Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-62/2020 03.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçıoğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,02 ha hissəsinə münasibətdə, onun əsasında 19 noyabr 2007-ci il tarixdə **********61 reyestr nömrəli qeydə alınmış çıxarışın həmin hissədə ləğv edilməsi, JN 299 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 5,53 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq məhkəmə müəyyən etdi: İddiaçıoğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,02 ha hissəsinə münasibətdə, onun əsasında 19 noyabr 2007-ci il tarixdə **********61 reyestr nömrəli qeydə alınmış çıxarışın həmin hissədə ləğv edilməsi, JN 299 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 5,53 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 22.01.2020-ci il tarixli ərizə təqdim edərək iddiasının baxılmamış saxlanmasını xahiş etmiş, bundan sonra 31.01.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək hazırki iddasını geri götürdüyünü bildirərək, iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-cı maddəsini rəhbər tutaraq, qərara aldı: İddiaçıoğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,02 ha hissəsinə münasibətdə, onun əsasında 19 noyabr 2007-ci il tarixdə **********61 reyestr nömrəli qeydə alınmış çıxarışın həmin hissədə ləğv edilməsi, JN 299 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 5,53 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-62/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-62/2020
03.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver