Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-622/2022 14.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron kabinetinə məktub ünvanlayaraq iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmasını və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Qulaqcıqarası çəpərin qüsuru, Qulaqcıqara çəpərin defekti Ağciyər arteriyasının stenozu üçtaylı qapağın çatışmazlığı lll-İV dərəcə.Əməliyyatdan sonrakı vəziyyət.ÜİX stenokardiyası İİİ f.sinif; Meyar: 2.3.2. Qan dövranı sisteminin xəstəlikləri => Ürək çatışmazlığı => Ürək çatışmazlığı => ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilərək əlillik altsisteminə daxil edilməsi barədə məlumat vermişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh orqan arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. İş materiallarında olan, cavabdeh orqanın xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron kabinetinə ünvanladığı məktuba qoşma kimi əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2 il müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizmin funksiyalarının pozulması 70 faiz müəyyən edilməklə əlillik təyin edilmişdir. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı – əlilliyin təyin edilməsinə nail olmaqdır. Cavabdeh orqan artıq həmin tələbi təmin etdiyindən, yəni İddiaçı iki il müddətinə əlillik təyin edildiyindən, işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-622/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-622/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver