Məhkəmə qərarları › İş №2-1(116)-612/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-612/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-612/2022 18.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh X1 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı "13.09.2001-ci ildə Balakən Rayon Qeydiyyat Şöbəsində bağlanmış 262 nömrəli nikah akt qeydində yazılmış "Ruzvan" adının "Ruslan"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı "13.09.2001-ci ildə Balakən Rayon Qeydiyyat Şöbəsində bağlanmış 262 nömrəli nikah akt qeydində yazılmış "Ruzvan" adının "Ruslan"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməli və bu müraciət müsbət nəticə verməməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.11.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı doğumu Rusiya Federasiyası Volqoqrad şəhərində qeydə alınmışdır, nikah aktında ada düzəliş edilməsi üçün İddiaçı doğum akt qeydinin istənilməsi zərurəti yaranır, bu səbəbdən nikah aktında düzəliş edilməsi bir ay ərzində mümkün olmayacaqdır. Göründüyü kimi, cavabdeh iddiaçının ərizəsinə verdiyi cavabda onun təmin olunmasından imtina etməmiş, yalnız bunu bildirmişdir ki, iddiaçının Rusiya Federasiyası Volqoqrad şəhərindəki qeydiyyat orqanında saxlanılan doğum akt qeydinin tələb edilməsi zəruridir və bu hərəkət 1 ay vaxt tələb edir. Cavabdehin məktubu 16.11.2021-ci ildə yazılmış və qeyd olunan 1 ay müddət başa çatmadan iddia ərizəsi məhkəməyə verilmişdir. Şəki İnzibati Məhkəməsinin 13.12.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçıya bildirilmiş, eyni zamanda, ona təklif edilmişdir ki, cavabdehin məktubunda göstərilmiş 1 aylıq müddət başa çatdıqdan sonra cavabdeh nikah akt qeydində düzəliş etməkdən imtina edərsə, o, həmin imtina məktubunu məhkəməyə təqdim etsin. İddiaçıya hazırkı vəziyyətdə iddianın mümkün sayılması üçün əsasın olmaması bildirilmiş və bununla bağlı fikrini məhkəməyə yazılı şəkildə bildirməsi üçün 20 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya poçt vasitəsilə göndərilərək 20.12.2021-ci ildə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı məhkəmənin məktubuna yazılı münasibət bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, yazılı icraat qaydasında qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı "13.09.2001-ci ildə Balakən Rayon Qeydiyyat Şöbəsində bağlanmış 262 nömrəli nikah akt qeydində yazılmış "Ruzvan" adının "Ruslan"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar