Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-628/2020 09.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X29rşı (üçüncü şəxslər X34, X12, X10 və X16) “X34, X12, X10 və X6 adına torpaq sahəsinə dair verilmiş planın, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X29rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X34, X12, X10 və X6 adına torpaq sahəsinə dair verilmiş planın, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki rayon Baş Göynük kəndində anadan olmaqla oğlu ilə birlikdə eyni evdə yaşayır. Aqrar islahat aparılan zaman mərhum əri X17 Şəki rayon X5 qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün əvvəllər də istifadələrində olmuş torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri onlara məxsus olmaqla hal-hazırda da istifadələrində olmasına baxmayaraq, iddiaçının qızı Məhbubə Əhmədovanın əri X34 qeyri-qanuni yolla onlara məxsus torpaq sahələrinə çıxarış əldə etmiş və 2019-cu ilin sonunda onlara qarşı rayon məhkəməsində iddia qaldıraraq torpaq sahəsindən çıxarılmaqlarını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti olan torpaq sahələri mərhum əri X13 adına xx.xx.2009-cu il tarixdə 749, 777, 786 nömrələr ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış, eyni zamanda 0,8454 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan RX sriyalı, ******* nömrəli çıxarışa əsasən X14 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №045098. A №050169, A №043987 olan “Torpaq sahələrinin planı və ölçüsü” sənədlərindən göründüyü kimi bu sənədlər Şəki rayonu X9 xx xxxx 2002-ci il tarixli 05 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə iclasına gələn zaman qızı Məhbubə Əhmədovanın və qızının əri X21 qeyri-qanuni yolla onlara məxsus torpaq sahələrinə dair çıxarış almalarından məlumatı olmuş və bundan sonra çıxarışın ləğv edilməsi barədə cavabdeh orqana müraciət etsə də qeyd olunan məsələnin həllinin ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İslahat aparılan zaman X34 ailəsi ilə birlikdə Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olduqları üçün həmin kənddən torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq 4 nəfər ailə üzvünə (İN-420, KOD 40413016) 1,37 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsini X1 sakini olan qohumu X7 notarial qaydada satmış və DƏDRX-dən xx.xx.2018-ci il tarixdə 1,37 ha pay torpaq sahəsinin 0,61 ha hissəsinə ******* nömrəli, 0,76 ha hissəsinə isə ******* nömrəli çıxarış verilmişdir. İkinci dəfə X24 və onun ailə üzvlərinə qanunsuz olaraq Şəki rayon X9 xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə Baş Göynük kəndinin ərazisindən 1.48 ha pay torpaq sahəsi verilmiş və bu torpaq sahəsi Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 1819 nömrə ilə uçota alınmışdır. Sözügüdən torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Qanuni əsası olmadan 2-ci dəfə pay torpaq sahəsi olaraq X24 və onun ailə üzvlərinə verilmiş həmin 1,48 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə verilmiş, hal-hazırda istifadələrində olan pay torpaq sahəsi ilə üst-üstə düşməklə ziddiyyət təşkil etdiyindən çıxarış ləğv edilməlidir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X21 adına xx xxxxxx 2009-cu il tarixli, A№045100 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 1018-ci sıradadır, ailə tərkibi X34, X18, X10 və X12 olmaqla 4 nəfərdən ibarətdir. X21 xx xxxx 2019-cu il tarixli ərizəsi əsasında Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X34, X18, X10 və X4 adlarına ümumi birgə mülkiyyətdə olmaqla xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A 393462 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı mübahisəli çıxarışda qeyd olunan torpaq sahəsinin onların mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşmədiyi, həmin torpaq sahəsindən indiyə kimi özlərinin istifadə etdiyini, buna görə bələdiyyəyə pul ödədiklərini bildirib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və üçüncü şəxsi dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Baş Göynük kəndinin ərazisində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X34 və onun ailə üzvlərinin (X34, X12, X10, X16) ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, A seriyalı 143253 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, sənəd üzrə sahəsi 0.8454 ha, faktiki sahəsi 1.1138 ha olan Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən torpaq sahəsi DTXK-nın Şəki rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 824 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X13 mülkiyyətinə verilib. İş materiallarında olan DTXK-nın Şəki rayon şöbəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndi ərazisində sahələri 6101.88 kv.m, 4311.99 kv.m və 8864.39 kv.m torpaq sahələri Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə X13 mülkiyyətinə verilmiş və xx.xx.2009-cu il tarixində müvafiq olaraq 749, 777 və 786 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Baş Göynük kəndi ərazisində yerləşən 0.8454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25 və onun ailə üzvlərinin (X26, X25, İddiaçı, X19, X22, X15) ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 261/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçılar X30 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X14 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə etdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə, 2(075)1713/2019 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin İddiaçı, X25 ƏMDK yanında DƏDRX-nin X43, X34, X12, X10 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X34, X12, X10 və X6 adına verilmiş torpaq sahəsinə dair, reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxxx 2019-cu il tarixdə, 2(075)1947/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1947/2019 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1713/2019 nömrə ilə qeydiyyata alınmış iddiaçılar X34 və X4 cavabdehlər İddiaçı və X20 qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası və Şəki Rayon Məhkəməsində 2(075)- 1947/2019 nömrə ilə qeydiyyata alınmış iddiаçılar İddiaçı və X14 cavabdehlər X34, X12, X10, X16 və ƏMDK yanında DƏDRX-nin X29rşı “torpaq sahəsinə dair verilmiş **********77 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dаir mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi ilə İddiaçı və X2 Fazil Əli oğluna və X4 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, X21 və X4 həmin torpaq sahələrindən istifadələrinə İddiaçı və X25 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, X30 və X4 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumunun özlərinə aid edilməsi, İddiaçı, X14 cavabdehlər X34, X12, X10 və X11 və ƏMDK yanında DƏDRX-nin X29rşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi və X25 və İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehlər X25 və İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-261/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər X25 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan başqa məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, mübahisələndirilən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı, 045100 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğu üçün onun əsasında verilən çıxarış ləğv edilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib A seriyalı, 045100 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X29rşı (üçüncü şəxslər X34, X12, X10 və X16) “X34, X12, X10 və X6 adına torpaq sahəsinə dair verilmiş planın, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-628/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-628/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver