Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-618/2020 04.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mərhum oğlu X2 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh Başçısının Aparatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X3 şəhid adının və statusunun verilməsinin Cavabdeh Başçısının Aparatı Yevlax şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.06.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum oğlu X2 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.06.2020-ci il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X5 müharibənin qızğın dövründə 1993-cü ildə könüllü olaraq müdafiə batalyonunda Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Erməni işğalçılarının qarşısını alarkən Füzuli rayonunun kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə 17 iyul 1993-cü ildə şəhid olmuşdur. Hesab edir ki, məhkəmə bu işlərə obyektiv qiymət verəcək. Ona görə də məsələlər həllini məhkəmə qaydasında görür. Oğlu mərhum X2 şəhid olması ilə əlaqədar heç bir güzəşt və imtiyazlardan istifadə edə bilmir. Cavabdehin etirazının dəlilləri: İddiaçı oğlu Ramiz Şahmalızadənin Cavabdeh tərəfindən Fizuli rayonuna torpaqlarımızın ərazi bütövlüyü uğrunda ermənilərlə döyüşə göndərilməsi barədə Şəhər İcra Hakimiyyətində heç bir sənəd və məlumat yoxdur. İddiaçı bu barədə 2019-cu ilin dekabr ayında Cavabdehnə müraciət etmiş, onun müraciətinə iştirakı ilə baxılmış rəsmi cavab verilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının oğlu Ramiz Şahmalızadənin ölməsinin səbəbini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi, həkim arayışı və tibbi şəhadətnamə olmadığı üçün Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazilər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8-ci bölmə 8.5-ci bəndinin tələblərinə uyğun olaraq ölüm haqqında məlumat akt kitabında qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ərizəçi İddiaçı oğlu X2 17 iyul 1993-cu ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt Yevlax rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli (İş № 2 (039)- 874/2019) qətnaməsi ilə təsdiq edilib. Yevlax rayon Məhkəməsinin X1 17 iyul 1993-cü il tarixdə vəfat etməsi faktı təsdiq edilib. Onun Füzuli rayonunda, ermənilərlə döyüş zamanı, güllə yarası və ya minaya düşərək ölməsi və şəhid olması barədə heç bir rəsmi məlumat yoxdur. Yuxarıda qeyd edildiyi kimi Cavabdehndə X2 Fizuli rayonuna erməni təcavüzkarları ilə döyüşə göndərilməsi, onun orada şəhid olması barədə heç bir rəsmi məlumat, sənəd və istinad olunacaq sübut yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, İV-ЖГ seriyalı 401685 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, AZ-İİ seriyalı 006783 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh 14.01.2020 tarixli 113 nömrəli məktubu, Yevlax rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli 2(039)-874/2019 nömrəli qətnaməsi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 26.11.2019-cu il tarixli 1/S- 16794 nömrəli məktubunun surəti, SHXÇDX-nin Yevlax rayon şöbəsinin 10.04.2019-cu il tarixli 322 nömrəli məktubunun surəti, 28.11.2019-cu il tarixli 4464 nömrəli arayışın surəti, Cavabdeh Başçısının 28.02.2020-ci il tarixli 674 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu mülki vətəndaş olduğundan hazırki tələbə məhz Cavabdeh cavab verməli inzibati orqandır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30.12.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Göründüyü kimi istər Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. İşdə olan Cavabdeh Başçısının 28.02.2020-ci il tarixli 674 nömrəli etirazından görünür ki, İddiaçı oğlu Ramiz Şahmalızadənin Cavabdeh tərəfindən Fizuli rayonuna torpaqlarımızın ərazi bütövlüyü uğrunda ermənilərlə döyüşə göndərilməsi barədə Şəhər İcra Hakimiyyətində heç bir sənəd və məlumat yoxdur. İddiaçı bu barədə 2019-cu ilin dekabr ayında Cavabdehnə müraciət etmiş, onun müraciətinə iştirakı ilə baxılmış rəsmi cavab verilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının oğlu Ramiz Şahmalızadənin ölməsinin səbəbini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi, həkim arayışı və tibbi şəhadətnamə olmadığı üçün Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazilər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8-ci bölmə 8.5-ci bəndinin tələblərinə uyğun olaraq ölüm haqqında məlumat akt kitabında qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. İşdə olan Yevlax rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli 2(039)-874/2019 nömrəli Qətnaməsindən görünür ki, X2 17.07.1993-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt təsdiq edilmişdir. Lakin Fizuli rayonuna döyüşə göndərilməsi, onun orada şəhid olması barədə heç bir rəsmi məlumat, sənəd və istinad olunacaq sübut yoxdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mərhum oğlu X2 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-618/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-618/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver