Məhkəmə qərarları › İş №2-1(116)-626/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-626/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-626/2022 31.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı hüquq varisi – Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddətinin sonu ilə 01 mart 2021-ci il tarixdə azad edilmiş, lakin xx.xx.2021ci il tarixədək Volkovısk RDİŞ MST-da saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı Belarusiya Respublikasından deportasiya edilmiş, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə daimi yaşayış yeri üzrə 3 ay müddətində qeydiyyata alınmışdır. İddiaçı, xx.xx.2021-ci il tarixdən sonra Belarusiya Respublikasında məcburi qaydada saxlanıldığını və Azərbaycan Respublikasına qayıtdıqdan sonra 3 ay ərzində daimi yaşayış yeri üzrə qeydiyyata alındığını əsas gətirərək cavabdeh orqana sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətin ödənilməsi üçün müraciət etmiş, cavabdeh orqan iddiaçının cəza çəkməkdən xx.xx.2021-ci il tarixdə azad edilməsinə baxmayaraq 3 ay müddətində daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Belarus Respublikası DİN Qrodno vilayətində Cəzaların İcrası Departamenti İslahedici Müəssisə “11 saylı İslahedici koloniya”-nın xx.xx.2021-ci il tarixli, 29/4/1X-79 №li “İddiaçı cəzasının bitməsi haqqında” arayışında aşağıdakı məlumatlar qeyd edilib: İddiaçı, xx xxxxxx 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluqdan əvvəl, Vitebsk vilayəti, Polotskiy rayonu, Panşeviçi kəndi, Zapadnaya küçəsi 7,. 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr rayon məhkəməsi tərəfindən məhkum edilib, Belarus Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin 1.410 -cu hissəsinin, 1, 75-ci hissəsinin, 1,73-cü hissəsinin, 6-cı hissələrinə əsasən 5 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, ciddi rejimli cəza çəkməklə 4 il 2 gün müddətinə azadlıqdan məhrum edilib. Mogilyov vilayətinin Məhkəməsi Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə Belarus Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin, 1.73-cü hissəsinin, 6-cı hissəsi istisna edilib. Belarus Respublikası Cinayət Məcəlləsinin 410-cu maddəsinin 1-ci hissəsinə əsasən, cəzanın müddəti 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzanın gücləndirilmiş rejimdə çəkilməsidir. Cəza müddətinin başlanğıcı: 01 sentyabr 2017-ci il. Cəza müddətinin sonu: 01 mart 2021-ci il. 28 aprel 2018-ci il tarixində 4 saylı cəzaçəkmə müəssisəsindən 11 saylı İslahedici koloniyaya gəlib. Cəza çəkildikdən sonra xx.xx.2021 -ci il tarixində azad edilib. Gedib: Vətəndaşlıq və X2 DİŞ (Belarus Respublikasından kənara deportasiya) - Volkovısk RDİŞ VMŞ-nın xx.xx.2021-ci il tarixli 241 №-li arayışında iddiaçının xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Volkovısk RDİŞ MST-da saxlanması barədə məlumatlar öz əksini tapmışdır. - iddiaçının sənəd məlumatları barədə AZEMİS-dən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının ünvanı ünvan 1mə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi qeyd edilmişdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə ilə cəzasına məhkum edilmiş, cəza çəkildikdən sonra xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Bundan sonra iddiaçı Belarus Respublikasından kənara deportasiya edilməsi məqsədilə Volkovısk RDİŞ MST-da xx.xx.2021-ci il tarixədək saxlanılmışdır. Yəni, iddiaçı xx.xx.2021-ci il tarixdə cəza çəkildikdən sonra azad edilməsinə baxmayaraq, Belarus Respublikasında onun iradəsindən kənar olaraq qalmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublkası ərazisinə deportasiya edildikdən sonra yuxarıda istinad olunan Qanunun tələblərinə uyğun Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış və yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Belə ki, işdən görünür ki, iddiaçıya Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyata düşməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hər bir halda iddiaçının Belarus Respublikasından kənara deportasiya edildikdən sonra Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda istinad olunan Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş, cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət iddiaçının cəzadan azad edildiyi xx.xx.2021-ci il tarixdən deyil, onun Volkovısk RDİŞ MST-da məcburi qaydada saxlanıldığı və xx.xx.2021-ci il tarixdə deportasiya edildiyi gündən hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar