir ki, İddiaçı onlarla (üçüncü şəxslərlə) qonşuluqda yaşayır. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evin yerləşdiyi torpaq sahəsi dörd tərəfdən hasara alınmışdır, qonşu sahələrdən təcrid olunmuşdur. Üçüncü şəxslər X15, X6, X7, X8, Abdurahmanova Hicran Hümməd qızı DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********73 reyestr nömrəli, **********23 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onların ümumi mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0351 ha hissəsini 11 mart 2024-cü il tarixdə Ağdaş rayon Notariat Ofisində reyestrdə 4Ə-213 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Torpaq sahəsi qeydiyyata alınan zaman cavabdeh inzibati orqanın mütəxəssisi tərəfindən ona baxış keçirilmiş, müvafiq cihazla müəyyən ölçmə və müayinə işləri aparılmış və bundan sonra onların (üçüncü şəxslərin) adına reyestrdən çıxarış və plan-ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsi 8 fevral 2024-cü il tarixdə ümumi mülkiyyət hüququ əsasında onların adına qeydiyyata alınan zaman cavabdeh orqan bölgü sxemi hazırlamışdır, eləcə də, alqı-satqı müqaviləsindən sonra 0,0351 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınarkən hər iki torpaq sahəsinin ekspert rəyində göstərilən ölçülərdə iddiaçının uzun müddət istifadəsində olmuş torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Belə olsaydı, cavabdeh orqan tərəfindən bölgü sxemi hazırlanmazdı, alqı-satqı ilə bağlı 11 mart 2024-cü il tarixli arayış verilməzdi. Göründüyü kimi, alqı-satqıdan sonra iddiaçıya aid torpaq sahəsi ilə üçüncü şəxslərin mülkiyyətində olan 0,0449 ha torpaq sahəsi və digər üçüncü şəxs X5 mülkiyyətində olan 0,0351 ha torpaq sahəsi bir-birindən təcrid formada qonşuluqda yerləşirlər. Ona görə də hesab olunur ki, iddia təmin edilməli, iddiaçının 0,10 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ torpaq sahələrinin yerləşdikləri ərazilərin mövcud vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfindən qeydiyyata alınmalıdır. Odur ki, iddiaya etiraz olunmur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : İddianın mümkünlüyü: İddia “fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsində mümkünsüzdür, “0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsində mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsinin 0,08 ha hissəsinin 0,0449 hektarı 8 fevral 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11, X2, X3, X4 və Abdurahmanova Hicran Hümməd qızının ümumi paylı mülkiyyəti, 0,0351 hektarı isə 5 aprel 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 mülkiyyəti qismində qeydiyyata alındığından, sözügedən 0,08 ha torpaq sahəsi üzrə həmin qeydiyyatlar qüvvədə olduğundan, iddiaçının iddiasına həmin hissədə baxıla bilməz. Odur ki, iddia bu hissədə mümkünsüzdür. Bundan başqa, iddiaçının cavabdeh inzibati orqana müraciətinin məzmunu yalnız torpaq sahəsinə hüququn qeydiyyatı barədə olmuşdur. Bu səbəbdən də, iddia qaldırılan zaman torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə inzibati mübahisə mövcud olmamışdır. Belə olan halda, iddia fərdi yaşayış evinə münasibətdə də mümkünsüzdür. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında 0,02 ha torpaq sahəsinə aid hissəyə münasibətdə inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın həmin hissədə mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia bu hissədə mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Ağdaş rayonunun ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində (2.5) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müaddəaları) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmişdir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək olan dövrdə səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarları bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin məhkəmə icraatında müəyyən olunur ki, iddia olunan 0,02 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd qismində təqdim etdiyi Ağdaş rayonu Qaradağlı kolxozunun ümumi iclasının 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı arxiv qurumunda aşkar edilməmişdir və həmin qərarla iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi də təqdim edilməmişdir. Hansı ki, torpaq sahəsinin cizgisinin qeydiyyat barədə ərizəyə əlavə edilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10cu maddəsində təsbit olunmuşdur. Lakin qeyd olunanlar iddia olunan torpaq sahəsinin onun qanuni istifadəsindən mülkiyyətinə keçən sahə kimi qiymətləndirilməsinə imkan vermir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı iddia etdiyi 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcud olmadığından, iddia əsaslı sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X18
Məhkəmə qərarları › İş №2-1(116)-608/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-608/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver