Məhkəmə qərarları › İş №2-1(116)-626/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-626/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-626/2020 07.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Pirəliyev Möhnət Gülməmməd oğlunun Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı "JN 336F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək “X7” adının “İddiaçı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Pirəliyev Möhnət Gülməmməd oğluna, X1, X4, Niyazzadə Məleykə Möhnət qızına və Niyazzadə Mədinə Möhnət qızına birlikdə Şəki rayonu Şəki kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,19 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40400068, JN 336F saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında paylı mülkiyyətçi kimi qeyd edilmiş X3 adının, soyadının və ata adının onun adı, soyadı və atasının adı kimi, yəni, İddiaçı kimi oxunulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ona, onun atası Pirəliyev Möhnət Gülməmməd oğluna, anası X1, bacıları Niyazzadə Məleykə Möhnət qızına və Niyazzadə Mədinə Möhnət qızına birlikdə Şəki rayonu Şəki kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüftı məhsullarının istehsalı üçün 3,54 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40400068, JN 0094 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ona, onun atası Pirəliyev Möhnət Gülməmməd oğluna, anası X1, bacıları Niyazzadə Məleykə Möhnət qızına və Niyazzadə Mədinə Möhnət qızına birlikdə Şəki rayonu Şəki kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 0,19 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40400068, JN 336F saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, 0,19 hektar pay torpaq sahəsi ilə bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40400068, JN 336F saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun soyadı, adı və atasının adı səhvən yazılmış, yəni “Niyazzadə Habil Möhnət oğlu” əvəzinə mexaniki olaraq səhvən “X7” kimi göstərilmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmiş, nəticədə tələbindən imtina edilmişdir. Bildirir ki, onların yaşadıqları Şəki rayonu, Şəki kəndində “X7” adlı adam yoxdur. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı etibarnamə üzrə saləhiyyətli nümayəndəsi Piralıyev Möhnət Gülməmməd oğlu məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək “JN 336F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək “X7” adının “İddiaçı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: Ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Şəki kəndində yerləşən 3.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Pirəliyev Möhnət Gülməmməd oğlu, X5, İddiaçı, Niyazzadə Məleykə Möhnət qızı və Niyazzadə Mədinə Möhnət qızının adlarına 3.54 ha torpaq sahəsinə kod 40400068, JN-0094 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.19 ha həyətyanı torpaq sahəsinə Pirəliyev Möhnət Gülməmməd oğlu, X5, X7, Niyazzadə Məleykə Möhnət qızı və Niyazzadə Mədinə Möhnət qızının adlarına kod 40400068, JN-336F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsus olduğundan vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasın xahiş etdi. İş materiallarında olan 467147 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, atası Pirəliyev Möhnət Gülməmməd oğlu, anası X2r. İş materiallarında olan Şəki şəhər İH başçısının Şəki kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 852 nömrəli arayışından müəyyən edilir ki, Şəki kənd sakini, ailə başçısı Pirəliyev Möhnət Gülməmməd oğlunun həyat yoldaşı X5, oğlu İddiaçı, qızı Niyazzadə Məleykə Möhnət qızı, qızı Niyazzadə Mədinə Möhnət qızı olmaqla ailə tərkibi vardır. İş materiallarında olan Şəki şəhər İH başçısının Şəki kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 852 nömrəli digər arayışından müəyyən edilir ki, Şəki rayonu, Şəki kənd sakini Pirəliyev Möhnət Gülməmməd oğlunun ailə tərkibində X7 şəxs yoxdur. Həmçinin Şəki kənd İƏD üzrə nümayəndəliyin ərazisində X7 adlı şəxs yoxdur və yaşamır. İş materiallarında olan JN-00xx xxx 40400068 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən müəyyən edilir ki, həmin Aktda Şəki rayonu AİKnın xx xxxxxx 1997-ci il tarixli 41 nömrəli qərarı ilə verilən 3.54 ha torpaq sahəsinin mülkiyyətçisinin ailə tərkibində İddiaçı adı qeyd olunmuşdur. İş materiallarında olan JN-336F KOD 40400068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin Şəhadətnamədə Şəki rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə verilən 0.19 ha torpaq sahəsinin mülkiyyətçisinin ailə tərkibində İddiaçı məlumatları əvəzinə X3 məlumatlları qeyd edilmişdir. İş materiallarında olan Şəki rayon AİK-nın sədrinin təsdiq etdiyi kənddə qeydiyyatda olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı adı ailə başçısı Pirəliyev Möhnət Gülməmməd oğlunun ailə üzvü olaraq həmin siyahıya daxil edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəki rayonu, Şəki kənd sakini Pirəliyev Möhnət Gülməmməd oğlunun ailə tərkibində X7 adlı şəxs yoxdur. Həmçinin Şəki kənd İƏD üzrə nümayəndəliyin ərazisində X7 adlı şəxs yoxdur və yaşamır. O heç vaxt Şəki kəndinin sakini olmamışdır və islahat keçirilən zaman orada yaşamamışdır. Ona görə də onun adının şəhadətnamədə qeyd edilməsi yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən qanuni hesab oluna bilməz. Həmin dövrdə qeyd olunan şəhadətnaməni vermiş inzibati orqan qanunvericiliyin tələblərini pozaraq Şəki kəndinin sakini və Pirəliyev Möhnət Gülməmməd oğlunun ailə üzvü olmayan X3 adını mülkiyyət hüququna dair şəhadətnamədə qeyd etməklə səhv etmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan şəhadətnamədə düzəliş edilərək “X7” adının “İddiaçı” kimi qeyd edilməsiöhdəliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinin hüquqi varisi olan hazırki cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 üzərinə JN 336F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş edilərək “X7” adının “İddiaçı” kimi qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar