Məhkəmə qərarları › İş №2-1(116)-624/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-624/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-624/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “Qoxmuq bələdiyyəsi tərəfindən ona satılmış və onun tərəfindən həmin 0.06 ha həyətyanı torpaq sahəsinin tamamilə dəyərinin Qoxmuq kənd bələdiyyəsinə ödənildiyini nəzərə alaraq həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan və ölçü haqqında sənədlərin hazırlanması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qoxmuq bələdiyyəsi tərəfindən ona satılmış və onun tərəfindən həmin 0.06 ha həyətyanı torpaq sahəsinin tamamilə dəyərinin Qoxmuq kənd bələdiyyəsinə ödənildiyini nəzərə alaraq həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan və ölçü haqqında sənədlərin hazırlanması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2014-cü ildə Qoxmuq kənd bələdiyyəsindən 0.06 ha həyətyanı torpaq sahəsi almışdır. İddiaçı həmin torpaq sahəsinin dəyərini tamamilə (420 manat) xx.xx.2015-ci il tarixdə Qoxmuq kənd bələdiyyəsinə Şəki “Kapital Bank” vasitəsi ilə ödəmişdir. Lakin 2014-cü ildən bu günədək həmin torpaq sahəsini reyestrdə qeydiyyata aldıraraq çıxarış əldə edə bilməmişdir. İddiaçı ərizə ilə torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçının tələbində qeyd etdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarının sərhədlərindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı kollu-örüş ərazidə yerləşməsi cavabdeh orqan tərəfindən müəyyən edilmişdir. Bu səbəblə də iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan iddia tələbinə münasibət məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı Qoxmuq Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli, 14 saylı iclas protokolunun qərarından çıxarışı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarının sərhədlərindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı “kollu-örüş” ərazidə yerləşdiyi məlum olduğundan və “Bələdiyyə torpaqlarının idarə edilməsi üzrə” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməsi nəzərdə tutulduğundan vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı torpaq sahəsini 2012-ci ildə bələdiyyədən aldığını qeyd edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan DTXK-nın xx.xx.2014-cü il tarixli 2340 nömrəli arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qoxmuq bələdiyyəsinin mülkiyyətinə aid olan 0.06 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması nəzərdə tutulmuşdur. İş materiallarında olan DTXK xx.xx.2014-cü il tarixli 2338 nömrəli mütəxəssis rəyinin surətində qeyd edilir ki, Qoxmuq bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 14 nömrəli Qərarı ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən həyətyanı məqsədi ilə hazırlanmış torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün ona “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədə müvafiqdir. İş materiallarında olan DTXK-nın xx.xx.2014-cü il tarixli 2339 nömrəli rəyinin surətindən müəyyən edilir ki, 0.06 ha torpaq sahəsi Qoxmuq bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Uqodiyası 3-cü keyfiyyət qrupuna aid olan 59 ballı örüş sahəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bələdiyyə öz aralarında torpaq sahəsinin iddiaçıya satılması barədə razılığa gəlmişlər. Hətta iş materiallarına əlavə edilən bank ödəniş qəbzinin surətindən də görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. Lakin torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı iş materiallarında aşkar edilməmişdir. İddiaçının istinad etdiyi Qoxmuq bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 14 saylı Qərarında 0.06 ha torpaq sahəsinin iddiaçıya satılması nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilən həmin Qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, sözügedən qərar ev tikintisi məqsədi ilə torpaq sahəsi üzərində bələdiyyə hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “Qoxmuq bələdiyyəsi tərəfindən ona satılmış və onun tərəfindən həmin 0.06 ha həyətyanı torpaq sahəsinin tamamilə dəyərinin Qoxmuq kənd bələdiyyəsinə ödənildiyini nəzərə alaraq həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan və ölçü haqqında sənədlərin hazırlanması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar