Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-63/2020 12.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1955-ci ildə Yevlax rayonu Ərəş kəndində anadan olmuşdur. Hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. 02 sentyabr 1972-ci ildə əmək fəaliyyətinə başlamış, bu illərdə həm X2, həm də Yevlax Rayon Qaz İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin həmin dövrdə hərbi xidmətdə də olmuşdur. Sonuncu dəfə 03 iyun 1993-cü ildə Yevlax Qaz İdarəsində usta vəzifəsindən 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. Bu da əmək kitabçasında öz əksini tapmışdır. Lakin bundan sonra işdən nə vaxt azad olunmağı barədə əmək kitabçasında göstəriş yoxdur. Çünki o, 05 yanvar 1998-ci ilə kimi həmin idarədə işləmişdir və xx.xx.1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Bu da X10 İstismarı İdarəsinin 17 sentyabr 2018-ci il tarixli 161 saylı məktubu ilə təsdiq edilir. Göründüyü kimi o, 03 iyun 1993-cü ildən 05 yanvar 1998-ci ilə kimi Yevlax Qaz İdarəsində işləsə də bu hal əmək kitabçasında əks olunmamışdır. O, hazırda pensiyaya çıxmaq istəsədə həmin illərin təsdiq edilməməsi, buna mane olur. O, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etsə də, şöbənin 06 fevral 2019-cu il tarixli **********4 saylı məktubu ilə bundan imtina edilmişdir. Bundan sonra o, Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq onun 03 iyun 1993cü ildən 05 yanvar 1998-ci ilə kimi Yevlax Rayon Qaz İstismar İdarəsində işləməsi faktının müəyyən edilməsi və həmin illərin onun əmək stajı kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş. Lakin Yevlax Rayon Məhkəməsinin 25 aprel 2019cu il tarixli 2(039)- 1010/2019 saylı qərardadı ilə ərizə üzrə icraata xitam verilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, «03 iyun 1993-cü ii tarixli əmrlə İddiaçı Yevlax şəhər X6 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 05 yanvar 1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin müəyyən olunmasını tələb etdiyi fakt təsdiqi məhkəmədə baxıla bilməz. Belə ki, həmin faktı təsdiq edən lazımı sənədlər iş materialları ilə müəyyən olunur. Məhkəmə burada «iş materialları ilə müəyyən olunur» deyərkən «Azəric İB-nin Yevlax X9 20 may 2013-cü il tarixli 90 saylı arayışını nəzərdə tutmuşdur. Həmin arayışda göstərilir ki, İddiaçı 01 noyabr 1978-ci il tarixli əmrlə Yevlax şəhər X7 işə qəbul edilmişdir, 05 yanvar 1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Göründüyü kimi, məhkəmə artıq həmin faktın bu arayış ilə sübut olduğu üçün, həmin faktın yenidən müəyyən olunmasına zərurət görməmişdir. Deməli onun 1998-ci ilin yanvar ayının 5-nə kimi işləməyi faktı mübahisəsizdir. Lakin o 18 may 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət edərək onun 03 iyun 1993-cü ildən 05 yanvar 1998-ci ilə kimi Yevlax Qaz İdarəsində işləməyi faktını da nəzərə almaqla, ona yaşa görə əmək pensiyasının verilməsini xahiş etsə də, şöbənin müvafiq məktubu ilə bundan imtina edilmişdir. İddiaçı 03 iyun 1993-cü ildə yanvar 1998-ci ilə kimi Yevlax Rayon Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının izahatı: İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin münasibəti: İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ olduğu üçün DSMF-nin Yevlax şəhər şöbəsinə müraciət etmişdir. Əmək kitabçasına əsasən onun işə girdiyi tarixdən hərbi xidmətdə olduğu illərdə nəzərə alınmaqla (1972.xx.xx-1974.05.17, 1974.xx.xx-1976.05.17, 1976.xx.xx-1978.10.02, 1978.11.01- 1998.01.05) cəmi 25 il 12 gün sosial sığorta stajı toplanır. Lakin iddiaçının işdən azad olunması (xx.xx.1998-ci il) və əmək haqqı cədvəlləri haqqında işlədiyi X11 (hazırki adı X10 İstismar idarəsi) idarəsində heç bir məlumat (əmək haqqı cədvəlləri və həmin illərə aid əmr kitabları) yoxdur. Ona görə də onun X11 idarəsində nə vaxtdan nə vaxta kimi işləməsinin müəyyən edilməsi çətinliyi yarandığından əmək haqqı cədvəllərinin və əmr kitablarının Dövlət Arxivində saxlanılmaması səbəbindən xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixə kimi olan dövrlər sosial sığorta stajına qəbul edilməsi məhkəmə qaydasında olması zəruriyyəti ilə iddiaçıya imtina məktubu verilmişdir. İddiaçının işlədiyi illərə aid heç bir haqq hesab cədvəlləri əldə edilməsi mümkün olmamış, xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış və bu günə kimi pensiya kapitalı yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçası, Cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu, “Azəriqaz” istehsalat X8 Qaz İstismarı İdarəsinin 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı, xx.xx.1998-ci il tarixli əmrin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” istehsalat Birliyi Yevlax X9 90 nömrəli xx.xx.2013-cü il tarixli arayışın surəti, X10 İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1993-1998-ci illərdə Yevlax Rayon Qaz İstismar İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon Qaz İstismar İdarəsində işləməsi “Azəriqaz” X3 X9 xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “Azəriqaz” istehsalat X8 Qaz İstismarı İdarəsinin 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı iləöz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1993-1998-ci illərdə Yevlax Rayon Qaz İstismar İdarəsində işlədiyi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-63/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-63/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver