Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-621/2020 15.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 qarşı "cavabdehlərin Mingəçevir şəhər M.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən birdəfəlik qeydiyyatdan çıxarılması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçıcavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 qarşı "cavabdehlərin Mingəçevir şəhər M.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən birdəfəlik qeydiyyatdan çıxarılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 06.04.2018-ci ildə Mingəçevir şəhər M.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,3 kv.m olan mənzili alqısatqı yolu ilə Cavabdeh1 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.04.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Məhkəmənin 04.02.2020-ci il tarixli məktubu ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nı, Cavabdeh4, X2 Mingəçevir Şəhər Polis Şöbəsi ilə əvəz etməsi təklif olunmuş və bunun üçün ona 20 gün müddət təyin edilmişdir. Məktub 13.02.2020-ci ildə ona çatdırılmış, lakin həmin müddət ərzində iddiaçı cavabdehi əvəz etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 qarşı "cavabdehlərin Mingəçevir şəhər M.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən birdəfəlik qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-621/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-621/2020
15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver