Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-630/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Balakən rayonu Qullar bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12 və X15) "4ə-517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq 03.12.2018-ci il tarixdə tərtib edilmiş AN 322240 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs X10 Qullar bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına və iddiaçı X7 cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) “Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 4ə-517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi həmin müqavilə əsasında DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizəsinə məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasındabaxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Balakən rayonu Qullar bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "4ə- 517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq 03.12.2018-ci il tarixdə tərtib edilmiş AN:322240 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs X10 Qullar bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Qullar kəndində torpaq islahatı keçirilən zaman iş üzrə üçüncü şəxs X13 əmisi ilə birlikdə həyətyanı torpaq sahələrinə bitişik H.Nəsibov adına kolxoza məxsus olmuş sökülmüş sarayın təxminən 0.32 ha torpaq sahəsindən istifadə etməyə başlamışlar. Qullar bələdiyyəsi fəaliyyətə başlayanadək onlar həmin 0.32 ha torpaq sahəsində müxtəllif meyvə ağacları yetişdirmişlər. Qullar bələdiyyəsi fəaliyyətə başladıqdan sonra onlar Qullar bələdiyyəsi ilə 2004-cü ilin yanvar ayında 11 ay müddətinə icarə müqaviləsi bağlamaqla həmin torpaqdan uzun müddət istifadə etməklə hər il 0.22 ha torpaq sahəsinin vergisini Qullar bələdiyyəsinin büdcəsinə ödəmişlər. Halhazırda həmin ərazidə onlar tərəfindən yetişdirilən 20 illik meyvə ağacları mövcuddur. İş üzrə üçüncü şəxs X13 2013-cü il tarixdə Qullar bələdiyyəsinə ərizə ilə müraciət edərək 16 il ərzində istifadə etdiyi, qoruyub saxladığı həmin ərazidən yaşayış evi tikmək üçün 0.10 ha torpaq satılmasını xahiş etmişdir. O, Qullar bələdiyyəsinə təqdim etdiyi ərizədə həyətyanı torpaq sahələrinə bitişik sökülmüş sarayın ərazisində istifadə edib yetişdirdikləri meyvə bağının torpaq ərazisindən ona torpaq verilməsini göstərmişdir. Qullar bəldiyyəsi 30 aprel 2013-cü il tarixli “04” saylı iclasının qərarı ilə üçüncü şəxs, X11 ərizəsində qeyd etdiyi ərazidən 0.10 ha torpaq sahəsinin satılmasını rəsmiləşdirmişdir. 29.06.2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.6-cı maddəsində qeyd olunur ki: Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə müraciət edirlər, ərizədə torpağın ölçüsü, yeri və təyinatı göstərilməlidir. Üçüncü şəxs N.Saramanov bələdiyyədən aldığı torpağın pulunu bələdiyyənin Kapital Bankdakı hesabına köçürmüşdür. "Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında 29.06.2001-ci il tarixli 160 İİQ Qanununun 16.3. maddəsində qeyd olunur: Bu Qanun qüvvəyə mindiyi günədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir və eyni zamanda torpaq vergisinə cəlb edilir. Bu Qanunun 16.4-cü maddəsində izah olunur ki, Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahələrinin geri alınması mümkün olmadığı hallarda isə artıq torpaq sahəsi eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş üzrə digər üçüncü şəxs X6 bələdiyyəsinə 2015-ci ildə ərizə ilə müraciət edərək yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi satmasını xahiş etmişdir. O ərizəsində istədiyi torpaq sahəsini qeyd etməmişdir ona bildirilmişdir ki, bələdiyyənin ancaq “Təpənin qabağı” adlı ərazidə satılası torpağı var. A.Kaltayev həmin ərazidən ona torpaq verilməsinə razılaşmışdır. Qullar bələdiyyəsinin 06.05.2019-cu il tarixli 156 saylı arayışında 30 sentyabr 2015ci il tarixli 10 saylı iclasının qərarı ilə Qullar kəndinin “Təpənin qabağı” adlı ərazidən üçüncü şəxs X10 0.10 ha torpaq sahəsinin satılmasının nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin torpaq sahəsi bələdiyyə tərəfindən ona bir növ göstərilmiş A.Kaltayev notarial qaydada bələdiyyə ilə alqı-satqını rəsmiləşdirmədən bələdiyyə tərəfindən ona göstərilən ərazidə “Təpənin qabağı” adlı yerdə dərhal 2016-cı ildə yaşamaq üçün daxma və mal-qara saxlamaq üçün tövlə də tikmişdir. Hal-hazırda orda yaşayış var (foto ərizəyə əlavə edilir). Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və əsaslandırılması qaydaları haqqında “Əsasnamə”nin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarının hər hansı hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində birinci növbədə torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını və sair göstərir. “Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq qeyd edilən torpaq sahəsi, həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə, icarəsinə verilməmişsə; “Əsasnamə”nin 17-18-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin plan və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, orqan 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqləşdirir. “Əsasnamə”nin 23-cü bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılmasına dair qərar qəbul edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq üzərində hüquqların yaranması üçün əsasdır. Həmin Məcəllənin 56.2-ci maddəsində izah edilir ki, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Həmin 56-cı maddənin 6-cı bəndində göstərilir ki, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Qullar bələdiyyəsinin yuxarıda qeyd edilən 06.05.2019-cu il 156 saylı arayışının məzmunundan görünür ki, üçüncü şəxs X10 Qullar bələdiyyəsinin 30.09.2015-ci il tarixli 10 saylı iclasının qərarı ilə “Təpənin qabağı” adlı ərazidən 0.10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Amma ərizəyə əlavə edilmiş Qullar bələdiyyəsinin 30.09.2015-ci il tarixli 10 saylı iclasının qərarı ilə üçüncü şəxs X10 hər hansı bir torpaq sahəsinin verilməsi və ya satılması haqda qərar yoxdur. Ona görə ki, həmin vaxt fəaliyyətdə olan rayon torpaq şöbəsi ona torpaq ayrılmasına razılıq verməmişdir. Sökülmüş saray ərazisindən Qullar Bələdiyyəsinin 2013-cü il 30 aprel 04 saylı iclasının qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində üçüncü şəxs X7 hüququnun yarandığı təsdiq olunur. Digər üçüncü şəxs X8 hər hansı bir torpaq sahəsi üzərində hüququnun yaranmasını təsdiq edən Qullar bələdiyyəsinin hər hansı bir qərarı mövcud deyil. “Bələdiyyələrin statusu” haqqında Qanunun 48.2-ci maddəsində qeyd olunun Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönələ bilməz. İddia ərizəsinə əlavə edilmiş 11 sentyabr 2014-cü il tarixli Ayrıc Aktının surətindən görünür ki, üçüncü şəxs X2 nəzərdə tutulan 0.10 ha torpaq sahəsini əks etdirən situasiya planıdır. Həmin situasiya planı qüsurlu olduğu üçün əvvəlki DTXK Balakən rayon şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilməmişdir. Ayrıc Aktında göstərilən ərazi sökülmüş saray ərazisinə bitişik üçüncü şəxs N.Saramanov və əmisinin istifadəsində olub meyvə bağı yetişdirilən 0.32 ha torpaq sahəsi idi. Bu torpaq sahəsinin 0.10 ha hissəsi X5 və ona DƏDRX tərəfindən ********** nömrəli çıxarış verilmş, 0.12 ha Qullar bələdiyyəsinin 30.04.2013-cü il tarixli 04 saylı iclasının qərarı ilə X3 ona aid torpağa yerquruluşu planı hazırlanmışdır. Sənədlər Çıxarış hazırlanması üçün DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə təqdim edilmişdir. Həmin ərazidə qalan 0.10 ha torpaq sahəsi də yuxarıda qeyd etdiyi kimi üçüncü şəxs X1. Qullar bələdiyyəsi tərəfindən X10 verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda üçüncü şəxs X12 ilə bağlı yerquruluşu planının və həmin torpaq sahəsinin kadastr göstəricilərini hazırlamaq üçün Layihə Tədqiqat İnstitutuna müraciət etməmişdir. Onda torpağın satılması haqda bələdiyyənin qərarı da yoxdur. Onlara sonradan məlum olmuşdur ki, onun üçün sənədlər Qullar bələdiyyəsinin iştirakı olmadan DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən hazırlanmışdır. O əraziyə giriş həmin ərazidən istifadə edən Saramanov Xalit Siracəddin oğlunun həyətindədir. DƏDRX-nın işçisi nəqliyyat yolunda dayanaraq həmin ərazinin ölçülərini götürmüşdür. Bu işdə onlara ƏMDK-nin Balakən rayon şöbəsi köməklik göstərmişdir. Qullar bələdiyyəsi səhv olaraq alqı-satqı müqaviləsinin bağlanmasında tələskənliyə yol vermiş və nəticədə üçüncü şəxs X7 hüquqlarını pozmuşdur. Yuxarıda qeyd etdiyi kimi 3-cü şəxs X10 “Təpənin qabağı” adlı yerdə verimiş 0.10 ha torpaq sahəsində daxma tikmiş, mal-qara tövləsi tikmiş və bu hərəkəti ilə özü də təsdiq edir ki, həmin torpaq sahəsi ona verilmişdir. Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış müqavilə pozulmadan, ona DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilmədən, yalnız onun adına hazırlanmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək A.Kaltayevin hal-hazıda da istifadə etdiyi bir növ bələdiyyədə onun adına rəsmiləşdirilən “Təpənin qabağı” adlı ərazidən ona ayrılmış 0.10 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması proses iştirakçılarının heç birinin hüquqlarını pozmur və bu hal hüququ pozulmuş 3-cü şəxs X7 hüququnun bərpasına səbəb olacaq. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 16.1-ci maddəsində qeyd olunun Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Həmin Qanunun 16.2-ci maddəsində izah olunur ki, Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qullar bələdiyyəsi üçüncü şəxs X10 aid torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış Torpaq sahəsinin planı və ölçüsü sənədində edilmiş qüsuru aradan qaldırmaq üçün cavabdehə iki dəfə 1-ci 14.11.2019-cu iltarixdə ərizə ilə, 2-ci dəfə 11.12.2019-cu il tarixli 316 saylı məktubla müraciət etmişdir. Cavabdeh tərəfindən 30.12. 2019-cu il tarixədək Qullar bələdiyyəsinə heç bir cavab verilməmişdir. Cavabdeh iddiaya dair 10.03.2020-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki,iddiaçı Balakən rayonu Qullar bələdiyyəsi 3-cü şəxs X8 adına ərazi idarəsi tərəfindən tərtib edilmiş AN 322240 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək onun bələdiyyədən əldə etdiyi torpaq sahəsinə naturada yerləşmə vəziyyətinə uyğun olaraq yeni sənədin tərtib edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayonu, Qullar kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində Balakən rayon Qullar bələdiyyəsinin mülkiyyət hüququ bələdiyyə tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə və “Balakən rayonu Qullar kəndinin yerquruluşu xəritəsindən Çıxarış”a, həmçinin “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 3 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 25 aprel 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə “Torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatı ilə bağlı torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasına dair Təlimat”a uyğun verilmiş müvafiq komissiyanın “Rəy” inə və ona əlavə edilmiş “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) Aktı”nda göstərilən məlumatlara (faktiki 0,0993 ha) əsasən 07 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirmişdir. Daha sonra, Balakən rayon Qullar bələdiyyəsi öz mülkiyyətində olan Balakən rayonu, Qullar kəndində yerləşən 0,0993 ha torpaq sahəsini notariat qaydada təsdiq edilmiş 11 avqust 2018-ci il tarixli, 4Ə-517 saylı alqı-satqı müqaviləsi ilə iş üzrə 3-cü şəxs X4. Həmin müqavilə əsasında X8 0,0993 ha torpaq sahəsi üzərində hüquqları 07 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən müraciətdə qeyd olunan məsələnin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, X13 cavabdehlər Balakən rayonu Qullar bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Notariat ofisinə və X10 qarşı “Balakən rayonu Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 11 avqust 2018-ci il tarixli, 4Ə-517 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX-1398792 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Balakən rayon Məhkəməsinin 17 iyul 2019-cü il tarixli, 2(019)-604/2019 nömrəli qətnaməsi ilə X7 qeyd olunan iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən X13 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilməmişdir. Mübahisə predmetinə aid olan, 18 saylı Zaqatala Ərazi İdarəsinin arxivində saxlanılan bütün hüquqi və texniki sənədlərinin təsdiq edilmiş sürətləri təqdim olunur. 25.06.2020-ci il tarixində məhkəməyə X7 cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) “Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 4ə- 517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi həmin müqavilə əsasında DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə Qullar bələdiyyəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədləri, həmçinin X7 qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, həm Qullar bələdiyyəsinin iddiası, həm də X7 qarşılıqlı iddia ərizəsi mümkün sayılmamalıdır. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İddiaçı, cavabdeh və 3-cü şəxslər ərizə ilə İPM-nin 16.2-ci maddəsinə müvafiq olaraq iş üzrə mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmər) keçirilmədən həll edilərək, iş üzrə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işə yazılı qaydada baxılmasına dair tərəflərin və 3-cü şəxslərin razı olduğunu nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən rayon Məhkəməsinin 17 iyul 2019-cü il tarixli, 2(019)-604/2019 nömrəli qətnaməsindən görünür ki, X13 cavabdehlər Balakən rayonu Qullar bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Notariat ofisinə və X10 qarşı “Balakən rayonu Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 11 avqust 2018-ci il tarixli, 4Ə-517 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX-1398792 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən X13 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, 0.0993 ha yaşayış məntəqələri torpaqları X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN seriyalı 322240 nömrəli Torpaq sahəsinin planı və ölşüsü sənədindən görünür ki, 0.0993 ha yaşayış məntəqələri torpaqları X8 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçı Qullar bələdiyyəsi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanların hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Həqiqətən də plan ölçü sənədində texniki səhv varsa və qeyd olunan səhv X7 hüququnu pozursa, onda həmin şəxs özü bununla bağlı məhkəməyə müraciət etməlidir. Bələdiyyənin qeyd olunan şəxsin ehtimal olunan pozulmuş hüquqnun bərpası üçün məhkəmə müraciət etməyə heç bir subyektiv hüquq yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. X7 cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) “Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 4ə-517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi həmin müqavilə əsasında DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycn Respublikasının İnzibati Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. X13 hazırki iddia üzrə cavabdeh deyil, alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi tələbi və müvafiq olaraq da alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş çıxarışın ləğv edilməsi tələbinə də inzibati qaydada baxılmalı deyil. Azərbaycn Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan iddiaçının iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.2, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Balakən rayonu Qullar bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12 və X15) "4ə-517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq 03.12.2018-ci il tarixdə tərtib edilmiş AN 322240 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs X10 Qullar bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası və iddiaçı X7 cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) “Qullar bələdiyyəsi ilə X12 arasında bağlanmış 4ə-517 saylı 11.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi həmin müqavilə əsasında DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizəsi mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-630/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-630/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver