Məhkəmə qərarları › İş №2-1(116)-627/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-627/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-627/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1980-ci ildən-xx.xx.1999-cu il tarixinədək İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən və dövlət büdcəsi hesabına maliyyələşən Qubaxəlilli sovxozunda işlədiyi illlərin dövlət qulluğu stajına əlavə olunması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “cavabdehin üzərinə iddiaçının xx.xx.1980-cı ildənxx.xx.1999-cu il tarixədək İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən və dövlət büdcəsi hesabına maliyyələşən Qubaxəlilli sovxozunda işlədiyi illərin dövlət qulluğu stajına əlavə olunması( Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən). İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 170 nömrəli arxiv arayışına əsasən işlədiyi müddətlər, hərbi xidmətdə oxuduğu müddəti və 1975-1980cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstutunda oxuduğun müddətin sığorta stajına hesablanması və dövlət qulluqçusu kimi işdən azad olunan zaman iddiaçıya əmək haqqının 6 misli həcmində əlavə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsində cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qeyd edərək iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddia tələbi “cavabdehin üzərinə iddiaçının xx.xx.1980-ci ildənxx.xx.1999-cu il tarixinədək İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən və dövlət büdcəsi hesabına maliyyələşən Qubaxəlilli sovxozunda işlədiyi illlərin deövlət qulluğu stajına əlavə olunması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını” kimi icraata qəbul eilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuşdur. Belə ki. 025821 nömrəli əmək kitabçasının notarail qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi iddiaçı ilk dələ əmək fəaliyyətinə 15 sentyabr 1980-ci il tarixdən başlamışdır. Həmin müddətdən 17 mart 2023-cü il tarixə kimi müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə. 072983 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən göründüyü kimi mən həqiqi hərbi xidmətdə olmuşdur. Bundan əlavə 282420 nömrəli diplomun surətindən göründüyü kimi mən 1975-ci il tarixdə Azərbaycan Kənd təsərrüfatı İnstutuna daxil olmuş və 1980-cı il tarixdə isə həmin instutu bitirmişdir. Bundan əlavə İsmayıllı arxiv idarəsinin 18 iyul 2022-ci il tarixli 170 nömrəli arxiv arayışına əsasən 1980- 1999-cu illərdə İsmayıllı rayonu Qubaxəlilli sovxozunda işləmişdir. Belə ki. 17 mart 2023-cü il tarixli 42 nömrəli əmrlə müqavilə müddəti bitdiyi üçün İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qubaxəlilli kənd ərazisi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının 28 aprel 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi sizin dövlət qulluğu stajınız 15 ildən az (10 il 10 ay 25 gün (xx.xx.1985xx.xx.1986-cı il. 28.09.201 2-2 İ .02.2022-c'i ıl və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövlər)) təşkil edir. Bu səbəbdən də iddaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunun tələbləri baxımından mümkün hesab olunmur. Bütün bunlarla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmişdir. Həmin orqan müraciətinə xx.xx.2023-cü il tarixdə cavab verərək iddia tələbindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (10 il 10 ay 25 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.2012-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır". Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında'' Qanununa uyqun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı'nda iddiaçının xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrdə işlədiyi qurum və həmin qurumda mövcud olmuş vəzifə nəzərdə tutulmayıb. Bununla əlaqədar göstərilən dövrün iddiaçının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbinin “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi isdən azad olan zaman ona aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi hissəsi ilə baqlı bildiririk ki, qanunvericiliklə bu ödənişin cavabdeh tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçının iddiası təmin edilməməlidir. İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun olaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili izahatında iddia ərizəsinin məzmununa uyğun olaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu.

2. İddiaçıya məxsus BУ 072983 nömrəli hərbi biletin surəti;

3. İddiaçıya məxsus EB 282420 nömrəli diplomun surəti;

4. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının surəti;

5. İsmayıllı Rayon İcra Hakimiyyətinin 42 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı.

7. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli 9-3/2- 2911/2023 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının hüquqi marağı xx.xx.1980-ci ildən-xx.xx.1999-cu il tarixinədək İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən Qubaxəlilli sovxozunda işlədiyi illlərin dövlət qulluğu stajı hesab olunmasından ibarətdir.Həmin vəzifənin uyğunluğunun yoxlanılması üçün sorğuya verilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan bildirilir ki,uyğunlaşdırılması tələb olunan dövr dövlət quluğundan qulluq stajı kimi nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısında iddiaçının çalışdığı vəzifə nəzərdə tutulmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin cavabından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi dövrlər o vaxt dövlət qulluğu hesab oluna bilər ki, həmin dövrdə müvafiq vəzifədə işlədiyi şöbələr, mərkəzlər və ya bürolar nazirlik və komitələrin aparatının strukturunda mövcud olsun. İddiaçının xx.xx.1980-ci ildən-xx.xx.1999-cu il tarixinədək çalışıdığı vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinin adlarına uyğunlaşdırılmadığından həmin dövr dövlət qulluğu stajına daxil edilə bilməz. Şərh olunanlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1980-ci ildən-xx.xx.1999-cu il tarixinədək İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən və dövlət büdcəsi hesabına maliyyələşən Qubaxəlilli sovxozunda işlədiyi illlərin dövlət qulluğu stajına əlavə olunması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar