Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-609/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, üçüncü şəxslər X2 və X4 iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı "üçüncü şəxslər X2 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı "üçüncü şəxslər X2 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Müəyyən edildi ki, üçüncü şəxslər X6 və X8 iddiaçının müvafiq olaraq qardaşı və qardaşı oğludur. Şəki şəhəri Şəhriyar küçəsi 2/9 nömrəli ev 14.01.2002-ci ildə vəfat etmiş X7 qanun üzrə vərəsəlik qaydasında İddiaçı və X3 mülkiyyətinə keçmiş və Şəki rayonu iki saylı dövlət notariat kontoru tərəfindən bu barədə 01.03.2008-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində 17.03.2008-ci ildə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X3 adına qeydiyyata alınmışdır. Bundan sonra həmin evdə İddiaçı və X5 məxsus paylar ayrılmış və İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən hissəyə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilmişdir. Həmçinin, müəyyən olundu ki, hazırkı iş üzrə üçüncü şəxslər X6 və X8 hazırkı iş üzrə İddiaçı qarşı "ünvan 1 ünvanında yerləşən evə və həyətyanı sahəyə baxış keçirərək ailələrinin həmin ünvana köçürülməsi, mərhum X9 tərəfindən X6 üçün tikilmiş, sonradan İddiaçı tərəfindən həyətyanı sahənin böyüdülməsi məqsədi ilə sökülmüş 40 kv.m evin bərpası və həyətyanı sahənin ədalət prinsipləri əsasında bölüşdürülməsi" barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. İş hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.09.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, inzibati məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqanın üzərinə o halda qoya bilər ki, yaşayış sahəsinə həmin şəxsin əmlak hüquqları mövcud olmasın. Hazırkı işdə isə ünvan 1 ünvanında yerləşən evə üçüncü şəxslər X2 və X4 əmlak hüquqlarının olmaması birmənalı şəkildə müəyyən edilmir. Həmin məsələ ilə bağlı tərəflər arasında olan mübahisə hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda, hazırkı iddiaya inzibati məhkəmədə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, mübahisənin həlli ümumi məhkəməyə aid olduğuna görə hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə
qərara aldı :
İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı "üçüncü şəxslər X2 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Vidadi Qasımov.