Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-63/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 13 saylı Regional Ərazi Filialına qarşı “müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan, yəni xx.xx.2006-cı il tarixdən – xx.xx.2019-cu il tarixinədək əvvəlki üç il üçün sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiyanın düzgün hesablanması və müavinətin alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində olan nöqsanların aradan qaldırılması təklif edilmişdir. İddiaçı, xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdeh inzibati orqan olaraq ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 13 saylı Regional Ərazi Filialını qeyd etmiş, cavabdehin üzərinə “ona müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan, yəni xx.xx.2006-cı il tarixdən – xx.xx.2019- cu il tarixinədək əvvəlki üç il üçün sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-797/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə AZ0301/********** nömrəli teleqram ünvanlayaraq müraciətinin cavabdeh orqan tərəfindən təmin olunduğunu bildirmiş və iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramını iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Belə ki, iddiaçının teleqramına əsasən müəyyən edilir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi imkanı yaranmış və bu səbəblə iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 13 saylı Regional Ərazi Filialına qarşı “müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan, yəni xx.xx.2006-cı il tarixdən – xx.xx.2019-cu il tarixinədək əvvəlki üç il üçün sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi" barədə iddia ərizəsi geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-63/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-63/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver