Məhkəmə qərarları › İş №2-1(116)-609/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-609/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-609/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X1 qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı "şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Belə ki, məhkəmə tərəfindən zəruri sənədlər iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, lakin poçt xidməti tərəfindən geri qaytarılmış və çatdırılmama səbəbi qeyd olunan ünvanda yaşamadığı göstərilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində əlaqə nömrəsi də qeyd etmişdir, lakin əlaqə nömrəsi ilə də əlaqə saxlamaq mümkün olmamışdır, SMS xəbərdarlıqlar da iş materiallarından göründüyü kimi qeyd olunan nömrəyə çatmamışdır. Əlavə olaraq, Mingəçevir şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi üzrə Nümayəndəliyinə 18.09.2020-ci il tarixli məhkəmə tərəfindən göndərilən sənədlərin ünvana çatdırılması üçün məktub göndərilmiş, lakin nümayəndəliyin 23.09.2020-ci il tarixli məhkəməyə göndərdiyi məktubda əraziya nəzarət edən Mənzil İstismar Sahəsinin və qonşularının bildirdiyinə görə İddiaçı yaşadığı evi satıb və ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyü qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı "şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar