Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-624/2021 04.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci illərdən Daxili işlər orqanlarında xidmətə başlamış, xidmətinə DYPİ-nin Şəki-Balakən tağımında YPM-vəzifəsindən başlamışdır. 1990-cı illərdə Erməni silahlı birləşmələrinin ölkəmizin ərazi bütövlüyünə silahlı hücumları zamanı Daxili işlər, Dövlət Təhlükəsizlik, Dövlət sərhəd xidmət və digər qurumlar mühafizə edirdilər. Həmin ildə xidmət etdiyi DYPİ tərəfindən 1991, 1992-ci illərdə torpaqlarmızın Erməni silahlı birləşmələrindən müdafiə etmək ücün onu və onunla eyni tağımda xidmət edən X1, X2 ilə birlikdə Ağdam rayonunun Abdalgülablı, Miləşelli kəndlərinə ezam edilmiş və döyüş əməliyyatlarında hər ezamiyyət zamanı 10, 15 günlük bir necə dəfə ayrı ayrı vaxtlarda ezamiyyətləri olmuşdur. Müvafiq vəsiqəsinin verilməsi bairədə DİN-nin Şəxsi Heyyətlə Baş İdarəsinə və DİN-nə mərkəzi arxiv idarəsinə arxiv arayışının verilməsi ücün müraciət etsə də qeyd olunan cavabda göstərilir ki, sizin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakınız barədə məlumat arxiv sənədlərində aşkar edilməmişdir. Lakin həmin ildə onunla eyni tağımda xidmətdə olan yuxarıda adlarını qeyd etdiyi şəxslərə Qarabağ müharibəsi adı və müvafiq vəsiqəsi verilmişdir. Hərbi qanunvericiliyə görə, hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya 02 mart 2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, iddia tələbinin “döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edilməsinə dair” hissəsi ilə bağlı ümumi məhkəmələrdə iddia qaldırmalıdır. İddia tələbinin “Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulmasına” dair hissəsi ilə bağlı izah olunmuşdur ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın imtina etməsi və ya müraciətinin cavabsız saxlanılması barədə müvafiq sənəd əlavə edilməmişdir. Qeyd olunan nöqsanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 11.03.2021-ci il tarixdə imza edilərək alınmış, lakin verilmiş müddət ərzində iddiaçı tərəfindən məktuba münasibət bildirilməmiş, nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia tələbinin “döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edilməsinə dair” hissəsi publik hüququn tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla tənzimləndiyindən iddiaçının yaşadığı yer üzrə ümumi rayon məhkəməsinə baxılmalıdır. İddia tələbinin “Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulmasına” dair hissəsində isə cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinası (yaxud müraciətin cavabsız saxlanması barədə sübut) iddia ərizəsinə əlavə edilmədiyindən hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-624/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-624/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver