Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-629/2021 14.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Zərdab bələdiyyəsinə qarşı “aparılmış torpaq islahatı zamanı Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarına əsasən adının məlum olmayan səbəblərdən “Torpağa mülkiyyət hüququna dair” JN-0008 KOD 90501018 nömrəli Dövlət Aktına düşmədiyindən, adının torpaq almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməsi və sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aparılmış torpaq islahatı zamanı Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarına əsasən adının məlum olmayan səbəblərdən “Torpağa mülkiyyət hüququna dair” JN-0008 KOD 90501018 nömrəli Dövlət aktına düşmədiyindən, adının torpaq almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməsi və sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 17 saylı Qərarına əsasən iddiaçının ailə üzvləri olan atası, anası və sair ailə üzvləri X17, X2, X18, X11, X6, X8 və X12 rayonun Təzəkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 4,52 ha torpaq sahəsi verilmiş və bununla bağlı Azərbaycan Respublikasının keçmiş DTXK Zərdab rayon Torpaq şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna dair JN-0008 KOD-90501018 nömrəli Dövlət aktı verilmişdir. Lakin faktiki olaraq Zərdab rayonu Təzəkənd kəndində rəsmi qeydiyyatda olmasına baxmayaraq yuxarıda adlarını qeyd etdiyi ailə üzvlərinə pay torpaq sahəsi verilsə də, müəyyən texniki səbəblər üzündən onun adı həmin Aktda qeyd olunmamış, nə də ona torpaq sahəsi ayrılmamışdır. İddiaçı bildirir ki, uzun illər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit rütbəsində müxtəlif vəzifələrdə işləmiş, Qarabağ uğunda gedən döyüşlərdə bir zabit olaraq yaxından iştirak etmişdir. İddiaçı Zərdab rayonu Təzəkənd kəndində rəsmi qeydiyyatda olmasına baxmayaraq uzun illər Müdafiə Nazirliyində işlədiyindən xidməti işi ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif yerlərində müvəqqəti yaşamaq məcburiyyətində qalmış və bu səbəbdən də kənddə aparılan torpaq islahatı zamanı rəsmi qaydada Təzəkənd kəndində qeydiyyatda olmasına baxmayaraq onun adı torpaq almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməmiş və buna görə də onun adı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmamış və ona torpaq sahəsi verilməmişdir. İddiaçı ona əkin üçün torpaq sahəsinin ayrılması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 22.12.2020-ci il tarixli, 595 nömrəli imtina məktubunda qeyd etmişdir ki, pay torpaq sahələri Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə ayrılmışdır. Zərdab bələdiyyəsinə məlum olmayan səbəblərdən iddiaçı pay torpağı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməmişdir. İş materiallarında olan Zərdab bələdiyyəsinin 29.03.2021-ci il tarixli 80 nömrəli məktubunda göstərilmişdir ki, pay torpaq sahələrinin ayrılması Zərdab rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən 02.08.1996-cı il tarixdə vətəndaşların ərazi üzrə qeydiyyat siyahısına əsasən aparımışdır. İddiaçı həmin tarixdə Zərdab rayon Təzəkənd kəndində qeydiyyatda olub-olmaması cavabdehə məlum deyil. İşdə olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.04.2021-ci il tarixli 04/51 nömrəli məktubunda bildirilmişdir ki, 1999-2000-ci illərdə Zərdab şəhəri Təzəkənd kənd sakini X13 təsərrüfatında (Dövlət aktı JN - 0008 KOD 90501018, X23, X3, X24, X21, X14, X19, X22) ayrılıqda təsərrüfat aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti məhkəmənin sorğusuna 08.04.2021-ci il tarixli **********28 nömrəli cavab məktubundan göstərmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMCnin arxivində Zərdab rayonu Təzəkənd kəndinin (“Bərəkət” təsərrüfatı) pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin 12.04.2021-ci il tarixli **********79 nömrəli məktubunda bildirmişdir ki, Zərdab rayonu Təzəkənd kəndi ərazisində JN-0008 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13, X1, X15, X9, X5, X7 və X10 adına ümumibirgə mülkiyyətdə 4,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin, Zərdab rayonu Təzəkənd kəndi ərazisində qeyd olunan şəxslərin adlarına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilməmişdir. İddiaçı oğfunun adına Zərdab rayonu, Təzəkənd kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair dövlət aktı və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilməmişdir. Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.04.2021-ci il tarixli 04/74 nömrəli məktubundan görünür ki, Zərdab rayon İHB-nın Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bildirir ki, 1999-2000-ci illərdə Zərdab şəhəri Təzəkənd kənd sakini X13 təsərrüfatında (Dövlət aktı JN - 0008 KOD ********). X23,X3,X24,X21, X14, X20, X22 adlı şəxslərdən başqa digər şəxslərin qeydiyyatı olmamışdır. Vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda 23.02.2007-ci il tarixdən qeydiyyata düşməklə yaşamağa başlamışdır. Həyat yoldaşı X25 həmin vaxtlar Bakı şəhərində qeydiyyatda olmuş və hazırda da orada qeydiyyatdadır. Övladları isə qeydiyyat ünvanı ünvan 1r. Bildiririk ki, İddiaçı əvvəllər hərbiçi olmuş əsas yaşayış yeri isə Bakı şəhəri olmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 30.09.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələrinin tələbləri izah edilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilməsi, bununla da ölkədə aparılan islahatın başa çatması və X4 həmin fərmanla hüquqi varisinin müəyyən edilməməsi nəzərinə çatdırılmışdır. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, X4 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bundan başqa, Zərdab rayon Zərdab bələdiyyəs Zərdab rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı bildirilmiş, yardım məktubunda qeyd edilənlərə münasibət bildirilməsi iddiaçıya təklif edilmiş, lakin məktuba münasibət bildirilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının 18.02.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X33 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X33 Komissiyası yaradılmış, Prezidentin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X33 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16.07.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X33 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X33 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X33 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X33 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X4 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçı öz tələbi ilə faktiki olaraq Zərdab rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 17 saylı qərarını mübahisələndirməkdədir. Zərdab rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdi. 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Zərdab rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X29 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X33 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X4 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X33 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X33 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, torpaq islahatı aparılan zaman iddiaçı və onun ailə üzvləri Zərdab rayonu Təzəkənd kəndində qeydiyyatda olmamış, sözügedən şəxslər həmin ünvanda 23.02.2007-ci il tarixdən qeydiyyata düşməklə yaşamağa başlamışlar. İddiaçının həyat yoldaşı X25 islahat vaxtı Bakı şəhərində qeydiyyatda olmuş və hal-hazırda da orada qeydiyyatdadır. İddiaçı faktiki olaraq aqrar islahatın aparıldığı zaman belə bir hüquqa da malik olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zərdab bələdiyyəsinə qarşı “aparılmış torpaq islahatı zamanı Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı Qərarına əsasən adının məlum olmayan səbəblərdən “Torpağa mülkiyyət hüququna dair” JN-0008 KOD 90501018 nömrəli Dövlət Aktına düşmədiyindən, adının torpaq almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməsi və sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-629/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-629/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver