Məhkəmə qərarları › İş №2-1(116)-61/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-61/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-61/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X22 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X39 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X11 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X37 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsinə dair A-091656 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, X1 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2019-cu ildə qeydiyyata alınmış 0,6011 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"ndə xx.xx.2022-ci ildə A-785523 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, X23 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2019-cu ildə qeydiyyata alınmış 0,8975 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"ndə xx.xx.2022-ci ildə A785524 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə cavabdeh tərəfindən əsassız edilmiş cari dəyişikliklərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərardadı ilə X6, X37, X4, X11, X24, X19 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X11 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X37 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Osmanlı X17 rayonunun Püştətala kəndində yaşayır. Balakən rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-448 saylı alqı-satqı müqaviləsi əsasında 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 oktyabr 2016-cı ildə reyestr nömrəsi **********85 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda həmin tarixdə 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin kadastr göstəricilərini və əsas döngə nöqtələrinin koordinatlarını əks etdirən A 091656 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X11 və X31 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq 0,53 ha və 0,29 ha hissəni qanunsuz istifadə etdiklərinə görə həmin hissələrdən çıxarılmaları ilə bağlı Balakən rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki işlə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Balakən rayonunun Püştətala kəndində 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 1,5862 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********85 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı qızma verilən 1.5862 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.53 ha hissəsi X11 tərəfindən, 0.29 ha hissəsi isə X31 tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Balakən rayonunun Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 ha hissəsi X1, 0,29 ha hissəsindən isə X15 çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsindən X11 və X31 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1393/2019 saylı qətnaməsi ilə X11 və X31 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 01 fevral 2019- cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, 2019-cu ildə X11 və X31 qanunsuz istifadə etdikləri torpaq sahələrindən çıxarılmış, torpaq sahələri iddiaçının sahibliyinə verilmişdir. 2022-ci ilin avqust ayında X11 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə girərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə çıxarıldığı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2019-cu il tarixdə aldıqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,6011 ha torpaq sahəsinin planı və ölçüsündə cari dəyişiklik edildiyini və hazırda həmin torpaq sahəsinin sənədlərinin onun adına işləndiyini bildirərək torpaq sahəsini tutmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddiaçıya məxsus olan, 1,5862 ha torpaq sahəsinə dair A 091656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliklərin edilib-edilməməsinə dair məlumatın verilməsi və edildiyi təqdirdə həmin dəyişikliklərin ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Uçot xəritələrinə əsasən edilmiş dəyişikliklərin ləğv edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olması səbəbindən onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 6-cı hissəsinin icrası ilə bağlı İddiaçı, X1, X23 və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələri ilə bağlı tərtib edilmiş bütün sənədlərin surətləri təqdim olunur. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Püştətala kəndi ərazisində yerləşən 1,5862 ha torpaq sahəsinə dair AN° 091656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən JN-0214 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan koordinatlara əsasən tərtib edilmişdir. Həmin torpaq sahəsi yerləşən ərazi üzrə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaşların adlarına tərtib edilmiş sənədlərdə bir sıra uyğunsuzluqlar mövcud olduğundan Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının icrası ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmışdır. Fərmanın icrası olaraq uçot xəritələrinə əsasən elektron baza xəritələrində İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair məlumatlarda cari dəyişikliklər edilmişdir. Uçot xəritələrinə əsasən İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliklərin edilməsi üçün ərazi idarəsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-26/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən X11 və 0,29 ha hissəsindən X31 çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa olunması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1393/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər X11 və X20 münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. - JN-0214 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X25, X13, X14 və X8 Balakən rayonu Püştətala kəndində 1,59 ha torpaq sahəsi ayrılmışdır. - AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X25 və digərləri Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsini iddiaçıya satmışlar. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0215 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X11, X2, X24, X19 və X5 Balakən rayonu Püştətala kəndində 2,13 ha torpaq sahəsi ayrılmışdır (215 planşetində 6011,20 kv.m torpaq sahəsinin cizgisi əks olunub). - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən yerləşən 0,6011 ha torpaq sahəsi üzərində X11, X2, X24, X19 və X3 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0216 kod 40111018 nömrəli Dövlət Aktından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X9, X10, X6 və X26 Balakən rayonu Püştətala kəndində 1,63 ha torpaq sahəsi ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən yerləşən 0,8975 ha torpaq sahəsi üzərində X10 və X23 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində İddiaçı mülkiyyətində olan 1,5862 ha torpaq sahəsinə dair məlumatlarda cari dəyişikliklərin mahiyyəti barədə bildirilmişdir ki, Balakən rayonu, Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ona bitişik olan digər vətəndaşların mülkiyyətində olan torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunurdu. Məlumat üçün bildiririk ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X42 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. Həmin ərazidə yerləşən vətəndaşların torpaq sahələrinə X42 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalar əsasında aparılan uçot işləri ilə bağlı dürüstləşmə işləri aparılaraq yeni hazırlanmış uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlanmışdır. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna A 091656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin həmin sənəddə cari dəyişiklik edilənədək mövcud olmuş döngə nöqtələrinin koordinatlarına dair yerquruluşu planı, Balakən rayon Məhkəməsinin icraatında olmuş 2(019)-26/2019 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti və plan ölçü sənədlərinin koordinatlarının əks olunduğu xx.xx.2018-ci il tarixli sxem, A 091656 nömrəli plan-ölçü sənədinə cari dəyişiklik edilənədək və bundan sonrakı vəziyyətə dair yerləşmə vəziyyətinə dair yerquruluşu planı əlavə edilmişdir. Həmçinin qeyd edilmişdir ki, A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatlara əsasən Kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla mülkiyyətçisi İddiaçı olmuşdur. A 091656 nömrəli plan-ölçü sənədinin ilkin koordinatları daxilində hazırkı elektron baza məlumatlarına əsasən X11, X23 xüsus mülkiyyətinə işlənilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların X42 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların X42 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İş materiallarından görünür ki, Balakən RAİK-nın xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X16 3 nəfər ailə üzvü ilə birlikdə Balakən rayonu Püştətala kəndində 1,59 ha torpaq sahəsi ayrılmış, X25 və digərləri sözügedən torpaq sahəsini xx.xx.2016-cı il tarixdə iddiaçıya satmışlar. Bundan sonra RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarış əsasında Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı, mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən X1 və 0,29 ha hissəsindən X15 çıxarılması və mülkiyyət hüququnun bərpa olunması məqsədilə Balakən Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(019)-26/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1393/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) çıxarışda qeyd edilmiş 1,5862 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında bərpa edilərək adları qeyd edilən şəxslər həmin torpaq sahəsindən çıxarılmışlar. Bundan sonra cavabdeh orqan iddiaçının iradəsinə uyğun olmadan mübahisəli torpaq sahəsində mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə həmin ərazidə dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamışdır. Cavabdeh orqan iddiaçıya məxsus sənədlərdə yol verdiyi cari dəyişiklikləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X42 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"nın icrası ilə əsaslandırmışdır. Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulmuşdur. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə iddiaçıya məxsus sənədlərə cari dəyişiklik edərkən müvafiq dəyişkiliklə bağlı iddiaçının razılığını almamış, sözügedən dəyişikliyin edilməsi ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır. Əksinə cavabdeh orqanın cari dəyişikliyə məruz qoyduğu sənədlərdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verilir (2.3.5). Yəni faktiki istifadə vəziyyətinə uyğun konfiqurasiya fərqlərini aradan qaldırmazdan əvvəl cavabdeh orqan sadalanan halları nəzərə almalı idi. İstinad olunan Fərmanın 2.3.4-cü bəndinin tələbinə görə ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması cavabdeh orqanın vəzifəsi olduğu halda, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, iddiaçının hüquqlarına aşkar müdaxilə edərək məhkəmə qətnaməsindən sonrakı faktiki istifadə vəziyyətini əsas götürməklə mübahisəli torpaq sahəsinin ərazi hüdudlarını müəyyən etmiş, tərəflər arasında həmin torpaq sahəsindən istifadə ilə bağlı məhkəmə çəkişməsinin mövcudluğunu və qəbul edilmiş yekun məhkəmə aktının məzmununu aşkar bildiyi halda əsassız olaraq iddiaçıya məxsus A091656 №li plan-ölçü sənədinin koordinatlarında dəyişiklik etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə qaytarılmasını və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X11 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X37 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X39 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə X11 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin X37 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar