Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-61/2023 22.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, xx.xx.1983cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 25 ildən çox sığorta stajı, 15 ildən çox güzəştli iş stajı vardır. İddiaçı xx.xx.2021-ci ildən "xxxx" MMC-də quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hal-hazırda həmin müəssisədə işləyir. Əmək fəaliyyətinin 16 ilə yaxın müddətində X4 Stansiyasında işləmişdir. Belə ki, xx.xx.1985-ci il tarixli əmrlə Qafqazenerjitəmir İB-nə çilingər vəzifəsinə təyin edilmişdir. Sonradan həmin müəssisədə 3-cü və 4-cü dərəcəli çilingər vəzifələrində işləmişdir. "xxxx" DŞ-nin xx.xx.1994-cü il tarixli 61 nömrəli əmri ilə Qafqazenerjitəmir İB xx.xx.1994-cü ildən "xxxx" birgə müəssisəsi adlandırılmışdır. xx.xx.1994-cü ildən "xxxx" Azərbaycan-X3 Turbo Era filialının işçi tərkibinə keçirilmişdir. Növbəti dəfə müəssisənin adı dəyişdirilərək Xüsusiləşdirilmiş Təmir- Quraşdırma müəssisəsi adlandırılmışdır. İddiaçı həmin müəssisədə xx.xx.1996-cı il tarixdən 5-ci dərəcəli çilingər vəzifəsində işləməyə davam etmişdir. İddiaçı Müəssisənin xx.xx.2001-ci il tarixli, 80 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciət təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 avqust 2021-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzıfələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 3 aprel 1984-cü il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 24 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2500/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etiraz qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********0 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş üç şərt ödənilməmlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 aprel 1984-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan aydın olduğu kimi onun güzəştli iş stajı 5 il 2 ay 24 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının "xxxx" birgə müəssisəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyini iddia etdiyi 10 il 09 ay 14 gün müddətlə bağlı dövrlər onun əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin dövrlərə dair sənədlər müəssisə tərəfindən arxivə təhvil verilmədiyindən sözügedən müddətin onun güzəştli iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. Yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona ilkin müraciət ediyi xx.xx.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir ki, həmin tarixə qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı olmadığından hesab edir ki, iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. İddiaçıya məxsus olan ******* nömrəli, xx.xx.1984-cü il tarixdə doldurulmuş əmək kitabçasının təsdiq olunmuş surətində əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “1 May” kolxozunda; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək PMK-91-də çilingər; xx.xx.1985-ci ildən xx.xx.1996-cı ilədək çilingər; xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində çilingər; xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək "xxxx" səhmdar cəmiyyətində Turbin təmirquraşdırma sexində usta; xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" səhmdar cəmiyyətində Turbin təmirquraşdırma sexində usta işləmişdir; xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək işsizlik müavinəti almışdır; xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “X5” şirkətində montajçı işləmişdir. İddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının xx.xx.2004-cü il tarixdə doldurulmuş ikinci hissəsinin təsdiq olunmuş surətində əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" ASC-də çilingər-mexanik; xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC "xxxx" MMC-də quraşdırıcı-çilingər; xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də quraşdırıcı-çilingər; xx.xx.2009-cu ildən xx.xx.2013-cü ilədək "xxxx" ASC “STP-nin tikinti layihəsinin” quraşdırma sahəsində quraşdırıcı-çilingər; xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək Ağır Maşınqayırma zavodunun 1 nömrəli Quraşdırma sahəsinin Quraşdırma bölməsində quraşdırıcı-çilingər; xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək “Azfen” BM-də quraşdırıcı; xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək “X8 və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində montajçı işləmişdir; xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək işsizlik sığortası almışdır; xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “X8 və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin H.Əliyev adna neft emalı zavodu layihəsində mexanikmontajçı; xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 5-ci dərəcəli konstruksiya quraşdırıcısı; xx.xx.2021-ci ildən iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də quraşdırıcı işləmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmət keçmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17185,90 manat, 2006-cı ildən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 45697,31 manat olmaqla cəmi pensiya kapitalı 62883,21 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 9 ay 22 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 17185,90 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 45697,31 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05-17 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir Quraşdırma sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1996-cı il. Əmr № 03/K) xx.xx.1996-cı il tarixdə Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir Quraşdırma sexinə usta vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1996-cı il. Əmr № 95/K) xx.xx.1998-ci il tarixdə AR ƏQM-nin 37-ci maddəsinə əsasən(öz xahişi ilə) işdən azad edilmişdir. (xx.xx.1998-ci il. Əmr №87/K) xx.xx.1998-ci il tarixdə fərdi əmək müqaviləsi yolu ilə 1 il müddətinə Xüsusiləşdirilmiş Təmir- Quraşdırma müəssəsəsində Turbin Təmir-Quraşdırma sexinə usta vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1998-ci il. Əmr №91/K) xx.xx.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur. ("xxxx" SCEİB xx.xx.2001-ci il. Əmr № 80) Məlumat üçün bildirilir ki, "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” məhdud məsuliyyətli cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı 05.01,2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - Azərbaycan İstilik Elektrik Stansiyası məhdud məsuliyyətli cəmiyyət adlandırılmışdır. Arayış "xxxx" MMC-nin Arxivində saxlanılan XTQM-nin kadr sənədlərinə əsasən yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı həqiqətən, xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Ağır maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin Quraşdırma bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 29-cu fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 2 (iki) il, 3 (üç) ay, 28 (iyirmi səkkiz) gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01-VƏ/57 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.2006-cı ildə (əmr №-93-kş, xx.xx.2006-cı il) "xxxx" ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin Sumqayıt Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilib və xx.xx.2007-ci ildə (əmr № 102/1-kş. 31,05.2007-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə (əmr №18/21-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin "xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (Əmr №-741-kş, xx.xx.2012-ci il) vəzifəsi və dərəcəsi saxlanılmaqla "xxxx" MMC-nin Ağır Maşınqayırma zavodunun 1 nömrəli Quraşdırma sahəsinin Quraşdırma bölməsinə keçirilib və xx.xx.2013-cü ildə (Əmr №-22/6-kş, xx.xx.2013-cü il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 04 il, 06 ay, 27 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 05/GR nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.2007-ci ildə (əmr №-13/k, xx.xx.2007-ci il) "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə (əmr № 101/k, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 01 il təşkil edir. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx" MMC adlandırılıb. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321- İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği qeydə alınmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Normanın tələbindən də göründüyü kimi, 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona ilkin müraciət ediyi xx.xx.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının pensiya kapitalı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının 2006-cı ildən sonrakı dövrlərdə güzəştli iş stajına dair arayışlarına əsasən iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək (1 il 14 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək (1 il 2 ay 20 gün), xx.xx.2009-cu ildən xx.xx.2013-cü ilədək (3 il 6 ay 13 gün), xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək (2 il 3 ay 28 gün) işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" fəslinin “a” fəhlələr bəndinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə, vəzifələrə uyğundur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan İES MMCnin xx.xx.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-cı il tarixədək işlədiyi Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir Quraşdırma sexinə çilingər və usta vəzifələri (2 il 4 ay 16 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (2 il 10 ay 8 gün) Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir-Quraşdırma sexinə usta vəzifəsində işlədiyi müddət də güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Belə ki, göstərilən vəzifələr də, analoji xarakter daşımaqla Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" fəslinin “a” fəhlələr bəndinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə və “b” mütəxəssislər bəndinin “tikinti və quraşdırma işləri üzrə ustalar” yarımbəndinə göstərilən peşələrə uyğundur. Göstərilən dövr cavabdeh tərəfindən imtinada da güzəştli iş stajı dövrü olaraq qəbul edilmişdir. Beləliklə iddiaçı cavabdehin mübahisələndirmədiyi 5 il 2 ay 24 gün güzəştli iş stajına əlavə olaraq, güzəştli arayışlar əsasında təsdiqini tapan iş stajı ilə birlikdə cəmi 13 il 4 ay 9 gün güzəştli iş stajına malik olmuşdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və pensiya kapitalı mübahisələndirilməmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı olmadığından hesab edir ki, iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-61/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-61/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver