Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-633/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8rşı (üçüncü şəxslər X6, X7, X4, Balakən rayon Talalar bələdiyyəsi) “JN-4xx xxx 40113018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın qismən ləğv edilməsi, Balakən rayonu, Talalar kəndində yerləşən 0.0432 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-4xx xxx 40113018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın qismən ləğv edilməsi, Balakən rayonu, Talalar kəndində yerləşən 0.0432 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X5 Balakən rayonu Talalar kəndi keçmiş “Kalinin” adına kolxozun xx xxx 1969-cu il tarixli 8 nömrəli ümumi iclas qərarına əsasən 0.10 ha həyətyanı torpaq verilmişdir. İddiaçı atasının ölümündən sonra istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi və orada tikdirdiyi fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh orqan imtina səbəbi olaraq qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi faktiki bağlı sərhəd daxilində 0,095 hektardır. Belə ki, DWG xəritələrdə qeyd olunan sahəyə JN-972F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0,0518 ha həyətyanı torpaq sahəsinin işləndiyi göstərilmişdir. Həmin DWG xəritələrdə şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisindən əlavə boş saxlanılan sahə yoxdur. Arxiv arayışında 0,10 ha ayrılan sahə kimi göstərilsədə DWG xəritələrdə görünən cizgilər yalnız 0,0518 ha sahəni ahatə edir. Faktiki istifadə olunan 0,095 ha torpaq sahəsinin 0,0432 ha hissəsi başqalarına məxsus JN-417 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 417G planşet hissəsində göstərilən 0,2523 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda bildirmişdir ki, İddiaçı2 Balakən rayonu, Talalar kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı X15 müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi faktiki bağlı sərhəd daxilində 0,095 hektardır. Belə ki, DWG xəritələrdə qeyd olunan sahəyə JN-972F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0,0518 ha həyətyanı torpaq sahəsinin işləndiyi göstərilmişdir. Həmin DWG xəritələrdə şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisindən əlavə boş saxlanılan sahə yoxdur. Arxiv arayışında 0,10 ha ayrılan sahə kimi göstərilsədə DWG xəritələrdə görünən cizgilər yalnız 0,0518 ha sahəni ahatə edir. Faktiki istifadə olunan 0,095 ha torpaq sahəsinin 0,0432 ha hissəsi başqalarına məxsus JN-417 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 417G planşet hissəsində göstərilən 0,2523 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh orqan məlumat üçün bildirir ki, JN-417 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 417G planşet hissəsində göstərilən 0,2523 ha torpaq sahəsi üzərində iş üzrə 3-cü şəxslər X2, X3, X1 mülkiyyət hüquqları dövlət reyestrində xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. İddiaçılar və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 944 nömrəli Arxiv çıxarışının surətindən müəyyən edilir ki, Balakən rayon Talalar kənd “Kalinin” adına kolxozun xx.xx.1969-cu il tarixli 8 nömrəli Qərarı ilə iddiaçının mərhum atası X5 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-972F kod 40113018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı Qərarı ilə 0.05 hektar həyətyanı torpaq sahəsi X9 və onun ailə üzvlərinin (İddiaçı3, İddiaçı2, X12, X10, X13) mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-4xx xxx 40113018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.92 hektar torpaq sahəsi X6 və onun ailə üzvlərinin (X7, X4) mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.2523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə üçüncü şəxs X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan 722840 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, iddiaçının atası X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçılar tələbin birinci hissəsində JN-4xx xxx 40113018 nömrəli Dövlət Aktının qismən ləğv edilməsini məhkəmədən xahiş etsə də, iş materiallarında olan cavabdeh orqanın imtina və etiraz məktublarından göründüyü kimi onlar cavabdeh orqana qeyd olunan tələblə müraciət etməmişlər. Tələbin ikinci hissəsi də birincinin həllindən asılı olduğundan həmin hissədə də iddia mümkün sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8rşı (üçüncü şəxslər X6, X7, X4, Balakən rayon Talalar bələdiyyəsi) “JN-4xx xxx 40113018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın qismən ləğv edilməsi, Balakən rayonu, Talalar kəndində yerləşən 0.0432 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-633/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-633/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver