Məhkəmə qərarları › İş №2-1(116)-620/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-620/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-620/2024 08.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1i ünvanında yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “ünvan 1i ünvanında yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-620/2024 nömrəli qərardadı ilə Oğuz rayon Qumlaq Bələdiyyəsi oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Oğuz rayon Qumlaq kəndində yerləşən həyətyanı torpaq sahəsinə mərhum X1 adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. 17 avqust 2023-cü il tarixli 3-21-3-42/2-3896/2023 nömrəli məktubla imtina verilmişdir. Həmin imtinanın əsası kimi Oğuz rayonunun Qumlaq kəndində yerləşən həmin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri Oğuz rayon şöbəsinə təqdim etməli olduğu göstərilmiş,eyni zamanda dövlət rüsumu və xidmət haqqı ödəməli olduğu bildirilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Oğuz rayonu, Qumlaq kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedİci sənədlər tam təqdim etməmişdir. Eyni zamanda bildirmək istəyirik ki, İddiaçı vərəsəlik dairəsinin müəyyənləşdirilməsinə dair notariat kontorunun məktubu təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Oğuz rayon Milli Arxiv İdarəsinin 269 nömrəli xx.xx.2009-cu il tarixli arayışı.

3. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı.

4. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu.

5. Oğuz rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

6. Oğuz rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2897/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 1i üzrə Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X3 və ailə üzvlərinin adına 0.31 ha torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir. Digər tərəfdən mərhum X1 Qumlaq XDS İcraiyyə Komitəsinin 1969-1971-ci illərə aid 3 saylı “Təsərüfatbaşına kitab”ın 31-ci səhifəsində 132 nömrəli şəxsi hesab üzrə mərhum X1 adına 0.31 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1907-ci ildə tikilmiş ümumi sahəsi 40 kv.m, ikiotaqlı, yerdən tikilmiş yaşayış evi barədə qeyd vardır. Təqdim olunan mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,13 və 0,08 hektar torpaq sahələri, ünvan 1i ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən ünvan 1 inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası həyətyanı, mülkiyyət növü bələdiyyədir. Faktiki naturada ölçülmüş 0,13 hektar torpaq sahəsi X6 X7 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı, ümumi istifadədə olan bələdiyyə mülkiyyətidir. Faktiki naturada ölçülmüş 0,08 hektar torpaq sahəsi isə X6 X7 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı olan bələdiyyə mülkiyyətidir, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahələrinin daxilindən yol keçdiyinə görə iki hissədən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl iddiaçının anasının istifadəsində olmuş,Təsərrüfatbaşına kitaba əsasən müvafiq qeydiyyata alınmışdır.Lakin, torpaq sahəsinin faktiki ölçüsü ilə iddia olunan sahə arasında fərq vardır. Təqdim olunan mütəxəssis rəyindən göründüyü kimi faktiki olaraq naturada 0,21 ha torpaq sahəsi mövcuddur. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, ünvan 1ində yerləşən 0.21 ha torpaq sahəsinin (Qumlaq XDS İcraiyyə Komitəsinin 1969-1971-ci illərə aid 3 saylı “Təsərüfatbaşına kitab”ın 31-ci səhifəsində 132 nömrəli şəxsi hesabına uyğunlaşdırılaraq) hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar