Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-62/2021 23.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X19, X6, X7) “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi əvvəllər iddiaçının mərhum atası X14 adına dövlət qeydiyyatına alınmış, Ə.Namazov vəfat etdikdən sonra ev iddiaçının anası X8 adına keçmişdir. İddiaçının anası vəfat etdikdən sonra isə anasından qalmış mirası İddiaçı və qardaşı Firidun Namazov qəbul etmişdir. İddiaçının anasının vəfatından sonra qardaşı Firidun Namazov iddiaçının razılığı olmadan qeyd olunan ünvanda yerləşən torpaq sahəsini qanunsuz olaraq özünün və ailə üzvlərinin adına keçirmişdir. Bu barədə ona JN-3758A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də verilmişdir. Lakin heç bir əsas olmadan iddiaçının adı həmin şəhadətnaməyə daxil edilməmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Əcəmi küçəsi 8 nömrəli ünvanda yerləşən həyətyanı torpaq sahəsi JN-3758A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9, X1 və X2 mülkiyyətinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-3758A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi, şəhadətnamə Yevlax rayon AİK-nın 17 fevral 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə verilmiş və həmin qərar hal-hazırda qüvvədə olmaqla tələbkara münasibətdə ləğv və ya hər hansı bir düzəlişin aparılmasına yol verilmir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 14 dekabr 2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vahid daşınmaz əmlak kimi “JN-3758A KOD- 90101002” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 26 iyul 1994-cü il tarixli 2116A qeydiyyat vəsiqəsinə əsasən 13 avqust 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində fərdi yaşayış evi tam olaraq X9, torpaq sahəsi isə ailə üzvlərinin adına ümumbirgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hesab edilir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı bundan əvvəllər də oxşar “X9 və ailə üzvlərinin adına verilmiş çıxarışın ləğvinə dair” iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. X31 İqtisadi Məhkəməsi 04 oktyabr 2017-ci il tarixli 2-1 (84)-1449/2017 saylı qərardadı ilə İddiaçı iddia tələbini rədd etmişdir. Eyni zamanda İddiaçı eyni məzmunlu tələblə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. X23 Məhkəməsinin Mülki Kollegiyası iş üzrə cavabdeh X9 apellyasiya şikayətini qismən təmin edərək, Yevlax Rayon Məhkəməsinin qətnaməsini “13 avqust 2015-ci il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsinin təmin edilməsi” hissəsində ləğv edərək həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə, yəni çıxarışda qeydin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxslər tərəfindən iddia tələbinə münasibətdə qeyd olunur ki, üçüncü şəxslər iddia tələbini qəbul etmir. İddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Onların mülkiyyət hüququ JN 3758A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Həmin şəhədətnamənin verilməsinə əsas Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarıdır. Sonuncu qərarla Respublikada torpaq islahatı gedən zaman subyektlərin, torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısı dəqiqləşdirilmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı qəbul edilərkən İddiaçı adı siyahıya salınmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı adının islahatın nəticələrinə uyğun olaraq siyahıya alınması üçün müraciət etməmişdir. Bununla da iddiaçı bütün hallarda tələbi iddia müddətini ötürülməklə irəli sürülmüşdür. Üçüncü şəxslər hesab edirlər ki, Respublikada torpaq islahatı gedən zaman Aqrar İslahat Komissiyasının qərarı ilə torpaqdan pay almaq hüququ olmayan şəxsin - İddiaçı adı JN3758A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə subyektlər sırasına əlavə edilə bilməz. Hərgah, iddiaçı Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarını mübahisələndirmək iddiasında olsa belə, həmin halda da iddia müddətini İddiaçı ötürmüşdür. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)- 214/2018 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X16 cavabdehlər DƏDRX-nin Yevlax Ərazİ İdarəsinə, X10, X3 və X5 qarşı “DƏDRX-nin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 80 kv.m olan mənzilin tam olaraq cavabdeh X11, bu ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1, X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsindən həmin iş üzrə cavabdehlər X17, X6 və X12 tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(107)-2412/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsi qismən, yəni ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1, X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli********** nömrəli qeyd etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(107)- 2412/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli qətnaməsi ilə Yevlax Rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 2-B-125 reyestr nömrəli 25 iyul 1994-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasi Məhkəməsinin 11.08.2016-cı ilə tarixli qətnaməsi və Ali Məhkəmənin 26.12.2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 05.02.2020-ci il tarixli 2-1(116)-544/2020 nömrəli qərardadı ilə X19, X6, X7 iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 13.08.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam pay X9, 0.05 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə X9, X1 və X2 mülkiyyətindədir. İş materiallarında olan JN-3785A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.05 ha həyətyanı torpaq sahəsi X9, X1 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 25.07.1994-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 04.03.1991-ci ildə ölmüş X13 vərəsəsi oğlu X15r. Miras əmlak ünvan 2 ünvanında yerləşən 1964-cü ildə tikilmiş ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 80 kv.m olan üç otaqlı yaşayış evindən ibarətdir. Qeyd olunan vərəsəlik işinə əsasən 26.07.1994-cü ildə “Qeydiyyat şəhadətnaməsi” tərtib edilmiş, 2116A nömrəli reyestr kitabına 03 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Yevlax şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 3758-ci sırada iş üzrə üçüncü şəxslərin adları qeyd edilmiş, üç nəfər ailə tərkibi olmaqla qanuni istifadələrində 0.0483 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli iclasının qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Yevlax şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsi hesab nömrəsi 91 olan təsərrüfatbaşına kitabından görünür ki, ünvan 2 ünvanında X19 1968-ci ildən, onun arvadı Ziyafət Namazova 1974-cü ildən, oğlu Elsevər Namazov 1976-cı ildən, gəlini Aytən Namazova 2002-ci ildən, bacısı İddiaçı isə 1968-ci ildən yaşayır. Təsərrüfatbaşına kitabında İddiaçı 2016-cı ildə Bakıya getdiyi qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 14.12.2020-ci il tarixli arayışda qeyd edilir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi üzərində vətəndaş X9 və ailə üzvlərinin mülkiyyət hüquqları 13 avqust 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlər aşağıdakılardır:
1. JN-3758A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
2. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair, mülkiyyətçi X9 adına tərtib edilmiş 26 iyun 1994-cü il tarixli, 2116A qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi. Əlavə olaraq qeyd edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində vətəndaş X9 mülkiyyət hüquqları Yevlax şəhər 1 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 2-B-125 reyestr nömrəli 25 iyun 1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədə əsasən idarənin elektron xəritə baza məlumatlarında “x” və “y” koordinatlarını, sahəsini, təyinatını, statusu yerində baxış keçirilərək müəyyən olunmuşdur. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Yaşayış məntəqələrinə aiddir, xüsusi mülkiyyət hüququ üzrə X9 və ailə üzvlərinin adına 13 avqust 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 məhkəməyə 17.07.2021-ci il tarixli, AZ6600/********** nömrəli teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir (adı çəkilən Əsasnamənin 11 və 13-cü bəndləri). Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman iddiaçı həmin təsərrüfatda qeydiyyatda olmuş və həmin təsərrüfatla hüquqi bağlılığı mövcud olmuşdur. Bunun əksini sübut sənəd və ya dəlil mövcud deyil və məhkəməyə təqdim olunmamışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə İddiaçı adının daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə İddiaçı adının daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov