Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-627/2021 03.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdehlər X4 və X1, Oğuz rayon Bələdiyyəsinə qarşı “qadın olduğunu, himayəsində 2 psixo-nevroloji ata-anasız xəstələrin olmasını, 15.000 (on beş min) manat maddi zərər dəyəcəyini nəzərə alaraq və Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq cavabdehlərdən torpaq sahəsindən istifadə etməyinə maneə olmaması, əks halda çəkdiyi 15.000 (on beş min) manat xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X4 və X1, Oğuz rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qadın olduğunu, himayəsində 2 psixo-nevroloji ata-anasız xəstələrin olmasını, 15.000 (on beş min) manat maddi zərər dəyəcəyini nəzərə alaraq və Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq cavabdehlərdən torpaq sahəsindən istifadə etməyinə maneə olmaması, əks halda çəkdiyi 15.000 (on beş min) manat xərcin qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Cavabdehnə rəsmi ərizə ilə müraciət edərək aqrar-islahatla əlaqədar mülkiyyətinə verilmiş torpaq sahəsinə bitişik olan əkin üçün tam yararsız daşlıq ərazidən icarəsinə torpaq sahəsi verilməsini xahiş etmişdir. Müraciəti əsasında Oğuz Bələdiyyəsi ona Oğuz-Qışlaq ərazisindəki "Qan yeri" adlanan sahədən fındıq bağına bitişik 0.42 hektar torpaq sahəsi ayıraraq istifadəsinə vermişdir. Bununla bağlı akt tərtib edilmişdir. O, ailə üzvləri ilə birgə vəsaitin və ailə büdcələrinin hesabına həmin ərazini kolluq və daşlıqdan təmizləmiş, çökək hissələri doldurmuş, və əraziyə yol çəkdirmişdir. Oğuz Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini və kolluqdan təmizlənməsi, ərazidəki xırda ağacların kəsilməsi üçün əraziyə baxış keçirməyə X5 və Təbii Sərvətlər İdarəsinin mütəxəssislərini dəvət etmişdir. Həmin idarənin mütəxəssisləri əraziyə gəlmiş, baxış keçirmiş və ərazinin istifadəsinə verilməsinə, kol-kosdan təmizlənməsinə razılıq vermişdir. Bundan sonra Oğuz Bələdiyyəsində 15.03.2004-cü il tarixində torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə Oğuz Bələdiyyə sədrinin, X5 və Təbii Sərvətlər idarəsinin rəis müavininin və özünün iştirakı ilə akt tərtib edilmiş və torpaq sahəsi yerində ona təhvil verilmişdir. O, 2019-cu ilin aprel ayına qədər yəni 15 il həmin torpaq sahəsindən müstəqil və heç bir maneə olmadan istifadə etmiş, xərc çəkib fındıq sahəsi salmışdır. Bu illər ərzində həm də demək olar hər il rəsmi qaydada torpağın adına sənədləşməsi üçün Cavabdehnə müraciət etmişdir. Bundan başqa müvafiq aidiyyati orqanlara da torpaq sahəsinin adına sənədləşdirilməsi üçün dəfələrlə müraciət etmişdir. O, yuxarıda qeyd etdiyi kimi torpaq sahəsini hazırki vəziyyətə gətirilməsindən ötrü 15.000 (on beş ) min manat pul xərcləmişdir. 2018-ci ilin aprel ayında X4 və X2 yəni hazırki cavabdehlər ona müraciət edərək istifadə etdiyi bağ sahəsinin bələdiyyə tərəfindən onlara verildiyini bildirmiş və ərazidən çıxmağını tələb etmiş və torpaq sahəsindən istifadə etməyinə mane törətməyə başlamışlar. O, bu burədə Cavabdehnə, başqa aidiyyəti təşkilatlara müraciət etmiş və kömək etmələrini, cavabdehlərin ona mane olmalarının aradan qaldırılmasını xahiş etmişdir. Bütün təşkilatlar məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. O, bu barədə iddia ərizəsi ilə Oğuz rayon Məhkəməsinə müraciət etmiş və cavabdehlərin torpaq sahəsindən istifadəsinə mane olmamaları barədə qətnamə çıxarmalarını xahiş etmişdir. Həmin mülki işə Oğuz rayon Məhkəməsi 12.10.2020-ci il tarixində baxaraq iddiamın təmin edilməməsi ilə bağlı Qətnamə çıxarmışdır. Amma o, bu qətnaməni qərəzli hesab edir və həmin qətnamədən narazı qaldığından Şəki İnzibati Məhkəməsinə müraciət etmək zərurətində qalmışdır. Məhkəmə tərəfindən iddiaçıya 02 mart 2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, fiziki şəxs olan hazırkı cavabdehlərə (X4 və X3) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin qeyd olunmuşdur ki, iddia ərizəsi İPM-nin 46.1.1-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş (ərizənin verildiyi məhkəmənin adı konkret olaraq göstərilməmişdir), eyni zamanda iddia ərizəsinin məzmunundan da tələbinin yönəldiyi məhkəməni müəyyən etmək mümkün olmamışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya izah olunmuşdur ki, Oğuz Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(054)-212/2020 saylı qətnaməsindən narazı qaldığı halda Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Cavabdehlərə qarşı “15.000 manat çəkilən xərclərin qaytarılması barədə” iddia tələbi isə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsində iddia qaldırmalıdır. Qeyd olunan nöqsanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 05.03.2021-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin verilmiş müddət ərzində iddiaçı tərəfindən məktuba münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərə (torpaq sahəsindən istifadə etməsinə cavabdehlərin mane olmaması, əks halda çəkdiyi 15.000 (on beş min) manat xərcin qaytarılması) mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(054)- 212/2020 saylı Qətnaməsindən görünür ki, İddiaçı Cavabdehin tərəfində mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər X4 və X1 qarşı Oğuz şəhəri ərazisində yerləşən, özünün yaratdığı bağ sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməmişdir. İddiaçıya izah edilir ki, müvafiq iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından qanunvericiliklə müəyyən edilmiş müddət daxilində Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. İddia tələbinin “əks halda çəkdiyi 15.000 (on beş min) manat xərcin qaytarılması” ilə bağlı hissəsinə münasibətdə isə aidiyyət qaydalarına uyğun olaraq ümumi rayon məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən görünür ki, onun iddia ərizəsində qeyd etdiyi tələblər ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyil, buna görə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər X4 və X1, Oğuz rayon Bələdiyyəsinə qarşı “qadın olduğunu, himayəsində 2 psixo-nevroloji ata-anasız xəstələrin olmasını, 15.000 (on beş min) manat maddi zərər dəyəcəyini nəzərə alaraq və Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq cavabdehlərdən torpaq sahəsindən istifadə etməyinə maneə olmamalı, əks halda çəkdiyi 15.000 (on beş min) manat xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-627/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-627/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver