Məhkəmə qərarları › İş №2-1(116)-62/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-62/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-62/2022 27.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi Hacı-X4, üçüncü şəxslər X32 və X20, üçüncü şəxs X8 nümayəndəsi X14 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli, 22 nömrəli iclas protokolu ilə verilmiş Zəyəm bələdiyyəsinin xx.xx.2001-ci il tarixli aktı ilə təhkim edilmiş faktiki istifadələrində olan 1.20 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon YAİK-nin qərarlarının icrasını, istifadəsində olan torpaq sahələrinə çıxarışların verilməsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 2-1(116)-62/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X32, X15, X33, X26 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçılar tələbi dəqiqləşdirərək “Qax rayonu Zəyəm kənd YAİKnın xx.xx.2001-ci il tarixli, 22 nömrəli iclas protokolu ilə verilmiş Zəyəm bələdiyyəsinin xx.xx.2001-ci il tarixli aktı ilə təhkim edilmiş faktiki istifadələrində olan 1.20 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçılar, tələbini aşağıdakı kimi əsaslandırmışlar: - Qax rayon AİK-nın və xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən ailə üzvlərinə 3.33 ha pay torpaq sahəsi verilmişdir. Səhvən AİK-nın qərarına onların adı torpaq alacaq subyektlərin siyahısına salınmamışdır. X52 İslahat komisiyasmın 3 avqust 2001-ci il rarixli qərarına əsasən istifadələrinə 1.60 ha torpaq sahəsi verilmişdir. Lakin YAİK-nın qərarı icra edilməmişdir. Sadəcə DT və XK-sinin Qax rayon şöbəsi üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də hazırkı mübahisə yaranmışdır. DT və XK-sinin Qax rayon şöbəsi Dövlət aktlarında lazımı və zəruri düzəlişlər etməmişdir. YAİK-rı 1996-cı ildə yaradılmış və 2005-ci il tarixdə ləğv edilmişdir. Onlara isə həmin torpaq sahəsi 2001-ci il tarixdə verilmişdir. Hesab edirlər ki, YAİK-nın müvafiq qərarı icra edilməlidir. Cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etsələr də nəticəsi olmamış, müraciətləri cavabsız qalmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Zəyəm kəndində yerləşən 3.33 ha orpaq sahəsinə X16, X21, X10, X22 və X11 adlarına kod 40307018, JN-0130 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 130-cu sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi göstərilməmişdir. Həmçinin İddiaçı1 və X12 torpaq verilməsi barədə yerli aqrar islahat komissiyasının qərarı, rayon aqrar islahat komissiyasının qərarı, torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən, həmçinin qeyd olunan təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və təsdiqləyici sənədlər müraciətə əlavə edilmədiyindən verilməli olan torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamış, bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İddiaçılar məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdilər. İşdə olan, Qax rayon Zəyəm bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 20 nömrəli arayışında qeyd edilmişdir ki, torpaqlar üzərində islahat aparılan zaman Zəyəm kənd sakinləri İddiaçı2 və İddiaçı1 səhvən torpaq sahəsi ayrılmamışdır. 2001-ci ildə Yerli İslahat Komissiyasının qərarına əsasən mərhum X2 artıq hesablanmış 1.60 ha torpaq sahəsi götürülərək İddiaçı2 və İddiaçı1 verilmişdir. İşdə olan, Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş, Qax rayon Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli 22 №li iclas protokolundan arxiv çıxarışından görünür ki, texniki səhv üzündən torpaq payı alacaq subyektlər siyahısına düşmədiyindən Zəyəm kənd sakini X27 və 1995-ci il təvəllüdlü oğlu İddiaçı1 bölgüyə getməmiş ehtiyat torpağından iki nəfərin pay normasına uyğun 1.60 hektar /əkin sahəsindən/ torpaq sahəsinin verilməsi və həmin qərarın təsdiqinin Qax rayon Aqrar islahat komissiyasından xahiş edilməsi qərara alınmışdır. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş Qax rayonu Zəyəm kəndi üzrə (“R.Məmmədov” təsərrüfatı) pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarışdan görünür ki, iddiaçıların adları torpaq payı verilməli olan subyektlər siyahısında qeyd edilmiş, lakin, ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İşdə olan, JN-130, KOD 40307018 nömrəli Dövlət Aktından görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən X17, X24, X13, X25 və X3 təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.33 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən və ona əlavə edilmiş yeruquruluşu planından görünür ki, iddia olunan torpaq sahəsi 1.20 ha olub, DWG (təsərrüfatın kompleks yeruquruluşu layihə xəritəsi) faylına əsasən kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətə aid (X19 və ailə üzvlərinin JN-200/5.29 ha) torpaq sahəsi ilə üst-üstə düşür, faktiki İddiaçı1 tərəfindən istifadə olunur. İşdə olan, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli **********38 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışın, A662456 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi TEKUİS baza məlumatlarında göstərilən JN 200 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 3.66 ha sahəsi, JN 130 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 1.16 ha sahəsi, JN 201 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 0.47 ha torpaq sahəsi ilə üstüstə düşür. İddia olunan torpaq sahəsi TEKUİS baza məlumatlarına əsasən JN 200 nömrəli Dövlət Aktı və A662456 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin yerləşdiyi koordinatların bir hissəsi ilə (3.69 ha) üst-üstə düşür. İşdə olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Qax rayonu Zəyəm kəndində yerləşən 5.2904 ha torpaq sahəsi üzərində X32nun 2/6 hissə, X15, X33, X26 və X5 hər birinin 1/6 hissə pay olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən X7 5 nəfər ailə üzvü ilə birlikdə 3.33 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN- 130 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçıların adları texniki səhv üzündən torpaq payı alacaq subyektlər siyahısına düşmədiyindən Qax rayon Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli 22 №-li iclas protokolunun qərarı ilə onlara bölgüyə getməmiş ehtiyat torpağından iki nəfərin pay normasına uyğun 1.60 hektar əkin sahəsindən torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan pay torpaq sahəsi verilmiş subyektlər siyahısında iddiaçıların adları qeyd edilsə də, verilməli olan torpaq sahəsinin yeri konkret olaraq müəyyən edilməmiş, istinad olunan Qax rayon Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli 22 №-li qərarında isə iddiaçılara verilməli torpaq sahəsinin bölgüyə getməmiş ehtiyat torpağından ayrılmalı olduğu qeyd edilmişdir. Hazırda iddiaçılar tərəfindən 1.20 ha torpaq sahəsi faktiki olaraq istifadə olunur və iddiaçılar faktiki istifadə etdikləri torpaq sahəsinin onlara Zəyəm kənd YAİK-nın xx.xx.2001ci il tarixli 22 №-li iclas protokolunun qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu bildirirlər. Lakin, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçıların faktiki istifadəsində olan 1.20 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli **********38 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışın, A662456 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə və həmin sənədin hazırlanmasına əsas olmuş, JN 200 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. Mütəxəssis rəyində A662456 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin TEKUİS baza məlumatlarında göstərilən JN 200 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 3.66 ha sahəsi, JN 130 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 1.16 ha sahəsi, JN 201 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, JN 130 nömrəli Dövlət X1 5 nəfər ailə üzvü ilə birlikdə 3.33 ha torpaq sahəsinə verilmiş sənəddir və iddia olunan torpaq sahəsindən kənarda yerləşir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, TEKUİS-ə məlumatlar faktiki istifadəçilər nəzərə alınmaqla daxil edildiyindən və iddia olunan torpaq sahəsindən iddiaçılar faktiki istifadə etdiyindən ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 5.29 ha torpaq sahəsinin 1.16 ha hissəsi JN 130 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə üst-üstə düşmə kimi qeydə alınmışdır. Faktiki olaraq isə iddia olunan torpaq sahəsi üçüncü şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 5.29 ha torpaq sahəsinin hüdudları daxilindədir və xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar faktiki istifadələrində olan 1.20 ha torpaq sahəsinin Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli 22 №-li qərarı ilə onlara ayrıldığını iddia edirlərsə hüquqi maraqlarına uyğun olaraq ilk növbədə həmin torpaq sahəsinə dair tərtib edilmiş ilkin sənəd olan JN-200 nömrəli Dövlət Aktını 1.20 ha torpaq sahəsinə aid hissədə mübahisələndirməli, həmin sənədin ləğvinə nail olduqdan sonra JN- 200 nömrəli Dövlət Aktı əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışı 1.20 ha torpaq sahəsinə aid hissədə mübahisələndirməli və qaldırılmış iddialar müsbət həllini tapdıqdan sonra, Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli 22 №-li qərarına istinad etməklə faktiki istifadələrində olan 1.20 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana, müraciətləri təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) isə müvafiq tələblə məhkəməyə müraciət etməlidirlər. Yəni, iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, JN-200 nömrəli Dövlət Aktı və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış 1.20 ha torpaq sahəsinə aid hissədə ləğv olunmadan hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir . Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçılara izah edilərək, onların dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Zəyəm kənd YAİK-nın xx.xx.2001-ci il tarixli, 22 nömrəli iclas protokolu ilə verilmiş Zəyəm bələdiyyəsinin xx.xx.2001-ci il tarixli aktı ilə təhkim edilmiş faktiki istifadələrində olan 1.20 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar