Məhkəmə qərarları › İş №2-1(116)-615/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-615/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-615/2023 14.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı tibbi kitabçasında olan məlumatlara əsasən dəfələrlə boğazında ağrılar, öskürək, səsin batması kimi şikayətlərlə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) poliklinikasına müraciət etmiş və “Xroniki larinqorarinqif” diaqnozu ilə ambulator müalicə almışdır. Müalicəsi effektsiz olduğuna görə iki dəfə “yarımkəskin farinqo-laringit, yumşaq damaq və səs büküşlərinin parezi” diqnozu ilə DSX HH-da uzunmüddətli stasionar müalicə almışdır. Dəfələrlə Azərbaycan Respublikası SN Baş otolarinqoloqu prof. Ə.M.Tarşinski və dos. S.İmanova tərəfindən konsultasiya aparılmış və onların təyin etdikləri müalicə kursları yerinə yetirilmişdir. Bundan əlavə olaraq müxtəlif vaxtlarda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında, Bakı şəhəri Neftçilər xəstəxanasında, Bakı şəhər Respublika Klinik Xəstəxanasında, eyni zamanda xarici ölkələrdə, o cümlədən İran dövlətində xəstəliyi ilə əlaqədar 3 dəfə müayinə-müalicə olunmuşdur. Nəticədə iddiaçıya xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunan xr.laringit hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin ikitərəfli parezi qoxu və dadbilmə funksiyasının pozulması Xroniki əng sinusiti, sol tərəfli xr. haymorit diqanozu ilə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Tibbi-Sosial Ekspert komissiyası tərəfindən 2006-cı ildə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci ilin iyul ayından əlillik üzrə pensiyası əsassız olaraq dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12172/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J38 - Səs büküşlərinin və qırtlağın başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => J38.3 - S...; Diaqnozun mətni: Səs funksiyasının mülayim dərəcədə pozulması ilə müşayət olunan xr.laringit. Yumuşaq damaq və səs tellərinin ikitərəfli parezi. Qoxu və dadbilmə funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J37 - Xroniki laringit və laringotraxeit => J37.0 - Xroniki laringit; Diaqnozun mətni: Səs funksiyasının mülayim dərəcədə pozulması ilə müşayət olunan xr.laringit. Yumuşaq damaq və səs tellərinin iki tərəfli parezi. Qoxu və dad bilmə funksiyasının pozulması.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik =>digər: Səs funksiyasının mülayim dərəcədə pozulması ilə müşayət olunan xr.laringit. Yumuşaq damaq və səs tellərinin iki tərəfli parezi. Qoxu və dad bilmə funksiyasının p...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J37 - Xroniki laringit və laringotraxeit => J37.0 - Xroniki laringit; Diaqnozun mətni: Səs funksiyasının mülayim dərəcədə pozulması ilə müşayət olunan xr.laringit.Yumuşaq damaq və səs tellərinin iki tərəfli parezi. Qoxu və dad bilmə funksiyasının pozulması.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Səs funksiyasının mülayim dərəcədə pozulması ilə müşayət olunan xr.laringit. Yumuşaq damaq və səs tellərinin iki tərəfli parezi. Qoxu və dad bilmə funksiyasının p...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J37 - Xroniki laringit və laringotraxeit => J37.0 - Xroniki laringit; Diaqnozun mətni: Xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunun xr.laringit Hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin iki tərəfli parezi qoxu və dadbilmə funksiyasının pozulması Xroniki əng sinusiti, sol tərəfli xr. haymorit; Meyar: 2.3. Üçüncü dərəcə əlillik =» DİGƏR: Xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunun xr.laringit Hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin iki tərəfli parezi qoxu ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəb Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J37 - Xroniki laringit və laringotraxeit => J37.0 - Xroniki laringit; Diaqnozun mətni: Xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunun xr. laringit Hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin iki tərəfli parezi qoxu və dadbilmə funksiyasının pozulması Xroniki əng sinusiti, sol tərəfli xr.haymorit; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunun xr.laringit Hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin iki tərəfli parezi qoxu ...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J37 - Xroniki laringit və laringotraxeit => J37.0 - Xroniki laringit; Diaqnozun mətni: Xroniki laringit, səs funksiyasının pozulması ilə müşayət olunan xr. laringit Hərəki neyronun xəstəliyi, yumşaq damaq və səs tellərinin iki tərəfli parezi qoxu və dadbilmə funksiyasının pozulması Xroniki əng sinusiti, sol tərəfli xr.haymorit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İddiaçı əyani müayinə olunması üçün xx.xx.2022-ci il tarixində Agentliyə dəvət olunmuşdur. 06 iyun 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-615/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə olunmuş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)- 615/2023 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Lakin iddiaçı müayinəyə getmədiyi üçün iş materialları ekspertiza aparılmadan xx.xx.2023-cü il tarixdə icrasız məhkəməyə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına vəsatət əlavə etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Diaqnozun mətni: Səs büküşlərinin və qırtlağın başqa rubrikalarda təsnif olunmayan xəstəlikləri, Səs büküşlərinin və qırtlağın parezi.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47- H47.5,H52- H53.9); səbəbi ilə əlillik dərəcəsi verilmişdir. Cavabdeh vəsatətində iddia tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli vəsatətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş, müvafiq tədbirlər görmüş və iddiaçıya ikinci dərəcə əlillik təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar