Məhkəmə qərarları › İş №2-1(116)-625/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-625/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-625/2021 14.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı "pensiya ödənilməsinin dayandırılması və 10401,53 manatın geri ödənilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsinin qərarının ləğv olunması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: Yevlax rayonu Balçılı kəndində yaşayan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı "pensiya ödənilməsinin dayandırılması və 10401,53 manatın geri ödənilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsinin qərarının ləğv olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdeh artıq mövcud deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə daxil olmuş 01.02.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Belə olan halda, İddiaçı iddiasına cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialıdır. Ona görə də iddiaçı iddia ərizəsində cavabdeh kimi məhz həmin orqanı göstərməlidir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində ləğv olunmasını tələb etdiyi qərarın tarixini və nömrəsini göstərməmişdir. Məhkəmənin 01.04.2021-ci il tarixli məktubu ilə bu çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış və onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilərək, əks təqdirdə, iddianın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 09.04.2021-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı qeyd olunan çatışmazlığı aradan qaldırmamış və məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Bundan sonra məhkəmənin 03.05.2021-ci il tarixli məktubu ilə çatışmazlıqların aradan qaldırılması yenidən iddiaçıya təklif edilmiş və bunun üçün əlavə 10 gün müddət təyin edilərək, əks təqdirdə, iddianın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 21.05.2021-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı qeyd olunan çatışmazlığı yenə də aradan qaldırmamış və məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddia tələbini ona cavab verməli olan orqana qarşı vermədiyinə və məhkəmənin təklifinə baxmayaraq, bu çatışmazlığı aradan qaldırmadığına görə iddia mümkün sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçıya pensiyanın ödənişinin dayandırılmasına onun əlilliyinin etibarsız edilməsi səbəb olmuşdur. Belə olan halda, o, pensiyasının bərpasına nail olmaq üçün ilk növbədə əlilliyinin bərpasına nail olmalı və məhkəməyə iddianı bununla bağlı verməlidir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı "pensiya ödənilməsinin dayandırılması və 10401,53 manatın geri ödənilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsinin qərarının ləğv olunması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar