Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-628/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı oğlunun cavabdeh Təhsildə X1rşı “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 21.01.2022-ci il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə 17.12.2021-ci il tarixdə bildiriş ünvanlanmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçıya ilk öncə iddia tələbinin cavabdehlə bağlı hissəsinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı bununla bağlı ərizə təqdim edərək, “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında həmçinin iddiaçıya onun hazırkı iddiasının mümkünlük şərtlərinə cavab vermədiyi izah edilmişdir. Belə ki, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina məktubunu 27.09.2017-ci ildə imtina etmiş, iddiaçı müvafiq imtina cavabını 2017-ci ilin oktyabr ayında aldğını bildirmişdir. Lakin iddia ərizəsi məhkəməyə 2021-ci ildə təqdim edilmişdir. Hazırkı iddia “məcburetmə haqqında” iddia növünə aid olduğundan belə iddianın xüsusi mümkünlük şərtlərindən birinin imtinanı aldıqdan sonra 30 gün müddətində müvafiq tələblə məhkəmədə iddia qaldırmalı olduğu iddiaçıya izah edilmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçıya bildirilmişdir ki, mübahisə predmeti olan imtinaya qarşı yönəlmiş tələb qanunvericiliklə müəyyən edilmiş qaydada 30 gün müddətində irəli sürülmədiyindən iddia müddəti buraxılmışdır. Belə olduğu halda həmin müddətin bərpası üçün iddia müddətinin iddiaçının təqsiri olmadan, yəni üzürlü səbəblərdən (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) buraxılması barədə sübutlar təqdim edilməlidir. Sədrlik edən bununla bağlı sübutların təqdim edilməsi üçün məhkəmə hazırlıq iclasında iddiaçıya 10 gün müddətində vaxt təyin etdiyini, əks halda iddianın mümkünsüz sayılacağını bildirmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iştirakı ilə keçirilən 21.01.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçıya iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyi izah edilmiş, qanunvericiliklə müəyyən edilmiş müddətin onun təqsiri olmadan, yəni üzürlü səbəblərdən buraxılmasına dair sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt verilmiş, lakin iddiaçı tərəfindən bu cür sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı oğlunun cavabdeh Təhsildə X1rşı “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-628/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-628/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver