Məhkəmə qərarları › İş №2-1(116)-617/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-617/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-617/2021 21.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2003-cü il təvəllüdlü qızı X3 Yevlax şəhərində doğulmasına dair Cavabdehndə xx.xx.2003-cü ildə tərtib edilmiş 470 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin akt qeydi əsasında X4 verilmiş AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X8 və İddiaçı övladı X7 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş və Rusiya Federasiyası Moskva VVAQ İdarəsinin Tsaritsıno VVAQ şöbəsi tərəfindən xx.xx.2006-cı ildə bu barədə 5690 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Göstərilən orqan tərəfindən X3 adına xx.xx.2016cı ildə verilmiş "Doğum haqqında şəhadətnamə"nin surətindən göründüyü kimi, həmin sənəd təkrarən verilmişdir. Bununla yanaşı, Yevlax Rayon Vətəndaşlıq X6 Qeydiyyatı Şöbəsi tərəfindən X3 xx.xx.2003-cü ildə doğulması ilə bağlı xx.xx.2003-cü il tarixli 470 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Göstərilən orqan tərəfindən X3 adına xx.xx.2003-cü il tarixli AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü qızı X3 Yevlax şəhərində doğulmasına dair Cavabdehndə tərtib edilmiş 470 nömrəli doğum akt qeydinin ləğv edilməsini və ona verilmiş "Doğum haqqında şəhadətnamə"nin etibarsız hesab olunmasını xahiş etmiş, lakin Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması məhkəmə qərarı əsasında həyata keçirilir. İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə 1997-ci ildən etibarən uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Onun xx.xx.2003-cü ildə Moskva şəhərində Vinoqradov adına 64 nömrəli Şəhər Kliniki Xəstəxanasının 1 nömrəli filialının 4 nömrəli doğum evində X7 adlı övladı doğulmuşdur. Uşağın doğumu ilə bağlı zəruri sənədləri xx.xx.2006-cı ildə Moskva VVAQ İdarəsinin Tsaritsıno VVAQ şöbəsi təqdim edib həmin şöbədə xx.xx.2006-cı ildə doğum haqqında akt qeydləri kitabında 5690 nömrəsi ilə qeyd edilmiş "Doğum haqqında şəhadətnamə" almışlar. Bundan əvvəl 2003-cü ilin sentyabr ayında isə onun anası qızı X4 "Doğum haqqında şəhadətnamə" almaq üçün Yevlax Rayon VVAQ şöbəsinə müraciət etmiş, şöbədə xx.xx.2003-cü ildə "Doğum haqqında akt qeydləri kitabı"nda 470 nömrəsi ilə qeydiyyatdan keçmiş AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. Uşaq Yevlax şəhərində doğulmadığına görə Yevlax Rayon VVAQ şöbəsinə uşağın Yevlax şəhərində doğulmasına dair hər hansı sənəd təqdim edilməmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2021-ci il tarixli 05/Q-230 nömrəli etirazında iddianı qəbul etməmiş və imtina məktubunun dəlillərinə istinad etmişdir. İddiaçı xx.xx.2021-ci ildə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə, ona şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də işə tərəflərin iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2003-cü ildə "Doğum haqqında akt qeydləri kitabı"nda 470 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmiş, uşağın doğum yeri kimi Azərbaycan Respublikasının Yevlax şəhəri qeyd olunmuşdur. - İşdə olan, xx.xx.2016-cı ildə Moskva VVAQ İdarəsinin Tsaritsıno VVAQ şöbəsi tərəfindən verilmiş "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X9 və İddiaçı övladı Validə Məmmədova xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. - İşdə olan, cavabdeh Yevlax Rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması məhkəmə qərarı əsasında həyata keçirilir. Bu səbəbdən sözügedən doğum haqqında akt qeydinin Qeydiyyat Şöbəsində ləğv edilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün hesab edilir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsində deyilir ki, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 163.1-ci maddəsində isə deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İş materiallarından görünür ki, iddiaçının övladı X7 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Moskva VVAQ İdarəsinin Tsaritsıno VVAQ şöbəsi tərəfindən xx.xx.2006-cı ildə onun adına 5690 nömrəli doğum akt qeydi tərtib edilmiş və "Doğum haqqında şəhadətnamə" verilmişdir. İddiaçının mübahisələndirdiyi 470 nömrəli doğum akt qeydi Yevlax Rayon Vətəndaşlıq X6 Qeydiyyatı Şöbəsi tərəfindən X3 adına xx.xx.2003-cü ildə tərtib edilmişdir. Həmin sənəddə X3 Yevlax şəhərində doğulduğu yazılmış və uşağın doğulmasını təsdiq edən sənəd kimi Moskva şəhəri 4 nömrəli doğum evinin xx.xx.2003-cü il tarixli M-45 seriyalı 332843 nömrəli arayışı göstərilmişdir. Məhkəmə qeyd edir ki, uşaq Yevlax şəhərində doğulmuş olsaydı, bu barədə arayışı Moskva şəhərində yerləşən doğum evi verə bilməzdi. Həmin arayışın Moskva şəhəri 4 nömrəli doğum evi tərəfindən verilmiş olması uşağın məhz həmin tibb müəssisəsində doğulmasına dəlalət edir. Məhkəmə tərəfindən cavabdehə sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli 05/Q-230 nömrəli məktubdan məlum oldu ki, əvvəlki illərin doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər məhv edildiyindən X3 doğum haqqında tibbi şəhadətnaməsi Cavabdehndə saxlanılmır. Bundan başqa, doğum akt qeydinin 20-ci bəndində "Məlumat verənin soyadı, adı, atasının adı və imzası" bəndində uşağın anası olan İddiaçı deyil, Məmmədova Validə adlı şəxs yazılmışdır. Bu isə İddiaçı həmin doğum akt qeydinin tərtib olunması üçün Yevlax Rayon Vətəndaşlıq X2 Şöbəsinə müraciət etmədiyini təsdiq edir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, X3 doğumunun Yevlax Rayon Vətəndaşlıq X2 Şöbəsi tərəfindən qeydə alınması və onun adına xx.xx.2003-cü il tarixli AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə"nin verilməsi qanunsuz olmuşdur. Bu səbəbdən də iddia təmin olunmalı, həmin doğum akt qeydinin ləğv olunması və "Doğum haqqında şəhadətnamə"nin etbarsız hesab edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2003-cü il təvəllüdlü qızı X3 Yevlax şəhərində doğulmasına dair Yevlax Rayon Vətəndaşlıq X6 Qeydiyyatı Şöbəsində xx.xx.2003-cü ildə tərtib edilmiş 470 nömrəli doğum akt qeydinin ləğv edilməsi və həmin akt qeydi əsasında X3 adına verilmiş AZ-İ seriyalı 356902 nömrəli "Doğum haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar